Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Reinkarnasiya
Reinkarnasiya — (lat. reincarnatio) və ya metempsixoz (yun. μετ-εμψύχωσις) — ruhun təkrar qayıdışı və bədənlənməsi. Ruhun bir bədəndən digərinə keçməsi. Bu gün reinkarnasiyanın dəqiq yaşını və yarandığı yeri müəyyən etmək mümkün deyil. Bəziləri onun yarandığı yer olaraq Misiri, bəziləri də Hindistanı qeyd etsələr də ayrı-ayrılıqda kelt və Skandinaviya xalqlarında, Mayya və Astek qəbilələrində də hələ qədimdən belə bir inancın olduğu ortaya çıxmışdır, lakin bir çox faktlara əsaslanaraq alimlər, hətta ibtidai insanlarda da reinkarnasiya inancının olduğu nəticəsinə gəlmişlər. Daha yaxşı anlamaq üçün tarixi seyr içində bu inancın gedişatına nəzər salsaq yəqin ki, pis olmaz. Bu gedişatda günümüzə qədər gəlib çatan ən qədim məlumat eramızdan 60–10 min il əvvəl yaşamış olan Kro-Maqnon insanıdır. Bilindiyi kimi, onlar yaşadıqları mağaranın divarlarına ovladıqları heyvanın şəklini çəkər (bu şəkillər günümüzə qədər gəlib çıxmaqdadır), sonra isə onun qarşısında rəqs edərək heyvanın ruhundan üzr istəyirdilər. Buradan isə anlaşılır ki, onlar heyvanda da ruhun olduğuna inanırmışlar .
İnkassasiya
İnkassasiya (italyan dilində "qutuya qoymaq") — təşkilatlar və onların bölmələri arasında nağd pulun yığılması və daşınması üçün müvafiq lisenziyanın alınmasını tələb edən fəaliyyət növü. Vəzifələrinə yığım daxil olan vəzifəli şəxs inkassator adlanır. Nağd puldan əlavə, inkassatorlar digər maddi dəyərləri xüsusilə vacib sənədləri, qiymətli metalları, bank kartlarını və s. Nağd pulla işləmə ənənəvi bankçılıq və mədəniyyətdən uzaq bir sənaye prosesidir. Banklarda pul vəsaitlərinin idarə edilməsinin daxili təşkili çox vaxt köhnəlmiş və səmərəsiz olur, köhnə bank təşkilatlarından miras qalmış və birləşmələr, satınalmalar və restrukturizasiyalar nəticəsində daha da mürəkkəbləşir. Bu, əksər bankları kütləvi nağd pulların işlənməsini autsorsinqə seçməyə vadar etdi. Digər tərəfdən, autsorsinqlə bağlı özünəməxsus çətinliklər var. Onlardan biri nəzarətin itirilməsi və kənar provayderlərdən asılılıqdır. Bəzi hallarda banklar artıq nağd pulla işləmək üçün "nou-hau"ya malik deyillər. Nağd pulların işlənməsi əmək tutumlu nağd pulla işləmə fəaliyyətindən başa çatan həllər təklif edən kapital tutumlu sənayeyə çevrilmişdir.