Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İnçəyi-Qədim
İnçəyi-Qədim (fars. اينچه قديم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 459 nəfər yaşayır (93 ailə).
Dəniz inəyi
Dəniz inəkyi (lat. Hydrodamalis gigas) — dyoqonlar fəsiləsinin dəniz inəkləri cinsinə aid heyvan növü. Dəniz inəkləri ilk dəfə 1741-ci ildə Vitus Berinqin ekspedisiyası zamanı aşkarlanmışdır. Adı ekspedisiyanın həkimi və bu canlı haqqında ilk ətraflı məlumat verən Georq Stellerin şərəfinə adlandırılmışdır. Steller inəyi ancaq Komandor adaları sahilində aşkarlanmış və digər ərazilərdə müşahidə edilməmişdir. Bununla belə, bir çox paleontoloqlar onların arealının daha geniş əraziyə malik olduğunu ehtimal edirlər. Ləzzətli ətə sahib olması bu canlıların kütləvi ovuna səbəb olmuşdur. Artıq 1768-ci ildə dəniz inəklərinin nəsli tamamən kəsilmişdir. Steller inəkləri nəhəng ölçülərə malik olmuşlar. Onlar ölçülərinə görə dəniz məməliləri arasında yalnız balinakimilərdən və ən yaxın qohumu hesab edilən Hidrodamalis Kuestadan(ehtimal ki, bu canlılar 10 metr uzunluğa və 10 ton çəkiyə malik olmuşlar) geri qalırdı.
Yakut inəyi
Yakut inəyi (saxa ынах) — Saxa Respublikası ərazisində yayılmış mal-qara cinsidir. Alçaq böyü və az çəkisi ilə fərqlənir. İbtidai öküzdən törəyən Monqol mal-qara qrupundan çıxmışdır. Cins Uzaq Şimalın sərt şəraitində ətlik və südlük istiqamətli maldarlığın Yakut mədəniyyətinin əsasını təşkil etmişdir. 1929-cu ildə məhsuldarlığı artırmaq üçün, gətirilən xolmoqorsk və simmental cinsləri tərəfindən cinsin kütləvi assimilyasiyasına başlanıldı. Hal-hazırda, mal-qara sürüləri yalnız Even-Bıtantay uluslarında, fərdi kəndli, kolxoz təsərrüfatlarında və Novosibirsk Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutununda qorunub saxlanılmışdır. Şimal-şərqi Asiyanın Yakut kolonizasiyasının 6-7 əsrləri ərzində Mərkəzi Yakutiyadan gələn cins heyvandarlıq sahəsi şimal və şimal-şərq istiqamətlərində geniş yayılaraq Yana, İndigirka və Kolıma çaylarının aşağı hövzələrinə çatır. Hal-hazırda inkişaf etmiş heyvandarlıq mərkəzləri zəngin yay otlaqları ilə məşhur olan Mərkəzi Saxa ovalığıdır. Yakut inəkləri son dərəcə yüksək dözümlülük xüsusiyyətləri ilə xarakterizə olunur. Xüsusilə qışın -40 °C temperaturda sağ qalması nümunələrinə rast gəlinir.
Anlayış
Anlayış — predmet və hadisələrin ümumi, mühüm əlamətlərini əks etdirən fikirdir, təfəkkür formasıdır. O, real gerçəkliyin dərkində əsas rol oynayır. Obyektiv gerçəkliyin özündə anlayış yoxdur, bunlar insan şüurunda meydana gəlir və gerçəklikliyin predmetlərini, hadisə, proseslərini əvəz edir, insan təbii ünsiyyət dilinin və formallaşmış dillərin köməkliyi ilə əldə olunmuş bilikləri sistemləşdirir, nəsildən-nəslə keçirir, inkişaf etdirir. Məntiq tarixində anlayışlara münasibətdə iki cür ifratçılığa yol verilmişdir. Bir çox məntiqçilər anlayışları gerçəklikdən təcrid edərək ona qarşı qoyurdular, gerçəkliklə anlayışların üzvi əlaqəsini izah edə bilmirdilər. Digər qrup alimlər isə anlayışlarla gerçəkliyi eyniləşdirirdilər, anlayışlarların dərin keyfiyyət fərqini, onun spesifikliyini anlamırdılar. == Anlayışların meydana gəlməsi == Bu proses insan təfəkkürünün təşəkkül tapmasının və inkişafının obyektiv qanunauyğunluğudur. Təfəkkürümüzdə anlayışların meydana gəlməsi və mövcudluğunun obyektiv əsasını bizi əhatə edən gerçəkliyin predmetli xarakter kəsb etməsidir, başqa cür desək, gerçəklikdə keyfiyyət müəyyənliyinə malik olan ayrı-ayrı predmet və hadisələrin olmasıdır. Məsələn, bitki, canlı, Yer, Günəş, planetlər, kosmik səma, çaylar, dağlar və i. a.
Spilanthes iolepis
Azəri (anlayış)
Azəri ― müxtəlif xalq və dilləri təsvir etmək üçün istifadə edilən anlayış. == Tarixi == === Linqvonim === Bir çox Avropa dillərində, məsələn ingilis və fransız dillərində, həmçinin Türkiyə türkcəsində "azəri" linqvonimi Azərbaycan dili üçün istifadə edilir. Orta əsr ərəb müəllifləri (Balazuri, Yəqubi, ibn Həqvəl, Müqəddəsi) "azəri" anlayışını İran Azərbaycanında mövcud olmuş qədim azəri dili üçün istifadə etmişdir. Daha sonra bu dilİ türk mənşəli Azərbaycan dili əvəz etmişdir. Ancaq XIX əsrdə İran və Avropada bir çox müəlliflər qədim azəri dilinin mövcud olduğunu bilmədikləri üçün hesab etmişdilər ki, ərəb müəllifləri "azəri" deyərkən türk mənşəli Azərbaycan dilindən danışır. Fuat Köprülü və Əlisöhbət Sumbatzadə belə səhvi edənlər arasında ingilis şərqşünası Q. L. Ştranqı, həmçinin Qacar dövrü əsəri "Nameh-i Daneşvaran"ı qeyd edir. "Nameh-i Daneşvaran"da Xatib Təbrizi haqqında hekayədə "azəri" sözü səhvən "zaban-i turk" ("türk dili") kimi tərcümə edilib. Necə yaranmasında asılı olmayaraq, "azəri" linqvoniminin Azərbaycan dilinə münasibətdə işlədilməsi geniş vüsət almışdır. Böyük Sovet Ensiklopediyasının (1926) və Kiçik Sovet Ensiklopediyasının (1928) ilk nəşrlərində iki ad — "azərbaycanca" və "azəricə" (Böyük Sovet Ensiklopediyasına görə "Azəri dilinin ləhcəsi" kimi) nəzərə çarpır. Vasili Bartold İstanbul mühazirələrindən birində (1926) bildirmişdir ki, əvvəllər İran ləhcəsini bildirən "azəri" sözü Azərbaycanın "türk ləhcəsi"nin adına çevrilmişdir.
Müdafiə (ümumi anlayış)
Bu sözün aşağıdakı mənaları vardır: Müdafiə — hərbi əməliyyatlar növü. Müdafiə — nəyinsə hücumdan qorunması və ya düzgün sayılan mövqenin isbat edilməsi.
Nöqtə (ümumi anlayış)
Nöq́tə:
Nöqtə (ümumi anlayış )
Nöq́tə:
İqtisadiyyat (ümumi anlayış)
İqtisadiyyat sözünün aşağıdakı mənaları var: İqtisadiyyat — insanların tələbatlarını ödəmək üçün məhdud imkanların istifadə edilməsini və təsərrüfat fəaliyyətində müxtəlif tərəflərdə yaranan münasibətləri öyrənən elm. İqtisadiyyat (təsərrüfat) — tələbatlarını ödəmək üçün insanların istifadə etdiyi istehsal vasitələri nin məcmusu. İqtisadiyyat (təsərrüfat fəaliyyəti) — təsərrüfat fəaliyyətinin hər hansı sahəsinin təşkili,strukturu və vəziyyəti. Dünya iqtisadiyyatı — dünya iqtisadiyyatının təşkili, strukturu və vəziyyəti. İqtisadiyyat (istehsal üsulları) — cəmiyyətdə istehsal vasitələrinin müəyyən mərhələdə istehsal münasibətlərinin məcmusu, cəmiyyətdə hakim istehsal üsulları. İqtisadiyyat (qəzet) — Azərbaycanda həftəlik qəzet.
Qırmızı kitab (ümumi anlayış)
Qırmızı kitab ― yoxa çıxmaq təhlükəsi olan nadir heyvan və bitkilər toplusu. Azərbaycan Respublikasının “Qırmızı kitab”ı Fauna və flora növlərinin mühafizə olunmasının effektiv üsullarından biri “Qırmızı Kitab”ın təsis edilməsidir. Hələ 1977-ci ildə Azərbaycanın flora və faunasının genefondunun mühafizəsi üçün Azərbaycan Respublikası “Qırmızı Kitab”ının təsis edilməsinə dair qərar qəbul edilmişdir. Mövcud qanunvericiliyə əsasən, ölkə ərazisində təbii şəraitdə yaşayan, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan və bitki növləri xüsusi mühafizə edilir və Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilir. Azərbaycan Respublikasının “Qırmızı Kitab”ı rəsmi sənəd olmaq etibarilə, Azərbaycan Respublikasının bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində heyvan və bitki növlərinin (yarımnöv, populyasiyalar) vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir. Ölkəmizdə bitki və heyvanat aləminin mühafizəsi, həm ölkə qanunvericiliyində, həm də 1989-cu ildə çap edilmiş Azərbaycan SSR-in bitki və heyvanlarının “Qırmızı Kitab”ının I nəşrində təsbit edilmişdir. Bura alimlər tərəfindən Azərbaycan florasında mühafizəsi tələb olunan 140, fauna üzrə isə 108 növ daxil edilmişdir.
Sarğı və sarğı qoymaq haqqında anlayış
Sarğı materialı və ondan istifadə etmək qaydaları — Yaranın üstünü örtmək üçün işlədilən parça materiallarıdır. Reanimatologiya və ilk tibbi yardım da daxil müxtəlif sahələrdə tətbiq edilir. Sarğı materialı hiqroskopik (yaxşı nəmçəkən) olmalı, yəni yaradakı qanı və irini hopdurmalı, tez qorumaq və asanlıqla sterilləşmək xassələrinə malik olmalıdır. Əsas sarğı materialları tənzifdən, ağ pambıqdan, liqnindən (ağac pambığı), ləçəkdən (üçbucaq formalı pambıq parçadan) ibarətdir. Tənzifdən istifadə edilməklə tabel sarğı vasitələri hazırlanır. Bunlar fərdi sarğı paketləri, müxtəlif ölçülü steril və qeyri-steril bintlər, böyük və kiçik steril salfetlər və steril sarğılardır. Bunlardan başqa, xəstəxanaların cərrahiyyə və sarğı şöbələrində tənzifdən və ya kiçik salfetlərdən tənzif kürəciklər, tamponlar, yastıqçalar, tənzif dolaqları düzəldilir ki, bunlardan da sarğı qoyarkən və cərrahiyyə əməliyyatları zamanı istifadə edilir. Yaraların yoluxmasının və ağırlaşmasının qarşısını almaq üçün görülən ilk profilaktik tədbir onlara mümkün qədər tez aseptik sarğı qoymaqdır. Bütün yaralara steril (mikrobsuz, təmiz) sarğı qoyulur. Sarğı yaranın üstünü sarıyıb-örtən sarğı materialından ibarətdir.