Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İnqilabçılıq
İnqilabçılıq və ya radikalizm — 18-ci əsrin sonu və 19-cu əsrin əvvəllərində liberalizmin nəzdnindəki tarixi bir siyasi hərəkat, sosial liberalizmin öncüsü. Radikal metodlardan istifadə edərək dəyərlər sistemi və inqilabi yollar çərçivəsində sosial dəyişikliyə və sosial strukturlara yönəlmiş siyasi prinsipləri müdafiə edir. Latınca "kök" mənasını verən radix sözündən götürülmüşdür. İstifadəsi sosial nizama çox böyük bir miqyasda təsir edən dəyişiklikləri ehtiva edən ifrat siyasi islahatlar etməyə cəhdlər etmək və ya dəstəkləməkdir. Radikalizm özü-özlüyündə ifrat bir siyasi görüşə inanmaq və ya ifrat bir siyasi baxışı dəstəkləmək ola biləcəyi kimi, ifrat olmayan və ya ifrat bir baxış kimi hələ doğulmamış bir siyasi düşüncəni ifrat elementlərlə dolduraraq onu yeniləmək ola bilər. Ekstremizm anlayışı subyektiv ola bildiyindən radikalizm anlayışı da subyektiv ola bilər. On doqquzuncu əsr Siyasi Elm Ensiklopediyası (1881, 1889) radikalizmi "radikalizm prinsiplərindən çox praktikaları ilə xarakterizə olunur" kimi təsvir edir.
İnqılabçılıq

Sosialist-inqilabçılar
Sosialist İnqilabçılar Partiyası, qısaca SR, eser, eserlər və ya PSR — Rusiya imperiyası ərazisində fəaliyyət göstərmiş sosialist partiyası. Bakıda eserlərin ilk dərnəyi 1903-cü ildə fəaliyyətə başlamışdı. 1904-cü ildən özəl mətbəəyə malik idilər. Mətbuat orqanları "Kavkazkoe slovo" qəzeti olmuşdur. Bakı eserlərinin sosial bazası, əsasən, fəhlələrdən, Xəzər ticarət gəmiçiliyi donanmasının dənizçilərindən, həmçinin tələbə gənclərdən ibarət idi. 1904–1907-ci illərdə Şuşa, Yelizavetpol (Gəncə) və Zaqatalada da eser təşkilatları yaradıldı. Bakı eserlərinin təşəbbüsü ilə İttifaq Partiyası (1905) və "Əş-Səms " (1906) adlı milli sosialist inqilabçılar təşkilatları yaradıldı. İttifaq Partiyasının liderləri sırasında R. Şərifzadə, M. Cuvarlinski və R. Məlikov kimi şəxslər olmuşdur. 1906–1907-ci illərdə, çoxsaylı həbslərə baxmayaraq, eserlərin Azərbaycandakı mövqeləri xeyli möhkəmləndi. Onların təsir dairəsində 60-dək müəssisə və 10 minədək fəhlə var idi.
Sosialist İnqilabçılar Partiyası

Azərbaycan Sosialist İnqilabçılar Partiyası
Xalqçı Partiyası və ya Azərbaycan Sosialist İnqilabçılar Partiyası — Azərbaycan Xalq Cümhuriyyəti dövründə siyasi partiya. == Tarixi == === Sələfi === 1905-ci ilin oktyabrında Sosialist İnqilabçılar Partiyasının Bakı komitəsinin əsasında İttifaq Partiyası yarandı. Aslan bəy Səfikürdski də bu partiyanın sıralarına qoşulmuşdur. 1917-ci il noyabrın 26–28-də Müəssislər Məclisinə keçirilən seçkilərdə iştirak edən 8 əsas partiya sırasında 159 770 seçiciyə malik Müsəlman Sosialist Bloku (MSB) da var idi. 60 000 seçiciyə bir deputat qaydası ilə Müsəlman Sosialist Bloku həmin seçkilərdə 3 yer qazana bilmişdi. Bununla da Aslan bəy Səfıkürdskinin başçılıq etdiyi Müsəlman Sosialist Bloku nüfuzlu və təşkilati cəhətdən möhkəm bir siyasi partiyaya çevrildi. 1918-ci il yanvarın 5-də Rusiya Müəssislər Məclisi buraxıldı və fevralın 10-da Tiflisdə Zaqafqaziya Seyminin təsis iclası çağırıldı. Seymin təşkilində hər 20.000 seçiciyə 1 deputat yeri verildiyindən bu quruma Müsəlman Sosialist Blokundan 7 nümayəndə seçildi. 1918-ci il mayın 27-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası yarandıqda MSB-dən oraya Xudadat bəy Məlik-Aslanov və Camo bəy Hacınski daxil oldular. Milli Şuranın məqsəd və vəzifələrini Cənubi Qafqazın bütün müsəlman bölgələrində xalq kütlələrinə izah etmək üçün göndərilən nümayəndələr arasında, habelə iyunun 18-də istanbula yola düşən nümayəndə heyətinin tərkibində Məhəmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədovla yanaşı, MSB-nin sədri Aslan bəy Səfıkürdski də var idi.