1. sif. Müəyyən bir fikri, məsləki təqib edərək, dönmədən onun ardınca gedən. Ardıcıl inqilabçılar. Ardıcıl materialistlər. Ardıcıl inqilabi xətt yeritmək.
// İs. mənasında. Nəiminin ardıcılları.
2. zərf Arası kəsilmədən, bir-birinin ardınca, müntəzəm surətdə.
3. sif. Məntiqli, məntiqə əsaslanan, qanunauyğun. Ardıcıl mühakimə. Ardıcıl nəticələr çıxarmaq. Ardıcıl materializm nəzəriyyəsi.