Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Corpus Inscriptionum Latinarum
"Corpus Inscriptionum Latinarum" (ümumiyyətlə qəbul edilən abbreviaturası ilə "CIL") və ya "Latın yazılarının kodu" — antik dövrə aid latınca yazıların toplusu. "CIL" bu tipli ən ətraflı və tez-tez istinad edilən nəşrlərdən biridir, Qədim Romanın antik epiqrafiyasına, ictimai və şəxsi həyatına dair mühüm mənbədir. "CIL"-in məqsədi Roma imperiyasının hər yerindən bütün latın yazılarını toplamaq və nəşr etmək idi. Onun nəşri üçün 1847-ci ildə Berlində Teodor Mommzenin rəhbərlik etdiyi bir komitə yaradılmışdır. O, sonradan seriyanın bir çox cildinin naşiri olmuşdur. Layihə iştirakçıları yerlərə gedərək yazılara şəxsən baxmışdılar. Abidənin itirildiyi hallarda, nəşriyyatçılar mümkün olan ən dəqiq oxunuşu yaratmaq üçün kitabəni görən əvvəlki tədqiqatçıların müxtəlif ifadələrini müqayisə etmişlər. "CIL"-in ilk cildi 1853-cü ildə çıxmışdır. Ümumilikdə nəşr 70-dən çox hissədən ibarət 17 cilddən və 180,000-dən çox yazıdan ibarətdir. Sonradan indekslər və illüstrasiyalarla əlavə 13 cildd buraxılmışdır.