Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İnstallyasiya
İnstallyasiya (ing. installation - quraşdırma, yerləşdirmə, montaj) — müasir incəsənət forması. Müxtəlif elementlərdən quraşdırılaraq vahid fəza bədiilliyi təsəvvürü verir. İnstallyasiyanın əsasını Marsel Dyuşan və sürrealistlər qoyub.
İnsolyasiya
İnsolyasiya - müəyyən vaxt (dəqiqə, gün və s.) ərzində üfüqi səthə (1 sm²) düşən düz günəş radiasiyası və ya ümumi günəş radiasiyası (kalorilərlə) axını. Atmosferin yuxarı sərhəddində insolyasiya günəş sabiti adlandırılır. Bəzən günəş radiasiyasının şaquli səthə (məsələn, divar) və maili səthə (yamac) axını da insolyasiya kimi başa düşülür. == İnsolyasiya cəhəti == İnsolyasiya cəhəti dünyanın cəhətlərinə və horizontun müstəvisinə görə səthin (dərənin, yarğanın, dağın, təpənin, yüksəkliyin və digər formaların) vəziyyətidir. Bu, müəyyən yerdə və ilin müəyyən zamanında səthin günəş şüaları ilə işıqlanma müddətini və intensivliyini təyin edir. İnsolyaisya cəhəti xüsusilə dağ rayonlarında iqlimə təsirini göstərir. Həmçinin, yamaclarda iqlimin diferensasiyasına, torpağın, bitkinin müxtəlifliyinə səbəb olur. Dağlarda müxtəlif insolyasiya cəhətlərində landşaft qurşaqlığı strukturunda, qar sərhəddinin yüksəklik vəziyyətində fərq müşahidə olunur. == Dünya üzrə insolyasiya xəritələri == == Həmçinin bax == Günəş radiasiyası == Xarici keçid == Günəş modulları yaşadığım yer üçün əlverişlidirmi?