Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İnsulin
İnsulin – qandakı bir çox qida maddəsi ilə yanaşı xüsusilə qlükozanın qandan qaraciyər və əzələ kimi toxumalara keçməsini tənzimləyən zülal hormonudur. Şəkərli diabet xəstəliyinin müalicəsində geniş istifadə olunur. == İnsulin dərmanının vurulduğu nahiyyələr == İnsulin dərialtına vurulur. İnsulin vurmaq üçün ən münasib nahiyyələr kürəyin altı, budun ön tərəfi, qarın divarının yan tərəfidir. Bu yerlərin dərisi yaxşı bükülür və qan damarlarını, sinirləri və sümük üstlüyünü zədələmir. İnsulinin təsiri onun vurulduğu yerdən çox aslıdır. İnsulin qarın və dərialtı sahəsinə vurulduqda onun 90 %-i asanlıqla qana sorulur və tez bir zamanda təsir göstərməyə başlayır. Buda vurulduqda onun ancaq 70 %-i qana sorulur və insulin ləng təsir göstərir. Kürəyin altına insulin vurulduqda, dozanın 30 %-i qana keçir və çox ləng təsir göstərir. == İnsulin şprisləri və xüsusiyyətləri == İnsulin vurmaq üçün işlədilən Şprislər Rusiyada və xarici ölkələrdə istehsal olunur.
Boston Consulting Group
Boston Consulting Group — 1960-cı illərdə yaradılmış şirkət. BCG matrisin əsasını 2 hipotez təşkil edir: Seqmentinin lideri olan şirkət istehsal xərclərində rəqabət üstünlüyünə malikdir, bu isə bazarda ən yüksək rentabelliyə malik olmaq deməkdir. Sürətlə böyüyən seqmentlərdə effektiv fəaliyyət göstərmək üçün şirkət məhsulun yüksək səviyyədə istehsalına sərmayə yatırmalıdır və ya aşağı templər ilə bazarda mövcud olan məhsulun inkişaf xərclərini azaltmalıdır. Bir cümlə ilə modeli ərz etsək: BCG matrisi hesab edir ki, müəssisə uzunmüddətli karlı inkişafını təmin etmək, yeni seqmentdə güclənə bilmək üçün uğurlu biznes sahəsindən gələn gəlirləri cəmləməli və yetkin inkişafda olan biznes sahələrinə sərmayə yatırmalırdır. BCG modelinin əsas mənası şirkətin məhsul çeşidlərinin inkişfında prioritetləri və gələcək investisiyalar üçün əsas sahələri müəyyən etməkdir. Metod bu suala cavab verməkdə köməkçi olacaqdır: “Bu cür məhsul və ya xidmətlərə edilən investisiyalar gəlir gətirəcəkmi?” BCG modelində hansı məhsulları təhlil etmək olar? Şirkətin ayrı istiqamətli fəaliyyət sahələri. Məsələn: Sığorta və qazlı içkilər; Şirkətin ayrı qruplardan olan, amma eyni bazar iştirakçısı olan. Məsələn: Həyat sığortası və avtomobil sığortası; Şirkətin eyni mal qrupundan olan məhsullar. Məsələn: avtomobilin KASKO və İcbari sığortası.