Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İskələ
Estakada — dənizdə və ya göldə gəmilərin yanaşması üçün körpü. Sərnişinlərin minməsi və enməsi və naviqasiya dövründə yenidən yükləmə əməliyyatları üçün nəzərdə tutulmuşdur. Adətən gəminin burada bağlanması üçün 1 və ya 2 yerə sahib olur. == Tarixi == O, həm qalıcı (mol şəklində), həm də üzən formada (barja, debrakader və ya ponton üzərində) ola bilər.
İskəmər
Miladdan iki min, üç min il öncə[1] bu bölgədə (Lulubi) və (Qutti) tayfaları məskən salmışlar, həmin bölgəyə miladdan qabaq Manna deyərmişlər[2]. Aşur şahı, Parsuva-dan hərəkətə keçib dağları, gədikləri aşıb Misov (Misov=Mişo, Mişov) ölkəsinə gəldi.Ulusunər (Osunu) ona böyük miqdarda hədiyyələr verdi… Sonra Manna şahı (Ulusunu) Sarqonla anlaşdı, Urarto ilə savaşa girib Urmu gölünün şimal hissəsi Manna ərazisi olan Misovu azad edib, Manna dövlətini geri qaytardı. Diyakonov başqa bir yerdə yazırdı: »Sarqonun yazılarında Urmu gölünün şimalı Sankibutu adlandırılır.Kəndlərini gözəl bağ-bağatlı, bulaqlarını qaynar uzun su kanalları, ormanlı-meşəli dağları, verimli torpaqları və əkinçilik sahəsinin modern üslub əsasında qurulduğunu qeyd edir.« (1və2) Professor Zehtabi yazır: »Urartolar bu günkü Güney mahalını yüz il əlində saxlamış, burada eləcə də Təbriz və Salmas məntəqəsində bu yüz il ərzində böyük əkinçilik işləri və abadanlıq tədbirləri görmüşlər.« (2) Sonralar bu bölgəyə Güney adı verildi. Bu söz təbiətdən qaynaqlanan sözdür, türkcəmizdə cənub deməkdir, daha doğrusu Mişov dağlarının cənubu anlamını ifadə edir. Daha sonra Ərvənəg-Ənzab, bu gün isə (3) Şəbistər rəsmi dövlət dairələrində (1351-1950) ilə qədər tanınmış Ərvənəg-Ənzaba xalq içində hələdə Güney deyilir. Bu bölgə Təbrizin şimal qərbində yerləşmişdir.Həmdullah Mustovfi bu haqda belə yazır(4): »Təbriz yeddi bölümdən ibarətdir, dördüncü bölümü Ərvənəgdir, on beş ağac uzunluğu beş ağac eni var.« Başqa bir sözlə uzunluğu yüz on kilometr[3] (110km), eni otuz kilometrdir (30km). Dəniz səviyyəsindən yüksəkliyi 1275-1300m –dir[4].Güneyin şimalında Mərənd, şimal şərqində Əhər, qərbində Salmas, cənubunda Urmu gölü yerləşir.Mişov dağı 100km uzunu 30km eni ilə bu bölgəni bir divar kimi ikiyə bölür. Mişov dağının ən yüksək zirvəsi Ələmlardır. Ələmdarın hündürlüyü 3165m-dir. Bu zirvə Təsi şəhərinin istiqamətində yerləşir.
İskənə
İskənə — metal, dəmir və ağacların emalında tətbiq olunan, metaldan hazırlanmış alətdir. Tablandırılmış tilləri olan bu alətin uc hissəsi paz formasındadır. Iskənə çəkicin köməyi ilə emal olunan hissələri parçalamaq və ya yonmaq üçün istifadə olunur. Ağac üçün nəzərdə tutulmuş iskənələr tablandırılmış poladdan, daşın emalı üçün isə bərk xəlitədən hazırlanırlar. İşin təhlükəsiz aparılıması üçün alətə plastmas, ağac və ya metaldan hazırlanmış başlıq keçirilirək əlin zədələnməsinin qarşısı alınır.
İskənə (bürc)
İskənə (lat, Caelum) — Göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzunun ölçüsü 4-dür. Azərbaycandan görünür.