Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Visbaden
Visbaden (almanca: Wiesbaden) – Hessen Federal Torpağının paytaxtıdır. Əyalətin üçüncü böyük şəhəridir. Əhalisi 276.218 (2015). Reyn çayı sahillərində, Taunus dağlarının cənub yamaclarında yerləşir. Reyn çayının o biri sahilində isə Reynland-Pfalts şəhəri yerləşir.
İnden
İnden — Molekul formulu С9H8 olan politsiklik aromatik karbohidrogendir. Quruluşca benzol və tsiklopenten həlqələrinin kondensləşməsindən ibarətdir. Asanlıqla alovlanır və polimerləşir. == Alınması == Inden daş kömür qətranında (1%-ə qədər), həmçinin olefinlərin istehsalının qalıq yağlarında rast gəlinir. Sənayedə inden fenol və əsaslardan təmizlənmiş daş kömür qətranının rektifikasiyası və sonra kristallaşdırılmasından alınır. Əgər əvvəlcədən fenolun ekstraksiyası aparılmırsa, su ilə azeotrop qovulma ilə indenin konsentrasiyası yüksək olan fenol-inden fraksiyası alınır. Bu zaman fenol aşağı fraksiya kimi ayrılır. Indenin alınmasının preparativ variantı asetilenin 630oC-də pirolizindən və toluolun asetilenlə 825-900oC-də və aşağı təzyiqdə reaksiyasından ibarətdir[1]. == Fiziki xassələri == Inden bir çox üzvi həlledicilərdə (etanol, dietil efiri, piridin, dördxlorlu karbon, sirkə turşusu) həll olur, suda isə həll olmur[1]. == Kimyəvi xassələri == Inden otaq temperaturunda qaranlıqda asanlıqla polimerləşərək poliinden əmələ gətirir.
Şinden-zukuri
Şinden-zukuri (寝殿造, azərb. Əsas bina mərkəzli tikili‎) – Heyan dövründə, xüsusilə X əsr Yaponiyasında Heyan şəhərində aristokratların evləri üçün istifadə olunan memarlıq üslubu.Bu memarlıq üslubu əsasən Yaponiya aristokratları tərəfindən istifadə olunurdu. Bu ev standart olaraq düzbucaqlı sahədə yerləşən bağlı keçidlərlə əlaqələnən düzbucaqlı binalardan ibarət idi. Şinden (əsas bina) mərkəzdə yerləşdiyi üçün bu üsluba da şinden adı verilmişdir. Hər bina bir otaq idi. Lakin daha sonra ərzaq və dincəlmə otaqlarını ayırmağa başladılar.Şinden-zukuri Çin təsirindən qurtulub Yaponiyada özünəməxsus xüsusiyyətlər əldə etmişdir. Qüvslü, hündür, taxta kirəmitli saçaqlı damları var idi. Binanın inşasında istifadə olunan taxt yapon sərvindən idi. Dam taxta sütunlarla yerdən yüksəldilmişdi. Divarlar şocilərdən (sürgülü kağız qapı) ibarət idi.
Saden-Vali (Vaşinqton)
Saden Vali (ing. Sudden Valley) — ABŞ-nin Vaşinqton ştatının Uotkom qraflığında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 6441 nəfər olmuşdur. == Tarixi == Saden Vali ərazisində əvvəllər Ranço (heyvandarlıq təsərrüfatı) vardı. Ərazinin ilk sahibi Baninq Ostin idi. 1949-cu ildə Qlen və Betti Korninq ərazini alaraq buranı "Ranço" adlandırmağa başladılar. 1968-ci ildə ərazini alan Ken Sanvik burada təbiəti qorumaq şərti ilə yeni yaşayış məntəqəsi qurmağa başladı. Ərazi 1973-cü ildə qeydiyyata alındı. == Coğrafiyası == Saden Vali 48°43′13″ şm. e.