Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İspanca
İspan dili (español) — Hind-Avropa dil ailəsinin roman qrupuna aid dil. == Yayılma arealı == İspaniyada, Argentinada, Meksikada, Kubada, Kosta-Rikada, Uruqvayda, Venesuelada, Kolumbiyada, Puerto-Rikoda, Nikaraquada, Hondurasda, Çilidə, Peruda, Ekvadorda, Qvatemalada, Boliviyada, Dominikan Respublikasında, Salvadorda, Paraqvayda, Panamada, Ekvatorial Qvineyada, Qərbi Səhrada və qeyri-rəsmi olaraq Amerika Birləşmiş Ştatlarında, Filippində, Andorrada, Belizdə və Cəbəli-Tariqdə danışılır. İspan dili və ya kastiliya dili (İsp: español və ya castellano), Hind-Avropa dil ailəsinə bağlı latın dillərindən biridir. Dünyada ən çox danışılan ikinci dildir(Çindən sonra.) 559 milyon insanın danışdığı dildir.Avropa ölkələrindən sadəcə İspaniyada rəsmi dildir. Həmçinin, bu dil, bir çox Latın Amerika ölkələrinində rəsmi dilidir. Məsələn: Kuba, Argentina, Kolumbiya, Kosta-Rika, Çili, Ekvador, Qvatemala, Peru, Meksika, Uruqvay və digər ölkələr == Qrammatikası == == Fonetikası == == İstinadlar == === Xarici keçidlər === İspan ədəbiyyatı antologiyası. Bakı: "Şərq-Qərb", 2007.
İspanca Vikipediya
İspanca Vikipediya (isp. Wikipedia en español) — Vikipediyanın ispan dilində olan bölməsidir.
Drakula (film, 1931, İspanca versiya)
"Drakula" (ing. Drácula) — 1931-ci ildə istehsal olunmuş ABŞ filmidir. == İstinadlar == == Xarici keçidlər == Drakula — Internet Movie Database saytında.
İspanya şah qartalı
İspan məzar qartalı (lat. Aquila adalberti) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
İslandca
İsland dili (isl. íslenska; [ˈis.tl̥ɛn.ska] dinlə) — Şimali German dillərindən biri; İslandiyanın rəsmi dili. İsland dilinə ən yaxın olan dillər, Farer adalarında yerli əhali tərəfindən danışılan Farer dili və Norveçin qərbində danışlan Soqnamal ləhcəsidir. İslandiyanın mərkəzi Avropadan kənarda yerləşməsi nəticəsində, island dili ciddi dəyişikliklərə məruz qalmamışdır. Bu səbəbdən island dilində digər dillərdən az sayda söz keçmişdir. İsland dilinin əsas cəhətlərindən biri, dilin öz qədimiliyini qorumasdır. Orta əsrlərə aid saqalar bu gün islandlar tərəfindən rahat şəkildə oxunur və məna başa düşülür. == Sinifləndirmə == İsland dili Hind-Avropa dillərinin German dilləri bölməsinin Şimali German dilləri qoluna daxildir. İsland dilinə ən yaxın dil Farer dili hesab olunur. Skandinaviyada əhalinin böyük bir qismi tərəfindən istifadə olunan Norveç dili və İsveç dili ilə İsland dilinin yaxınlığı azdır.
İspanaq
İspanaq (lat. Spinacia) – pəncərkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Dirrik ispanağı (Spinacia oleracea)A, C, E və B qrupu vitaminləri ilə dəmir, maqnezium, fosfor və yod mineralları və zülal baxımından olduqca zəngin bir qidadır. == Faydaları == Bədənin immunitetini artırar və bədənə qüvvət verər. Yorğunluğu aradan qaldırar. Zehni qüvvətləndirər. Yaşlılıqla bağlı qavrama və mənimsəmə çətinliklərini aradan qaldırar. İspanaq qan azliğında yaxşı təsirilə yanaşı, xərçəng, ürək-damar xəstəlikləri zamanı çiy qəbulu effektlidir.Həmçinin ağız, boğaz və ağciyər xəstəliklərinə qarşı da faydalıdır. Yüksək təzyiqə, iflicə və xüsusilə yaşlılıqla bağlı görmə pozuqluqlarına yaxşı təsir edir. Hamilələrə və doğulacaq uşağa güc verər.
İspanlar
İspanlar — Avropada xalq. İspanlar Avropanın qərbində, Priney yarmadasında yaşayan İspaniyanın yerli əhalisinə verilən addır. Bundan başqa, ən böyük hissəsi Latın Amerikası olmaqla, dünyanın bir çox bölgələrində ispan mühacirlərinin kökündən olan milyonlarla İspan yaşayır.İspanlar roman əsilli xalqdır.İspan dili roman dillərinə daxildir.
İsparta
İsparta — Türkiyənin İsparta ilinin inzibati mərkəzi. Əhalisi 51 min nəfərdir. Xalçaçılığın ən iri mərkəzlərindəndir.
İspan
İspanlar — Avropada xalq. İspanlar Avropanın qərbində, Priney yarmadasında yaşayan İspaniyanın yerli əhalisinə verilən addır. Bundan başqa, ən böyük hissəsi Latın Amerikası olmaqla, dünyanın bir çox bölgələrində ispan mühacirlərinin kökündən olan milyonlarla İspan yaşayır.İspanlar roman əsilli xalqdır.İspan dili roman dillərinə daxildir.
Abaran (İspaniya)
Abaran ( isp. Abarán) — İspaniyada şəhər və bələdiyyə. Şəhər Mursiya muxtar icmasının bir hissəsi kimi Mursiya əyalətinin bir hissəsi. Bələdiyyə Veqa-Alta-del-Sequra komarkasının bir hissəsidir. 115,38 km2 ərazini tutur. 2019-cu ilin məlumatına görə, əhalisi 12,964 nəfərdir. Vilayətin inzibati mərkəzinə qədər olan məsafə 40 kilometr (25 mil) qədərdir. Sequra çayının sahilində yerləşir. Şəhər ərazisində tunc dövrünə aid arxeoloji tapıntılar aşkar edilmişdir. Şəhərin adı ilk dəfə 1281-ci ildə qeyd edilmişdir.
Artemisia hispanica
Adi yovşan (lat. Artemisia vulgaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarımkol bitkisi olub, birinci il vegetasiya zamanı, hündürlüyü 50-100 (120) sm, çoxsaylı oduncaqlı budaqlara malik olur. Çiçəkləmə və meyvə zamanı gövdəsi yarpaqlarla tamamilə örtülü olur. Gövdəsi 10-20 qədər sarımtıl və ya qırmızımtıl-qonur, nazik, düzqalxan və ya budaqlanan, yuxarı hissəsi daha çox budaqlı, aşağı hissəsi isə budaqlanmayan, çılpaq və hamardır. Budaqları nazik, uzun, demək olar ki, gövdəsi sıxılmışdır. Yarpaqları kiçik, küt, uzunsov-xətti (1mm) və ikiqanadlı-bölünmüş vəziyyətdədir. Gövdədə yarpaqları açıq-yaşıl, kök üstündə olanları isə sarımtıl-yaşıldır. Çiçək səbətciyi çoxsaylı, boruşəkilli, sarı, dikduran, kiçik, şarşəkilli, diametri 2,5-4mm olub, mürəkkəb süpürgəşəkillidir. Çiçəkləri ikicinsli, 3-5 səbətcikli, sarı və ya purpurşəkilli tacdan ibarətdir.
Avena hispanica
Avena strigosa (lat. Avena strigosa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agraria Brot. Avena agraria var. sesquialtera Brot. Avena agraria-mutica Brot. Avena agraria-sesquialtera Brot. Avena alta Cav. ex Roem. & Schult.
Borxa (İspaniya)
Borxa (isp. Borja) — İspaniyanın Araqon avtonom bölgəsinin Saraqosa vilayətində bələdiyyə. Bələdiyyə Kampo-de-Borxa kormakasında, Saraqosa şəhərindən 63 kilometr (39 mil) uzaqlıqda yerləşir. 2014-cü il əhali siyahıyaalmasına əsasən, bələdiyyədə 4.969 nəfər yaşayır. İntibah dövründə İtaliyada güc qazanmış Borciya ailəsi əslən Borxadandır. == Əhali == == Qardaş şəhərlər == == Qalereya == == İstinadlar == == Xarici keçdlər == Vikianbarda Borxa (İspaniya) ilə əlaqəli mediafayllar var.
Dactylis hispanica
Dactylis glomerata (lat. Dactylis glomerata) — qırtıckimilər fəsiləsinin dactylis cinsinə aid biki növü. == Sinonim == Bromus cylindraceus (Brot.) Brot. Bromus glomeratus (L.) Scop. Dactylis abbreviata Bernh. ex Link Dactylis altaica Besser Dactylis aschersoniana Graebn. Dactylis canariensis Nees ex Steud. [Invalid] Dactylis capitellata Link Dactylis ciliata (Peterm.) Opiz Dactylis cylindracea Brot. Dactylis decalcata Brand Dactylis fasciculata C.Sm. ex Link [Invalid] Dactylis glaucescens Willd.
Genista hispanica
İspan nazı (lat. Genista hispanica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz cinsinə aid bitki növü. == Təbii yayılması: == Qərbi Аvrоpаnın cənubundа bitir. Аrаlıq dənizinin qərb sаhillərində, Kаnаr аdаlаrındа, Krımdа quru yаmаclаrdа yаbаnı hаldа bitir. == Botaniki təsviri == Kiçik, sıxbudаqlı, tikаnlı kоldur. Yаrpаqlаrı uzun, еnsiz, üstdən tünd yаşıl, аltdаn bоzumtuldur. Kоlun zоğlаrının bünövrəsində çоxsаylı iynələri yеrləşir. Çiçəkləri çоxsаylı, ikicinsli, ətirli оlub, sаrı rəngdədir. Çiçək qrupu builki zоğlаrın qоltuğundа, sаlxım və yа bаşcıq şəklində, nаdir hаllаrdа dəstə ilə və yа tək-tək yеrləşir. Mеyvələri аvqust аyındа yеtişir.
Hispidella hispanica
Hispidella (lat. Hispidella) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Hispidella hispanica Lam.SinonimBolosia piloselloides Pourr. ex Willk. Hispidella welwitschii Rupr. Arctotis hispidella Juss. ex DC. Hispidella barnardesii Cass.
Juniperus hispanica
Adi ardıc (lat. Juniperus communis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Hündürlüyü adətən 5–10 m, gövdəsinin diametri 0,2 m olan, çətiri möhkəm, konusşəkilli və ya yumurtaşəkillidir. Qabığı boz-qonur, lifli, zoğları qırmızı-qonurdur. İynəyarpaqları üç hissəli, ucu biz, uzunluğu 1,5 sm, eni 0,1–0,2 sm-dir, yaşıl, üst tərəfdən ağ zolaqlı və çöküntülüdür, budaqlarda 4 ilə qədər qalır. Mayda çiçəkləyir, erkək çiçəkləri sarı, dişi çiçəkləri yaşıldır. Qozaları yumru, diametri 0,6–0,9 sm-dir, yetişmiş meyvəsi göyümtül-qara, çöküntülüdür. Yavaş böyüyür. İllik boy artımı 10–15 sm-dir. 200 ilə qədər yaşayır.
Kordova (İspaniya)
Kordova (isp. Córdoba [ˈkorðoβa]), tarixi adı Qurtuba — İspaniyanın Əndəlus vilayətində şəhər. == Tarixi == İspaniyanın Əndəlus vilayətinin tərkib hissəsi olan Kordova şəhəri ölkənin cənubunda yerləşir. Bu şəhər X əsrdə yaranmış Kordova əmirliyinin mərkəz şəhəri olmuş və hal-hazırda əhalisinin sayı 300 minə yaxındır. İspaniyanın konfessional durumunda katolik kilsəsi dominantlıq təşkil etsə də, bu ölkənin islam dəyərlərinə və mədəniyyətinə ehtiram və tolerantlıqla yanaşması, onun yüksək bəşəri mədəniyyətə malik olmasına dəlalət edir. Qeyd etmək lazımdır ki, Kordovada olan “qədim şəhər” doğma Bakının İçərişəhərini çox xatırladır. Maraqlıdır ki, Kordovanın “İçərişəhər”inin düz mərkəzində möhtəşəm bir məsçid ucalır. İspaniyada “Mesheti” kimi tanınan bu məsçid hələ Kordova əmirliyi (929-cu il) yaranana qədər, 711-718-ci illərdə ərəblərin İspaniyaya yürüşündən sonra tikilməyə başlayıb.”San-Visente” kilsəsində saxlanılan qədim əlyazmalara əsaslanan çağdaş İspan tarixşünaslığı göstərir ki, “Mesheti”nin inşası 785-ci ildə başlanıb və onun tikintisi dörd mərhələ keçib. Birinci mərhələ Kordova əmirliyinə qədərki dövrə təsadüf edir və I Əbd-əl-Rəhmanın göstərişi ilə onun tağları tikilib. İkinci mərhələ Kordova əmirliyinin tarixi ilə bağlıdır.
Leon, İspaniya
Leon (isp. Leon) — İspaniyada şəhər, omonimik vilayətinin inzibati mərkəzi. Əhalinin sayı 2013-cü ilə 130.601 nəfər təşkil edir.
Leon (İspaniya)
Leon (isp. Leon) — İspaniyada şəhər, omonimik vilayətinin inzibati mərkəzi. Əhalinin sayı 2013-cü ilə 130.601 nəfər təşkil edir.
Melittis hispanica
Melittis melissophyllum (lat. Melittis melissophyllum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin melittis cinsinə aid bitki növü. == Sinonimləri == Melissa sylvestris Lam. Melissa tragi Garsault [Invalid] Melittis grandiflora Sm. Melittis hispanica Klokov Melittis kerneriana Klokov Melittis melissifolium Salisb. Melittis melissophyllum var. grandiflora (Sm.) Nyman Melittis melissophyllum subsp. melissophyllum Oenonea melissifolia Bubani == Yarımnövləri == Melittis melissophyllum subsp. albida (Guss.) P.W.Ball Melittis melissophyllum subsp. carpatica (Klokov) P.W.Ball Melittis melissophyllum subsp.
Merida (İspaniya)
Merida (isp. Mérida, estremadurca: Méria) – İspaniyada Badahos əyalətində Qvadiana çayı üzərində yerləşən şəhərdir. Estramaduranın müstəqil birliyinin paytaxtıdır. Əhalisi 57 min nəfərdir. == Tarixi == B.e.ə. 25-ci ildə şəhərin yerində Emerita-Avqust şəhəri yerləşirdi.Şəhər imperator Oktavian Avqustun əmri ilə tikilmişdi. Romada Luzitaniya əyalətinin paytaxtı idi. Merida şəhəri VI əsrdə İberiya yarımadasının dininin və episkopiyasının mərkəzi (paytaxtı) idi. 713-cü ildə şəhər ərəb xəlifəsi Musa İbn Nuseyr tərəfindən alınır. 1230-cu ildə kral Alfonso IX tərfindən şəhər Mavrlardan alınır.
Olea hispanica
Avropa zeytunu (lat. Olea europaea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin zeytun ağacı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 12 m-ə çatan, geniş çətirli, həmişəyaşıl ağac bitkisidir. Yarpaqları qısa saplaqlı və tam kənarlı olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər. Yarpaq ayası uzunsov formalı, yaxud lansetşəkilli bəzən də tərsinə, yumurtavari olub, uzunluğu 5-8 sm-ə çatır. Yarpaqlarının alt səthində gümüşü rəngli pulcuqlar yerləşir. Xırda və ağımtıl rəngli çiçəkləri salxımşəkilli çiçək qrupu əmələ gətirirlər. Dişiçiyi qısa sütuncuqlu, iki yuvalı və üst yumurtalıqlıdır. Tac borucuğunun divarlarına birləşmiş iki erkəkciyi vardır. Meyvəsi uzunsov, yaxud girdə formalı ətli çəyirdək meyvədir.
Prolongoa hispanica
Prolongoa (lat. Prolongoa) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Quercus hispanica
Yay palıdı, pulcuqlu palıd (lat. Quercus robur) - palıd cinsinə aid bitki növü. == Sinonim == Quercus abbreviata Vuk. Quercus accessiva Gand. [Invalid] Quercus accomodata Gand. [Invalid] Quercus acutiloba Borbás Quercus aesculus Boiss. Quercus aestivalis Steven Quercus afghanistanensis K.Koch Quercus alligata Gand. [Invalid] Quercus altissima Petz. & G.Kirchn. Quercus amoenifolia Gand.
Salamanka (İspaniya)
Salamanka — İspaniyada şəhər. İspaniyanın Kastiliya və Leon muxtar vilayətinin (ispanca Comunidad autonoma)cənub-qərbində yerləşən eyniadlı ərazi vahidinin paytaxt şəhəridir. Əhalisi 154.462 nəfər olmaqla Çarro düzənliyində, Tormes çayının sahilində yerləşir. Əsası 1218-ci ildə Alfonso XI de Leon tərəfindən qoyulmuş Avropanın ən qədim universiteti sayılan Salamanka Universiteti bu şəhərdə yerləşir. Salamanka 1988-ci ildə YUNESKO tərəfindən Bəşəriyyət İnciləri siyahısına daxil edilmişdir. Dünyanın müxtəlif yerlərindən olan çoxsaylı turistləri özünə cəzb edən Catedral Vieja, Catedral Nueva, Casa de las Conchas, Plaza Mayor, Convento de San Esteban kimi tikililər mühüm memarlıq inciləri sayılır. 2002-ci ildə Avropanın Mədəniyyət Mərkəzi elan edilmişdir. İspaniyanın mühüm turist mərkəzlərindən biridir.
Ispaniya
İspaniya (isp. España) — rəsmi adı İspaniya Krallığı (isp. Reino de España) olan Avropanın cənub-qərbində, qismən Afrikada suveren dövlət, Avropa Birliyi və NATO-nun üzvü. İspaniyanın paytaxtı Madrid şəhəridir. == Ümumi məlumat == İspaniya 7 ölkə ilə həmsərhəddir. Qərbdə Portuqaliya, şimalda Fransa, şimal-şərqdə Andorra, şərqdə İtaliya, cənubda Seuta və Mərakeş, cənub-şərqdə isə Əlcəzair. Bundan başqa, şərqdə İtaliya ilə İspaniya arasında Balear dənizi var. Şimal-qərbində Biskay körfəzi yerləşir. İspaniya populyar dəniz kurortları ölkəsidir. Eyni zamanda dağ xizəkləri, balneoloji mərkəzlər, ixtisaslaşdırılmış idman mərkəzləri və sairə mövcuddur.
Tapança
Tapança — qısa lüləli bir atəşli silahdır. Tapançalar, iş prinsiplərinə və güllə mühafizə hissələrinin şəklinə görə, daraqlı (pistol) və ya toplu (revolver) olaraq adlandırılır və istifadə edilən güllələrin çaplarına görə təsnif edilirlər.
Avtomatik tapança
Pulemyot-tapança, tapança gülləsi istifadə edən, avtomatik tüfənglərdən daha kiçik həcmdə olan və ümumiyyətlə yaxın atışmalar və basqınlar üçün hazırlanmış silah növüdür.