Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İspanca
İspan dili (español) — Hind-Avropa dil ailəsinin roman qrupuna aid dil. İspaniyada, Argentinada, Meksikada, Kubada, Kosta-Rikada, Uruqvayda, Venesuelada, Kolumbiyada, Puerto-Rikoda, Nikaraquada, Hondurasda, Çilidə, Peruda, Ekvadorda, Qvatemalada, Boliviyada, Dominikan Respublikasında, Salvadorda, Paraqvayda, Panamada, Ekvatorial Qvineyada, Qərbi Səhrada və qeyri-rəsmi olaraq Amerika Birləşmiş Ştatlarında, Filippində, Andorrada, Belizdə və Cəbəli-Tariqdə danışılır. İspan dili və ya kastiliya dili (İsp: español və ya castellano), Hind-Avropa dil ailəsinə bağlı latın dillərindən biridir. Dünyada ən çox danışılan ikinci dildir (Çindən sonra). 559 milyon insanın danışdığı dildir. Avropa ölkələrindən sadəcə İspaniyada rəsmi dildir. Həmçinin, bu dil, bir çox Latın Amerika ölkələrinində rəsmi dilidir. Məsələn: Kuba, Argentina, Kolumbiya, Kosta-Rika, Çili, Ekvador, Qvatemala, Peru, Meksika, Uruqvay və digər ölkələr İspan ədəbiyyatı antologiyası. Bakı: "Şərq-Qərb", 2007.
İspanya
İspaniya (isp. España) — rəsmi adı İspaniya Krallığı (isp. Reino de España) olan Avropanın cənub-qərbində, qismən Afrikada suveren dövlət, Avropa Birliyi və NATO-nun üzvü. İspaniyanın paytaxtı Madrid şəhəridir. İspaniya 7 ölkə ilə həmsərhəddir. Qərbdə Portuqaliya, şimalda Fransa, şimal-şərqdə Andorra, şərqdə İtaliya, cənubda Seuta və Mərakeş, cənub-şərqdə isə Əlcəzair. Bundan başqa, şərqdə İtaliya ilə İspaniya arasında Balear dənizi var. Şimal-qərbində Biskay körfəzi yerləşir. İspaniya populyar dəniz kurortları ölkəsidir. Eyni zamanda dağ xizəkləri, balneoloji mərkəzlər, ixtisaslaşdırılmış idman mərkəzləri və sairə mövcuddur.
İspanca Vikipediya
İspanca Vikipediya (isp. Wikipedia en español) — Vikipediyanın ispan dilində olan bölməsidir.
İspanya şah qartalı
İspan məzar qartalı (lat. Aquila adalberti) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
Drakula (film, 1931, İspanca versiya)
"Drakula" (ing. Drácula) — 1931-ci ildə istehsal olunmuş ABŞ filmidir.
İspanaq
İspanaq (lat. Spinacia) – pəncərkimilər fəsiləsinə aid bitki cinsi. Dirrik ispanağı (Spinacia oleracea) A, C, E və B qrupu vitaminləri ilə dəmir, maqnezium, fosfor və yod mineralları və zülal baxımından olduqca zəngin bir qidadır. Bədənin immunitetini artırar və bədənə qüvvət verər. Yorğunluğu aradan qaldırar. Zehni qüvvətləndirər. Yaşlılıqla bağlı qavrama və mənimsəmə çətinliklərini aradan qaldırar. İspanaq qan azliğında yaxşı təsirilə yanaşı, xərçəng, ürək-damar xəstəlikləri zamanı çiy qəbulu effektlidir.Həmçinin ağız, boğaz və ağciyər xəstəliklərinə qarşı da faydalıdır. Yüksək təzyiqə, iflicə və xüsusilə yaşlılıqla bağlı görmə pozuqluqlarına yaxşı təsir edir. Hamilələrə və doğulacaq uşağa güc verər.
İspanlar
İspanlar — Avropada xalq. İspanlar Avropanın qərbində, Priney yarmadasında yaşayan İspaniyanın yerli əhalisinə verilən addır. Bundan başqa, ən böyük hissəsi Latın Amerikası olmaqla, dünyanın bir çox bölgələrində ispan mühacirlərinin kökündən olan milyonlarla İspan yaşayır.İspanlar roman əsilli xalqdır.İspan dili roman dillərinə daxildir.
İsparta
İsparta — Türkiyənin İsparta ilinin inzibati mərkəzi. Əhalisi 51 min nəfərdir. Xalçaçılığın ən iri mərkəzlərindəndir.
İspan
İspanlar — Avropada xalq. İspanlar Avropanın qərbində, Priney yarmadasında yaşayan İspaniyanın yerli əhalisinə verilən addır. Bundan başqa, ən böyük hissəsi Latın Amerikası olmaqla, dünyanın bir çox bölgələrində ispan mühacirlərinin kökündən olan milyonlarla İspan yaşayır.İspanlar roman əsilli xalqdır.İspan dili roman dillərinə daxildir.
Abaran (İspaniya)
Abaran ( isp. Abarán) — İspaniyada şəhər və bələdiyyə. Şəhər Mursiya muxtar icmasının bir hissəsi kimi Mursiya əyalətinin bir hissəsi. Bələdiyyə Veqa-Alta-del-Sequra komarkasının bir hissəsidir. 115,38 km2 ərazini tutur. 2019-cu ilin məlumatına görə, əhalisi 12,964 nəfərdir. Vilayətin inzibati mərkəzinə qədər olan məsafə 40 kilometr (25 mil) qədərdir. Sequra çayının sahilində yerləşir. Şəhər ərazisində tunc dövrünə aid arxeoloji tapıntılar aşkar edilmişdir. Şəhərin adı ilk dəfə 1281-ci ildə qeyd edilmişdir.
Kordova (İspaniya)
Kordova (isp. Córdoba [ˈkorðoβa]), tarixi adı Qurtuba — İspaniyanın Əndəlus vilayətində şəhər. == Tarixi == İspaniyanın Əndəlus vilayətinin tərkib hissəsi olan Kordova şəhəri ölkənin cənubunda yerləşir. Bu şəhər X əsrdə yaranmış Kordova əmirliyinin mərkəz şəhəri olmuş və hal-hazırda əhalisinin sayı 300 minə yaxındır. İspaniyanın konfessional durumunda katolik kilsəsi dominantlıq təşkil etsə də, bu ölkənin islam dəyərlərinə və mədəniyyətinə ehtiram və tolerantlıqla yanaşması, onun yüksək bəşəri mədəniyyətə malik olmasına dəlalət edir. Qeyd etmək lazımdır ki, Kordovada olan “qədim şəhər” doğma Bakının İçərişəhərini çox xatırladır. Maraqlıdır ki, Kordovanın “İçərişəhər”inin düz mərkəzində möhtəşəm bir məsçid ucalır. İspaniyada “Mesheti” kimi tanınan bu məsçid hələ Kordova əmirliyi (929-cu il) yaranana qədər, 711-718-ci illərdə ərəblərin İspaniyaya yürüşündən sonra tikilməyə başlayıb.”San-Visente” kilsəsində saxlanılan qədim əlyazmalara əsaslanan çağdaş İspan tarixşünaslığı göstərir ki, “Mesheti”nin inşası 785-ci ildə başlanıb və onun tikintisi dörd mərhələ keçib. Birinci mərhələ Kordova əmirliyinə qədərki dövrə təsadüf edir və I Əbd-əl-Rəhmanın göstərişi ilə onun tağları tikilib. İkinci mərhələ Kordova əmirliyinin tarixi ilə bağlıdır.
Leon, İspaniya
Leon (isp. Leon) — İspaniyada şəhər, omonimik vilayətinin inzibati mərkəzi. Əhalinin sayı 2013-cü ilə 130.601 nəfər təşkil edir.
Leon (İspaniya)
Leon (isp. Leon) — İspaniyada şəhər, omonimik vilayətinin inzibati mərkəzi. Əhalinin sayı 2013-cü ilə 130.601 nəfər təşkil edir.
Merida (İspaniya)
Merida (isp. Mérida, estremadurca: Méria) – İspaniyada Badahos əyalətində Qvadiana çayı üzərində yerləşən şəhərdir. Estramaduranın müstəqil birliyinin paytaxtıdır. Əhalisi 57 min nəfərdir. B.e.ə. 25-ci ildə şəhərin yerində Emerita-Avqust şəhəri yerləşirdi.Şəhər imperator Oktavian Avqustun əmri ilə tikilmişdi. Romada Luzitaniya əyalətinin paytaxtı idi. Merida şəhəri VI əsrdə İberiya yarımadasının dininin və episkopiyasının mərkəzi (paytaxtı) idi. 713-cü ildə şəhər ərəb xəlifəsi Musa İbn Nuseyr tərəfindən alınır. 1230-cu ildə kral Alfonso IX tərfindən şəhər Mavrlardan alınır.
Salamanka (İspaniya)
Salamanka — İspaniyada şəhər. İspaniyanın Kastiliya və Leon muxtar vilayətinin (ispanca Comunidad autonoma)cənub-qərbində yerləşən eyniadlı ərazi vahidinin paytaxt şəhəridir. Əhalisi 154.462 nəfər olmaqla Çarro düzənliyində, Tormes çayının sahilində yerləşir. Əsası 1218-ci ildə Alfonso XI de Leon tərəfindən qoyulmuş Avropanın ən qədim universiteti sayılan Salamanka Universiteti bu şəhərdə yerləşir. Salamanka 1988-ci ildə YUNESKO tərəfindən Bəşəriyyət İnciləri siyahısına daxil edilmişdir. Dünyanın müxtəlif yerlərindən olan çoxsaylı turistləri özünə cəzb edən Catedral Vieja, Catedral Nueva, Casa de las Conchas, Plaza Mayor, Convento de San Esteban kimi tikililər mühüm memarlıq inciləri sayılır. 2002-ci ildə Avropanın Mədəniyyət Mərkəzi elan edilmişdir. İspaniyanın mühüm turist mərkəzlərindən biridir.
Uspenka (Arxangel)
Uspenka (başq. Успенка, rus. Успенка) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Krasnokurt kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 36 km, kənd sovetliyindən (Şakir): 6 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 42 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (38 %), çuvaşlar (54 %) üstünlük təşkil edir.
Yaşıl İspaniya
Yaşıl İspaniya (ispan dilində: España Verde və ya Cornisa Cantábrica, qalisiya dilində: Cornixa cantábrica, bask dilində: Kantauriar eskualdea) — İspaniyanın şimalında, Qalisiya və Biskay körfəzi boyunca Fransa sərhədlərindən Portuqaliyaya qədər olan ərazi. Yaşıl İspaniya ölkənin digər ərazilərindən qərbdə Kantabriya dağları, Syerra-de-Ankares massivindən şərqdə bask dağları ilə ayrılır. Quru iqlimə malik Meseta ovalığından fərqli olaraq Yaşıl İspaniya rütubətli dəniz iğliminə malikdir. İllik orta yağıntının miqdarı 1000–1200 mm, dəniz sahillərində 1700–1900 mm.-ə qədərdir. Yağışlı günlərin sayı il ərzində 150–200 gün təşkil edir. Yaşıl İspaniyada illik orta temperatur +13°С (dağlıq ərazilərdə daha aşağıdır), ən isti ayla (avqust) ən soyuq aylar (yanvar-fevral) arasında fərq 12°С-yə yaxındır. Yüksək dağlıq ərazilər istisna olmaqla, Yaşıl İspaniya ölkədə ən soyuq iqlimə malikdir. Lakin buna baxmayaraq yağıntının kifayət qədər olması bitki örtüyünün inkişafı üçün əlverişli şərait yaradır. Bəzi mənbələrdə Biskay körfəsini Yaşıl sahil (Kosta-Verde), onun şərqindən keçən ərazini isə Kosta-Bask (basklar sahili) adlandırırlar. Sahilboyu ərazilər və Kantabriya dağlarının şimal yamacları meşələrlə (şabalıd, palıd, şam ağacları) əhatə olunmuşdur.
İspaniya Krallığı
İspaniya (isp. España) — rəsmi adı İspaniya Krallığı (isp. Reino de España) olan Avropanın cənub-qərbində, qismən Afrikada suveren dövlət, Avropa Birliyi və NATO-nun üzvü. İspaniyanın paytaxtı Madrid şəhəridir. İspaniya 7 ölkə ilə həmsərhəddir. Qərbdə Portuqaliya, şimalda Fransa, şimal-şərqdə Andorra, şərqdə İtaliya, cənubda Seuta və Mərakeş, cənub-şərqdə isə Əlcəzair. Bundan başqa, şərqdə İtaliya ilə İspaniya arasında Balear dənizi var. Şimal-qərbində Biskay körfəzi yerləşir. İspaniya populyar dəniz kurortları ölkəsidir. Eyni zamanda dağ xizəkləri, balneoloji mərkəzlər, ixtisaslaşdırılmış idman mərkəzləri və sairə mövcuddur.
İspaniya Kuboku
İspaniya Superkuboku
İspaniya Super Kuboku — 1982-ci ildə əsası qoyulan turnir hər il ölkə çempionu ilə ölkə kubokunun qalibi arasında oynanılırdı. Əgər hər hansı bir klub həm Liqanı həm də Kuboku qazanıbsa, Super Kubokda Kral Kubokunun finalında iştirak edən klubla oynayacaqdı.2019–2020 mövsümündən etibarən La Liqanın və İspaniya Kral Kubokunun qalibləri və ikinciləri arasında oynanılır.
İspaniya Televiziyası
İspaniya Televiziyası (isp. Televisión Española) və ya qısaca TVE — İspaniya hökümətinin tabeliyində yaradılan, İspaniyanın milli televiziya şəbəkəsi. TVE 28 oktyabr 1956 tarixində münzətəm verilişlərə başlamışdır. Televiziya şəbəkə şirkəti Avropa Yayım İttifaqının aktiv üzvüdür. TVE İspaniya Radio və Televiziya Korporasiyasına məxsusdur. TVE-nin fəaliyyəti daha əvvəl milli hökumətdən reklam gəlirləri və subsidiyaların birləşməsi ilə maliyyələşdirilib, lakin 2010-cu ilin yanvar ayından etibarən yalnız subsidiyalarla dəstəklənir..
İspaniya artişoku
İspaniya ənginarı
İspaniya ənginarı (lat. Cynara cardunculus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ənginar cinsinə aid bitki növü. Çoxillik, göy-yaşıl rəngdə bitkidir, 2 m-ə qədər hündürlükdə yerüstü gövdəsi var. Çiçəkləri qırmızı və ya bənövşəyidir, meyvəsi qutucuqdan ibarətdir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Carduus cardunculus (L.) Baill. Cynara scolymus subsp. cardunculus (L.) Bonnier & Layens Cynara cardunculus subsp. cardunculus Cynara cardunculus subsp. flavescens Wiklund Cynara cardunculus subsp.
İspaniya azərbaycanlıları
İspaniya azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun İspaniyada yaşayan hissəsinin adı. Dünya Azərbaycanlıları Konqresinin (DAK-ın) bütün dünyada yaşayan azərbaycanlıların sayına dair 2006-cı ildə yayınladığı məlumatlara əsasən İspaniyada 14,000 nəfər etnik azərbaycanlı yaşamaqdadır. Azərbaycan Respublikası, Diasporla İş üzrə Dövlət Komitəsi: Xaricdəki təşkilatlar :İspaniyadakı təşkilatlar Azadlıq Radiosu :İspaniyada azərbaycanlılar əsasən Barselona, Madrid və Ali-Kante şəhərlərində yaşayırlar---yayınlanma tarixi: 05.01.2007.
İspaniya bayrağı
İspaniya bayrağı (isp. Bandera de España) — İspaniyanın Dövlət bayrağı. İspaniyanın bayrağı, üç üfüqi zolaqdan, yuxarıdan aşağıya və bu şeridlərin rəngləri sırasıyla qırmızı, sarı və qırmızıdır. Sarı lent üzərində, sol tərəfdə bir palto var. Hercules Sütunları ilə əhatə olunan kral möhürünü əhatə edir. Sütunlar Gibraltar Boğazının sonunda iki tərəfdən də Cibraltar və Ceuta örtüklərini təmsil edir. Gerbdəki hər dörddəbir nişan İspaniya krallığını təmsil edir. Bu gerbin ortasında İspaniya kral ailəsinin Burbon Evinin simvolu var. Bu gerb mavi oval fonda yerləşdirilib və qırmızı çərçivəyə salınıb.
İspaniya imperiyası
İspaniya imperiyası — 1492-ci ildə Qranadanın tutulmasından, 1898-ci ildə İspaniyanın koloniyası Filippin ərazisinin ABŞ tərəfindən işğal edilməsinə qədərki dövrü əhatə etmişdir.
Igranka
Igranka (azərb. Şənlik‎) — Monteneqronun 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Ispaniya
İspaniya (isp. España) — rəsmi adı İspaniya Krallığı (isp. Reino de España) olan Avropanın cənub-qərbində, qismən Afrikada suveren dövlət, Avropa Birliyi və NATO-nun üzvü. İspaniyanın paytaxtı Madrid şəhəridir. İspaniya 7 ölkə ilə həmsərhəddir. Qərbdə Portuqaliya, şimalda Fransa, şimal-şərqdə Andorra, şərqdə İtaliya, cənubda Seuta və Mərakeş, cənub-şərqdə isə Əlcəzair. Bundan başqa, şərqdə İtaliya ilə İspaniya arasında Balear dənizi var. Şimal-qərbində Biskay körfəzi yerləşir. İspaniya populyar dəniz kurortları ölkəsidir. Eyni zamanda dağ xizəkləri, balneoloji mərkəzlər, ixtisaslaşdırılmış idman mərkəzləri və sairə mövcuddur.
Uşanka
Uşanka (rus. уша́нка) — rus papağı və ya qulaq papağı, rusların istifadə etdiyi xüsusi bir papaq növüdür. O, həm də hərbi formanın vacib hissəsidir. Soyuq havalarda baş, qulaq, boyun nahiyələrini qoruyur və isti saxlayır. Onlar xəzdən hazırlanır və soyuq bölgələrdə geniş istifadə olunur.