Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İspanca
İspan dili (español) — Hind-Avropa dil ailəsinin roman qrupuna aid dil. İspaniyada, Argentinada, Meksikada, Kubada, Kosta-Rikada, Uruqvayda, Venesuelada, Kolumbiyada, Puerto-Rikoda, Nikaraquada, Hondurasda, Çilidə, Peruda, Ekvadorda, Qvatemalada, Boliviyada, Dominikan Respublikasında, Salvadorda, Paraqvayda, Panamada, Ekvatorial Qvineyada, Qərbi Səhrada və qeyri-rəsmi olaraq Amerika Birləşmiş Ştatlarında, Filippində, Andorrada, Belizdə və Cəbəli-Tariqdə danışılır. İspan dili və ya kastiliya dili (İsp: español və ya castellano), Hind-Avropa dil ailəsinə bağlı latın dillərindən biridir. Dünyada ən çox danışılan ikinci dildir (Çindən sonra). 559 milyon insanın danışdığı dildir. Avropa ölkələrindən sadəcə İspaniyada rəsmi dildir. Həmçinin, bu dil, bir çox Latın Amerika ölkələrinində rəsmi dilidir. Məsələn: Kuba, Argentina, Kolumbiya, Kosta-Rika, Çili, Ekvador, Qvatemala, Peru, Meksika, Uruqvay və digər ölkələr İspan ədəbiyyatı antologiyası. Bakı: "Şərq-Qərb", 2007.
İspanya
İspaniya (isp. España) — rəsmi adı İspaniya Krallığı (isp. Reino de España) olan Avropanın cənub-qərbində, qismən Afrikada suveren dövlət, Avropa Birliyi və NATO-nun üzvü. İspaniyanın paytaxtı Madrid şəhəridir. İspaniya 7 ölkə ilə həmsərhəddir. Qərbdə Portuqaliya, şimalda Fransa, şimal-şərqdə Andorra, şərqdə İtaliya, cənubda Seuta və Mərakeş, cənub-şərqdə isə Əlcəzair. Bundan başqa, şərqdə İtaliya ilə İspaniya arasında Balear dənizi var. Şimal-qərbində Biskay körfəzi yerləşir. İspaniya populyar dəniz kurortları ölkəsidir. Eyni zamanda dağ xizəkləri, balneoloji mərkəzlər, ixtisaslaşdırılmış idman mərkəzləri və sairə mövcuddur.
İspanca Vikipediya
İspanca Vikipediya (isp. Wikipedia en español) — Vikipediyanın ispan dilində olan bölməsidir.
İspanya şah qartalı
İspan məzar qartalı (lat. Aquila adalberti) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
Drakula (film, 1931, İspanca versiya)
"Drakula" (ing. Drácula) — 1931-ci ildə istehsal olunmuş ABŞ filmidir. Drakula — Internet Movie Database saytında.
İspanaq
İspanaq (lat. Spinacia) – pəncərkimilər fəsiləsinə aid bitki cinsi. Dirrik ispanağı (Spinacia oleracea) A, C, E və B qrupu vitaminləri ilə dəmir, maqnezium, fosfor və yod mineralları və zülal baxımından olduqca zəngin bir qidadır. Bədənin immunitetini artırar və bədənə qüvvət verər. Yorğunluğu aradan qaldırar. Zehni qüvvətləndirər. Yaşlılıqla bağlı qavrama və mənimsəmə çətinliklərini aradan qaldırar. İspanaq qan azliğında yaxşı təsirilə yanaşı, xərçəng, ürək-damar xəstəlikləri zamanı çiy qəbulu effektlidir.Həmçinin ağız, boğaz və ağciyər xəstəliklərinə qarşı da faydalıdır. Yüksək təzyiqə, iflicə və xüsusilə yaşlılıqla bağlı görmə pozuqluqlarına yaxşı təsir edir. Hamilələrə və doğulacaq uşağa güc verər.
İspanlar
İspanlar — Avropada xalq. İspanlar Avropanın qərbində, Priney yarmadasında yaşayan İspaniyanın yerli əhalisinə verilən addır. Bundan başqa, ən böyük hissəsi Latın Amerikası olmaqla, dünyanın bir çox bölgələrində ispan mühacirlərinin kökündən olan milyonlarla İspan yaşayır.İspanlar roman əsilli xalqdır.İspan dili roman dillərinə daxildir.
İsparta
İsparta — Türkiyənin İsparta ilinin inzibati mərkəzi. Əhalisi 51 min nəfərdir. Xalçaçılığın ən iri mərkəzlərindəndir.
İspan
İspanlar — Avropada xalq. İspanlar Avropanın qərbində, Priney yarmadasında yaşayan İspaniyanın yerli əhalisinə verilən addır. Bundan başqa, ən böyük hissəsi Latın Amerikası olmaqla, dünyanın bir çox bölgələrində ispan mühacirlərinin kökündən olan milyonlarla İspan yaşayır.İspanlar roman əsilli xalqdır.İspan dili roman dillərinə daxildir.
Kordova (İspaniya)
Kordova (isp. Córdoba [ˈkorðoβa]), tarixi adı Qurtuba — İspaniyanın Əndəlus vilayətində şəhər. İspaniyanın Əndəlus vilayətinin tərkib hissəsi olan Kordova şəhəri ölkənin cənubunda yerləşir. Bu şəhər X əsrdə yaranmış Kordova əmirliyinin mərkəz şəhəri olmuş və hal-hazırda əhalisinin sayı 300 minə yaxındır. İspaniyanın konfessional durumunda katolik kilsəsi dominantlıq təşkil etsə də, bu ölkənin islam dəyərlərinə və mədəniyyətinə ehtiram və tolerantlıqla yanaşması, onun yüksək bəşəri mədəniyyətə malik olmasına dəlalət edir. Qeyd etmək lazımdır ki, Kordovada olan “qədim şəhər” doğma Bakının İçərişəhərini çox xatırladır. Maraqlıdır ki, Kordovanın “İçərişəhər”inin düz mərkəzində möhtəşəm bir məsçid ucalır. İspaniyada “Mesheti” kimi tanınan bu məsçid hələ Kordova əmirliyi (929-cu il) yaranana qədər, 711-718-ci illərdə ərəblərin İspaniyaya yürüşündən sonra tikilməyə başlayıb.”San-Visente” kilsəsində saxlanılan qədim əlyazmalara əsaslanan çağdaş İspan tarixşünaslığı göstərir ki, “Mesheti”nin inşası 785-ci ildə başlanıb və onun tikintisi dörd mərhələ keçib. Birinci mərhələ Kordova əmirliyinə qədərki dövrə təsadüf edir və I Əbd-əl-Rəhmanın göstərişi ilə onun tağları tikilib. İkinci mərhələ Kordova əmirliyinin tarixi ilə bağlıdır.
Leon, İspaniya
Leon (isp. Leon) — İspaniyada şəhər, omonimik vilayətinin inzibati mərkəzi. Əhalinin sayı 2013-cü ilə 130.601 nəfər təşkil edir.
Leon (İspaniya)
Leon (isp. Leon) — İspaniyada şəhər, omonimik vilayətinin inzibati mərkəzi. Əhalinin sayı 2013-cü ilə 130.601 nəfər təşkil edir.
Merida (İspaniya)
Merida (isp. Mérida, estremadurca: Méria) – İspaniyada Badahos əyalətində Qvadiana çayı üzərində yerləşən şəhərdir. Estramaduranın müstəqil birliyinin paytaxtıdır. Əhalisi 57 min nəfərdir. B.e.ə. 25-ci ildə şəhərin yerində Emerita-Avqust şəhəri yerləşirdi.Şəhər imperator Oktavian Avqustun əmri ilə tikilmişdi. Romada Luzitaniya əyalətinin paytaxtı idi. Merida şəhəri VI əsrdə İberiya yarımadasının dininin və episkopiyasının mərkəzi (paytaxtı) idi. 713-cü ildə şəhər ərəb xəlifəsi Musa İbn Nuseyr tərəfindən alınır. 1230-cu ildə kral Alfonso IX tərfindən şəhər Mavrlardan alınır.
Salamanka (İspaniya)
Salamanka — İspaniyada şəhər. İspaniyanın Kastiliya və Leon muxtar vilayətinin (ispanca Comunidad autonoma)cənub-qərbində yerləşən eyniadlı ərazi vahidinin paytaxt şəhəridir. Əhalisi 154.462 nəfər olmaqla Çarro düzənliyində, Tormes çayının sahilində yerləşir. Əsası 1218-ci ildə Alfonso XI de Leon tərəfindən qoyulmuş Avropanın ən qədim universiteti sayılan Salamanka Universiteti bu şəhərdə yerləşir. Salamanka 1988-ci ildə YUNESKO tərəfindən Bəşəriyyət İnciləri siyahısına daxil edilmişdir. Dünyanın müxtəlif yerlərindən olan çoxsaylı turistləri özünə cəzb edən Catedral Vieja, Catedral Nueva, Casa de las Conchas, Plaza Mayor, Convento de San Esteban kimi tikililər mühüm memarlıq inciləri sayılır. 2002-ci ildə Avropanın Mədəniyyət Mərkəzi elan edilmişdir. İspaniyanın mühüm turist mərkəzlərindən biridir.
Uspenka (Arxangel)
Uspenka (başq. Успенка, rus. Успенка) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Krasnokurt kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 36 km, kənd sovetliyindən (Şakir): 6 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 42 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (38 %), çuvaşlar (54 %) üstünlük təşkil edir.
Valensiya (İspaniya)
Valensiya və ya tarixi adı ilə Bələnsiyə — İspaniyada şəhər. İspaniyada əhalisinin sayına görə Madrid və Barselonadan sonra 3-cü şəhər olan Valensiya, eyni zamanda Valensiya Muxtariyyətinin də paytaxtıdır. Tarixən bu şəhər ticarət və toxuculuq sənayesi mərkəzi olmuşdur. Günümüzdə sənaye ilə yanaşı, tarixi-turistik əhəmiyyətini qorumaqdadır. Hal-hazırda şəhər ətrafında çox sayda müəssisələr yerləşir. Bunların sırasında məşhur avtomobil istehsalçısı "Ford" zavodu vardır. Valensiyaya məxsus Fayyas Bayramı hər il martın ayının 2-ci və 3-cü həftələrində, 15-19 mart tarixləri arasında qeyd edilir.
Yaşıl İspaniya
Yaşıl İspaniya (ispan dilində: España Verde və ya Cornisa Cantábrica, qalisiya dilində: Cornixa cantábrica, bask dilində: Kantauriar eskualdea) — İspaniyanın şimalında, Qalisiya və Biskay körfəzi boyunca Fransa sərhədlərindən Portuqaliyaya qədər olan ərazi. Yaşıl İspaniya ölkənin digər ərazilərindən qərbdə Kantabriya dağları, Syerra-de-Ankares massivindən şərqdə bask dağları ilə ayrılır. Quru iqlimə malik Meseta ovalığından fərqli olaraq Yaşıl İspaniya rütubətli dəniz iğliminə malikdir. İllik orta yağıntının miqdarı 1000–1200 mm, dəniz sahillərində 1700–1900 mm.-ə qədərdir. Yağışlı günlərin sayı il ərzində 150–200 gün təşkil edir. Yaşıl İspaniyada illik orta temperatur +13°С (dağlıq ərazilərdə daha aşağıdır), ən isti ayla (avqust) ən soyuq aylar (yanvar-fevral) arasında fərq 12°С-yə yaxındır. Yüksək dağlıq ərazilər istisna olmaqla, Yaşıl İspaniya ölkədə ən soyuq iqlimə malikdir. Lakin buna baxmayaraq yağıntının kifayət qədər olması bitki örtüyünün inkişafı üçün əlverişli şərait yaradır. Bəzi mənbələrdə Biskay körfəsini Yaşıl sahil (Kosta-Verde), onun şərqindən keçən ərazini isə Kosta-Bask (basklar sahili) adlandırırlar. Sahilboyu ərazilər və Kantabriya dağlarının şimal yamacları meşələrlə (şabalıd, palıd, şam ağacları) əhatə olunmuşdur.
İspaniya Krallığı
İspaniya (isp. España) — rəsmi adı İspaniya Krallığı (isp. Reino de España) olan Avropanın cənub-qərbində, qismən Afrikada suveren dövlət, Avropa Birliyi və NATO-nun üzvü. İspaniyanın paytaxtı Madrid şəhəridir. İspaniya 7 ölkə ilə həmsərhəddir. Qərbdə Portuqaliya, şimalda Fransa, şimal-şərqdə Andorra, şərqdə İtaliya, cənubda Seuta və Mərakeş, cənub-şərqdə isə Əlcəzair. Bundan başqa, şərqdə İtaliya ilə İspaniya arasında Balear dənizi var. Şimal-qərbində Biskay körfəzi yerləşir. İspaniya populyar dəniz kurortları ölkəsidir. Eyni zamanda dağ xizəkləri, balneoloji mərkəzlər, ixtisaslaşdırılmış idman mərkəzləri və sairə mövcuddur.
İspaniya mətbəxi
İspan mətbəxi — ölkənin müxtəlif regionlarının töhfəsi olaraq ispan mətbəxini zənginləşdirən müxtəlif yeməklərin hazırlanması formasıdır. Bu mətbəx kənd yerləri və sahilyanı ərazilərdən tutmuş bir çox ərazilərin və iqlimlərin mədəniyyətini təmsil edir. İspan mətbəxi tarix boyu ərazisində yerləşmiş eyni zamanda sonradan yaranmış koloniyaların da mətbəxinə güclü təsir etmişdir. Bu da öz növbəsində ispan mətbəxini müxtəlif cür bişirmə texnikaları və inqredientlərlə təmin etmişdir. Öz bişirmə texnikaları və ərzaqları ilə XIX əsrin sonu- XX əsrin əvvələrində daha da məşhurlaşmağa başlayan bu mətbəx uzun müddət Avropada məşhur olmamışdır. Bütün bu kulinariya bilikləri onun tarixi və mənşəyi ilə maraqlanan , bu sahə üzrə ixtisaslaşmış kulinariya yazıçıarı sayəsində işıq üzü görmüşdür. Bu yazıçı qruplarını “27-ci nəsil” adlandırmışlar. Bu təkamül hazırda yeni ispan mətbəxi kimi tanıdığımız mərhələyə qədər inkişaf etmişdir. Bəzən bu sahə üzrə mütəxxəsislər onun müxtəlidliyini nəzərə alaraq cəmdə istifadə edirlər “cocinas de España” (İspan mətbəxləri ) . Müasir ispan mətbəxində iki reallıq nəzərə çarpır: ənənələrə əsaslanan klassik ispan mətbəxi və dünya şöhrəti qazanmış və daim yeniliklər, yeni bişirmə texnikaları axtaran müasir ispan mətbəxi.
İspaniya tarixi
İspaniya tarixi — İspaniyanın keçmişi, Pireney yarımadasında ilk insan kolonializminin yaranmasından bu günə qədər olan dövrünü əhatə edir. Pireney yarımadasında insan sivilizasiyasının tarixi 35.000 il əvvələ gedib çıxır. Bu dövrdə Pireney yarımadası Keltlər, Karfagenlər, Finikiyalılar və Yunanlar da daxil olmaqla bir çox qəbilə tərəfindən işğal edildi. Eramızın II əsrində İspaniya Roma Respublikasının bir hissəsi oldu. 410-cu ildə İspaniya bir Qədim germanlar irqi olan Vestqot krallığı əlinə keçdi. Orta əsrlərdəki qarşıdurmalara baxmayaraq, İspaniya Avropanın ən qədim milli dövlətlərindən biridir. İspaniyanın hazırkı sərhədləri XV əsrin sonlarında çəkilmişdi və II Ferdinand və Kastiliyalı I İzabellanın evliliyi ilə tək taxt altında birləşdi. İspaniya XVI əsrdə Avropanın ən güclü dövlətinə çevrildi və bu dövrdən XVIII əsrə qədər Avropa məsələlərində yaxından iştirak etdi. İspaniya kralları Avropanın bir çox bölgəsinə yayılan əyalətləri idarə edirdilər. Yenilənən siyasi qərarsızlılıq, siyasətə hərbi müdaxilələr, tez-tez davam edən vətəndaş müharibələri və repressiv hökumətlər, müasir İspaniya tarixini meydana gətirən hadisələr idi.
İspaniya Çempionatı
La Liqa (isp. Liga de Fútbol Profesional, LaLiga) — İspaniya peşəkar futbol liqası. İlk dəfə 1929-cu ildə keçirilmişdir və "Barselona" mövsümün qalibi olmuşdur.Liqadakı ən titullu klub "Real Madrid"dir. Hər il 20 komandanın oynadığı liqada son 3 yeri tutan klub Sequndaya düşür. İlk 4 klub isə UEFA Çempionlar Liqasına çıxır. 4–7-ci yerləri tutan klublar isə UEFA Avropa Liqasına çıxır. La liqanın ən məhsuldar oyunçusu "Barselona"da oynayan Argentinalı ulduz Lionel Messidir. 2015-ci ilə qədər BBVA sponsorluq edirdi. Daha sonra isə Electronic Arts sponsor oldu. İcraçı direktor isə Javier Gomez Morinadır .
İspaniya şəhərləri
Ispaniyanın ən böyük şəhərləri. Şəhər əhalisinin artma sırasının və hansı muxtar icmaya aid olduğunun göstərilməsi.
İsparta ili
İsparta ili — Türkiyədə ili. İnzibati mərkəzi Isparta şəhəridir.
İspaniya Kuboku
İspaniya Superkuboku
İspaniya Super Kuboku — 1982-ci ildə əsası qoyulan turnir hər il ölkə çempionu ilə ölkə kubokunun qalibi arasında oynanılırdı. Əgər hər hansı bir klub həm Liqanı həm də Kuboku qazanıbsa, Super Kubokda Kral Kubokunun finalında iştirak edən klubla oynayacaqdı.2019–2020 mövsümündən etibarən La Liqanın və İspaniya Kral Kubokunun qalibləri və ikinciləri arasında oynanılır.
İspaniya Televiziyası
İspaniya Televiziyası (isp. Televisión Española) və ya qısaca TVE — İspaniya hökümətinin tabeliyində yaradılan, İspaniyanın milli televiziya şəbəkəsi. TVE 28 oktyabr 1956 tarixində münzətəm verilişlərə başlamışdır. Televiziya şəbəkə şirkəti Avropa Yayım İttifaqının aktiv üzvüdür. TVE İspaniya Radio və Televiziya Korporasiyasına məxsusdur. TVE-nin fəaliyyəti daha əvvəl milli hökumətdən reklam gəlirləri və subsidiyaların birləşməsi ilə maliyyələşdirilib, lakin 2010-cu ilin yanvar ayından etibarən yalnız subsidiyalarla dəstəklənir..
Igranka
Igranka (azərb. Şənlik‎) — Monteneqronun 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Ispaniya
İspaniya (isp. España) — rəsmi adı İspaniya Krallığı (isp. Reino de España) olan Avropanın cənub-qərbində, qismən Afrikada suveren dövlət, Avropa Birliyi və NATO-nun üzvü. İspaniyanın paytaxtı Madrid şəhəridir. İspaniya 7 ölkə ilə həmsərhəddir. Qərbdə Portuqaliya, şimalda Fransa, şimal-şərqdə Andorra, şərqdə İtaliya, cənubda Seuta və Mərakeş, cənub-şərqdə isə Əlcəzair. Bundan başqa, şərqdə İtaliya ilə İspaniya arasında Balear dənizi var. Şimal-qərbində Biskay körfəzi yerləşir. İspaniya populyar dəniz kurortları ölkəsidir. Eyni zamanda dağ xizəkləri, balneoloji mərkəzlər, ixtisaslaşdırılmış idman mərkəzləri və sairə mövcuddur.
Uşanka
Uşanka (rus. уша́нка) — rus papağı və ya qulaq papağı, rusların istifadə etdiyi xüsusi bir papaq növüdür. O, həm də hərbi formanın vacib hissəsidir. Soyuq havalarda baş, qulaq, boyun nahiyələrini qoruyur və isti saxlayır. Onlar xəzdən hazırlanır və soyuq bölgələrdə geniş istifadə olunur.