Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İtiqulaq şəbpərə
İtiqulaq şəbpərə (lat. Myotis blythii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. Onların çəkisi 15–30 q, bədəninin uzunluğu 58–77 mm, quyruğu isə 45–60 mm, qanadlar arasında məsafə 38–40 sm təşkil edir. Qulaqları orta ölçüyə malik olurlar. Qanadları böyük və enlidir. Bel nahiyəsində boz və açıq boz rəngdə olur. Avropanın Aralıq dənizi hövzəsi, qərbi Ukrayna, Moldova, Krım, Qafqaz, Şimali Afrika, Ön, Kiçik və Mərkəzi Asiya, İran, Əfqanıstan, Mərkəzi Çinə qədər şimal-qərbi Altay və Himalay dağlarına qədər olan ərazilərdə yayılmışdır. Azərbaycanda isə bu növ daha geniş şəkildə Kiçik Qafqaz dağları bölgəsində yayılmışdır. İtiqulaq gecə şəbpərəsi aran zonasında, həm də 2350 metrə qədər hündürlükdə yerləşən dağlarda (Dağlıq Qarabağın İstisu ətrafında) (alp çəmənlərindən başqa) qeydə alınmışdır. Müxtəlif landşaftlarda məskunlaşa bilsələrdə, dağ meşələrində və dağətəyi çöllərdə sayı daha çoxdur.