Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Martina Mitseli
Martina Mitseli (22 oktyabr 1973, Roma) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Martina Mitseli, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Martina Mitseli, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Ayşə Şekibe İnsel
Ayşə Şekibe İnsel (1886, Konstantinopol – 29 mart 1970) — türk fermer və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, TBMM-nin 5-ci çağırışında Bursa seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib. == Şəxsi həyatı == Ayşə Şekibe İnsel 1886-cı ildə İstanbulda, Şekib bəy ilə Fatma Şefika xanımın ailəsində anadan olub. O, gənclik illərini İstanbulda keçirib, İstanbul qız peşə məktəbində və İstanbul alman liseyində oxuyub. İnsel 1905-ci ildə Mehmet Kəmaləttin bəylə evlənmiş və bu evlilikdən bir oğlu olmuşdur. Onun evlilik soyadı Akkavuk olduğu üçün mənbələrdə ona bu soyad ilə də istinad edilir. Şekibe orta təhsilinə görə və oğlunun təhsili ilə əlaqədar bir müddət Almaniyada qaldığı üçün alman dilini bilirdi. 1932-ci ildə İnselin əri vəfat etmiş və o, bir müddət Bursa ilinin İnegöl ilçəsinin İsaören kəndində məskunlaşaraq burada ailələsinə məxsus fermanı idarə etmişdir. Ayşə Şekibe İnsel 29 mart 1970-ci ildə vəfat etmişdir. == Siyasi karyerası == 1934-cü ildə qəbul edilmiş qanunla Türkiyədə qadınların seçki hüququ tanınmış və bununla da türk qadınlarına parlamentə seçmək və seçilmək hüququ verilmişdir.
Self Control (mahnı)
"Self Control" (azərb. Özünü idarəetmə‎) – Lora Breniqanın ifa etdiyi populyar mahnılarından biridir. İlk dəfə İtaliya ifaçısı Raffaele Riefoli (qısa adı: RAF) tərəfindən ifa edilmişdir. Orijinal sinql uğur qazansa da, Lora Breniqan tərəfindən ifa edilən kaver versiya daha çox populyarlıq qazanmışdır. 7" single "Self Control" — 4:08 "Silent Partners" — 3:58 12" maxi "Self Control" (extended version) — 5:00 "Silent Partners" (extended version) — 4:10 Mahnının klipi Nyu Cersi və Nyu Yorkda çəkilmiş, ilk dəfə olaraq aprel ayında 1984-cü ildə istehsal edilmişdir. Bu mahnının remeyki "In The Night No Control" adı ilə Hind filmi olan Oyunçular kralı filmində səsləndirilmişdir.
Self Control (Lora Breniqan mahnısı)

Şelf
Şеlf (ing. shelf) – dayaz, matеrikin su ilə basılmış hissələridir. Dünya оkеanının 8%-ə yaхınını tutur. Adətən 200 m dərinliyə qədər оlan sahələr bura aid еdilir. Şеlf aid оlduğu matеrikin rеlyеfinə uyğun, dayaz, zəif mеylli düzənliklərə dеyilir. Dünya оkеaının bu hissəsi еlə bir sahədir ki, gətirmə matеriallarının əsas hissəsi burada tоplanır. Gеоlоji baхımdan şеlf matеriklərə aid еdilən yеr kürəsinin bir hissəsi sayılır. Şelf [ing. shelf – dayazlıq] - okeanologiyada qitənin kənarında yerləşən, dənizlə örtülü vilayət- geniş qitə dayazlığı. Qlobal miqyasda şelf eni sıfırdan 1500 km-dək dəyişir, orta hesabla 78 km təşkil edir.
Şelf buzlağı
Şelf buzlağı- Geniş, tavayaoxşar, qalınlığı 200-250 metr olan, materik buzundan ayrılan və həmin materik şelfində yerləşən nəhəng buz kütləsi . Ən böyük şelf buzlağı Antarktikada Ross şelf buzlağıdır (qalınlığı 200 metr). Şelf buzlağı parçalandıqda ondan stolvari aysberqlər əmələ gəlir.
Ross şelf buzlağı
Ross şelf buzlağı — Antarktidada yerləşın ən iri şelf buzlağıdır.,əsasən Ross ərazisində, Ross dənizi içərilərinə doğru uzanmış, qərbdən Meri Berd Torpağı, şərqdən isə Viktoriya Torpağı ilə əhatələnən buzlaq sahəsidir. Buzlağın sahəsi 487 000 km² təşkil edir. Şimaldan cənuba 850 km, şərqdən qərbə isə 800 km məsafədə izanır. Buzlaq Ceyms Klark Rossun ekspedisiyası zamanı, 1841-ci ilin yanvarında aşkarlanmışdır. Buzlaq gəmilərin sahilə yan almasına imkan vermədiyindən Viktoriyanın buzlaq səddi olaraq adlandırılır. Daha sonra isə açılış edənin şərəfinə Ross sədd buzlağı olaraq adlandlrılır. Buzlağın cənub-şərqinbdə 800 metr dərinlikdə Villans gölü yerləşir. 1831-ci ildə Ceyms Ross Şimal maqnit qütbünü fəth etdikdən sonra bir necə il ərzində Cənub qütbünə dəniz yolunu aşkarlamağa çalışırdı. 1841-ci ilin yanvarında İngiltərənin Erebus və «Terror» gəmisi xüsusi qorucularla Sakit okeandan ayrılan buzlaq səddini keçərək içərilərə daxil olur. Dörd gün burada üzdükdən sonra 11 yanvar tarixində ekspedisiya böyük buzlaq səddini aşkarlayırlar.
Mak-Merdo şelf buzlağı
Mak-Merdo şelf buzlağı — Ross şelf buzlağının tərkib hissəsini təşkil edən, Mak-Merdo boğazı və Ross adasının şimalında yerləşən buzlaq. Aparılan araşdırmalar Ross şelf buzlağının bu hissəsinin tap fərqli xüsusiyyətə malik olduğu göstərmişdir. Bu isə buzlağa müstəqil ad verilməsini mümkün edir. Buzlağı 1962-63-cü illərdə araşdıran A. Heyn buzlağın sərhədləri Ross adasından götürməyi təklif etmişdir. Ancaq Antarktidanın ad məsələləri üzrə kosultasiya komitəsi (US-ACAN) məsələyə baxmış və sərhədin Minndən başlamasını qeydə almışdır.
Üzən-yarı suya salınmış qazma qurğusu-"Şelf" (film, 1982)
Kinolent ən böyük dərinliklərdə neft və qaz çıxarmaq üçün geniş imkanlar açan "Şelf" silsiləsindən yeni üzən-yarı suya salınmış qazma qurğusu haqqında danışır. Texniki-təbliğat filmi tamaşaçılara qurğunun əsas və texniki-iqtisadi göstəriciləri ilə tanış olmaq imkanı verir. Film SSRİ Qaz Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Qaz Sənayesi İnstitutunun sifarişi ilə çəkilmişdir. Rejissor: Ruslan Şahmalıyev Ssenari müəllifi: Ruslan Şahmalıyev Operator: Faiq Qasımov Bəstəkar: Rafiq Babayev Səs operatoru: Akif Nuriyev SSRİ Qaz Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Qaz Sənayesi İnstitutu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 330.
Üzən-yarı suya salınmış qazma qurğusu — "Şelf" (film, 1982)