Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İxtiol
İxtiol — qara qonur rəngli, kəskin iyli qatı maddə. Qıcıqlandırıcı, keyləşdirici, antiseptikdir: iltihab əleyhinə təsir göstərir. İxtiolun tərkibində birləşmə şəklində kükürd, fenol, krezol, aromatik karbohidrogenlər və s. var. İxtiol müxtəlif dəri xəstəliklərində (ekzema, qızılyel, furunkulyoz, karbunkulyoz, dəmirov və s.), cərrahi (yanıqlar, don vurmalar, gec sağalan yaralar) və qadın xəstəliklərində (metrit, parametrit, salpingit, ooforit) geniş tətbiq edilir. Məlhəm, pasta, şam halında hazırlanır. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası, V cild, səh.