Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İran jandarması
İran jandarması (fars. ژاندارمری دولتی‎ Jandarmirī-ye dövlətī)—1910-cu ildən 1991-ci ilədək İranda olan hərbi birləşmə. == Tarixi == İran jandarması 1910-cu ildə İsveç dövləti tərəfindən yaradılıb. Belə ki, İran öz Jandarma və Polis təskilatını qurub, inkişaf etdirmək üçün həmin ildən etibarən İsveçli zabitləri ölkəsinə dəvət edir. İlk dəfə 36 zabit dəvət edilmişdi.1924-cü ilə qədər İranda qalan bu zabitlərin təlim-tərbiyə verdikləri birliklər və yetisdirdikləri əsgərlər daha sonra İran sahının ordusunun əsasını təşkil etdilər. 1911-1924-cü illər arasında 49 orta rütbəli zabit və 5 aşağı rütbəli zabit, toplam 54 hərbi personel İsveç tərəfindən İrana yollanir. 1911-ci ilin may ayında Amerikalı müşavir Morqan Şuster köməkçiləri ilə İrana gəlir. Rəsmən o, dövlət xəzinəsində baş xəzinədar vəzifəsini tutmalı və maliyyə işi ilə məşğul olmalı idi. 12 iyun 1911-ci ildə İran Milli Məclisi Morqan Şusterin qanun layihəsini təsdiq etdi. Az müddətdən sonra İranın bütün maliyyə işləri Morqan Şusterin nəzarəti altında idi.