Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hostel
Hostel (ing. hostel - yataqxana) — qonaqları qısa və ya uzun müddətli yaşayış ilə təmin edən Avropada yaşayış sistemi. Bir qayda olaraq, otaqda əlavə imkanlar olmayan bir yataqxana. Şəhər yataqxanaları bura aid edilir, hansı ki, ümumi yerləşməyə malikdir.
Nestle
Nestlé S.A.- Qida məhsulları istehsal edən məşhur İsveçrə kompaniyasıdır. Kompaniyanın əsası 1866-cı ildə Henri Nestle tərəfindən qoyulmuşdur. Kompaniyanın baş ofisi Veve şəhərində yerləşir. == 1860-1904-cü illər == Nestle şirkətinin yaradılmasına səbəb olan əsas amil Henri Nestlenin körpələrini döşlə əmizdirə bilməyən analar üçün sağlam, və qənaətcil alternativ axtarışı olmuşdu.1860-cı illərin ortalarında ixtisaslı əczaçı olan Nestle bu cür anaların körpələrini qidalandırması üçün alternativ mənbənin yaradılması məqsədilə inək südü, buğda unu və şəkər tozunun müxtəlif kombinasiyalarını təcrübədən keçirməyə başladı. Onun əsas məqsədi pis qidalanma səbəb olduğu uşaq ölümü probleminin aradan qaldırılmasına yardım etmək olmuşdu. O, yeni məhsulu “Farine Lactee Henri Nestle” adlandırdı. Nestlenin ilk müştərisi nə ana südü, nə də ki şərti əvəzediciləri qəbul edən və həkimlər tərəfindən ölüm diaqnozu qoyulan yarımçıq doğulmuş uşaq olmuşdu. İnsanlar Nestlenin yeni məhsulunun dəyərini uşağın həyatını xilas etdikdən dərhal sonra və bir neçə il ərzində tanıdılar və “Farine Lactee Nestle” Avropanın bir çox ölkələrində satılmağa başladı. Henri Nestle, həmçinin markalaşma gücünü də tez anladı. O, ticarət nişanı kimi öz ailə gerbini yaratdı, alman dilinin İsveçrə aksentində Nestle “balaca quş yuvası” deməkdir.
Joslen
Joslen — kişi adı. I Joslen (Edessa qrafı) — Edessa qrafı. II Joslen (Edessa qrafı) — sonuncu Edessa qrafı.
Joule
Coul (C) (ing. Joule (J)) — fizikada enerjinin həcmi, istiliyin kəmiyyəti, görülən işin vahidi. 1 coul (C) - 1N qüvvənin qüvvə istiqamətində gedilən 1m yolda gördüyü işə deyilir. Elektrik sahəsində 1 coul (C) 1 volt (V) gərginliyin təsiri ilə 1 saniyə (s) müddətində dövrədə 1 amper (A) şiddəti olan cərəyanı davam etdirməyə sərf olunan işə deyilir. Coul enerji ölçü vahidi ingilis alimi Ceyms Preskott Coulun şərəfinə adlandırılıb. Ədədi qiymətcə 1C=kq*m^2/san^2 bərabərdir.
Artur Kostler
Artur Kostler (mac. Arthur Koestler; 5 sentyabr 1905[…], Budapeşt – 1 mart 1983[…], London) — Macarıstanlı jurnalist, araşdırmaçı yazar və tarixçi. == Həyatı == Yəhudi mənşəyli olan Artur Koster "On üçüncü qəbilə" və "Gözqamaşdırıcı zülmət" kitabları ilə böyük məşhurluq əldə etmişdir. Atası Leopold Kostler Şimali Macarıstana köçmüş rus yəhudilərindən idi. Roman, publististik yazılar, sosial fəlsəfə əsərləri və müxtəlif elmi-tarixi əsərlərin müəllifidir. 1931-ci ildə Almaniya Kommunist Partiyasına üzv olmuş, yeddi il sonra, Böyük Britaniyaya köçməsi ilə partiyadan ayrılmışdır. 1940-cı illərin sonlarında ən tanınmış ingilis anti-kommunistlərdən biri kimi tanınmışdır. 1950-ci illərdə də aktiv şəkildə siyasi fəaliyyətini davam etdirən Kostler 1930-cu illər SSRİ-nin siyasi həyatıdan danışan Gözqamaşdırıcı zülmət əsəri ilə tanınmağa başlayır. Gözqamaşdırıcı zülmət məzmun və mövzu oxşarlığına görə Corc Oruellin "1984" romanı ilə müqayisə edilir. Müəllifin başqa bir əsəri olan "On üçüncü qəbilə" kitabında Əşkinazi yəhudilərinin Xəzərlərin soyundan gəldiyi tezisi irəli sürülür.
Hostel (dəqiqləşdirmə)
Hostel
Hostel (film)
Hostel
Linckia costae
Linckia multifora (lat. Linckia multifora) — heyvanlar aləminin dərisitikanlılar tipinin dəniz ulduzları sinfinin valvatida dəstəsinin ophidiasteridae fəsiləsinin linckia cinsinə aid heyvan növü.
Napmi Kastle
Napmi Kastle (d. 29 may 1974) — Avstraliyanı təmsil edən su poloçusu. Napmi Kastle, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Napmi Kastle, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu. Napmi Kastle, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Sabine Postel
Sabine Postel (10 may 1954) — alman aktyor. == Filmoqrafiyası == 1982: Die Aufgabe des Dr. Graefe 1983: Engel auf Rädern 1984: The Brief 1986: Der Antrag 1986: Bankgeheimnisse 1987–1989: Ein Fall für zwei 1987: Großstadtrevier – Geleimt 1988: Wilder Westen inclusive 1988: Zwei alte Damen geben Gas 1989: Tatort: Der Pott 1989: Lindenstraße 1990: Das Erbe der Guldenburgs 1991: Leo und Charlotte 1992: Auf Achse 1992: Unser Lehrer Doktor Specht 1992: Schlafende Hunde 1993: Die schönsten Jahre unseres Lebens 1993–1996: Nicht von schlechten Eltern 1994: Ohne Schein läuft nichts 1994: Molls Reisen 1995: Alte Freunde küsst man nicht 1995: Die Kommissarin – Familienfest 1997: Frauen morden leichter 1997: Tatort als KHK’in Inga Lürsen, Folgen siehe 1998: Titus, der Satansbraten 1998: Der letzte Zeuge 1999: Pfeifer 1999: Heimatgeschichten 1999–2002: Nesthocker – Familie zu verschenken 2000: Die Cleveren 2001: Eiskalt 2001: Du bist mein Kind 2001: Ein mörderischer Plan 2004: Mein Mann und seine Mütter 2007: Erdbeereis mit Liebe 2007: Liebling, wir haben geerbt!
Castle of montsoreau
Monsoro qəsri — (fr. Château de Montsoreau) — Fransanın Men və Luara departamentində Loire vadisi region Monsoro şəhərləri yerləşən qəsr. Qəsr Paris şəhərinin 250 kilometr qərbində yerləşir. Orta əsr qalası yerində tikilən intibah dövrününün qəsri. 2015-ci ildən Monsoro qala Filipp Meaille (fransanın müasir incəsənət kolleksioneri) məxsusdur. Bu, Müasir İncəsənət Muzeyinə çevrilib. Memarlıq obyekti Fransanın milli tarixi abidəsi kimi 1862-ci ildə təsnif edilmişdir. 2000-ci ildən bu yana Monsoro qəsri, UNESCO-nun dünya mirası olan Loire Vadisinin bir hissəsidir. == Arxitekturası == Monsoro qəsri Fransada Renesans üslubunda (1450–1453) tikilmiş ilk qəsr hesab olunur. Bu, Fransa kralının birbaşa sərəncamı ilə Jan II de Chambes tərəfindən tikilib.
Hostel (film, 2005)
Hostel (ing. Hostel) — rejissoru Eli Roth olan 2005-ci ildə çəkilmiş film. == Süjet xətti == Kollec məzunu olan iki Amerikalı macəraçı Paxton və Josh bel çantalarını da götürərək Avropaya səyahətə çıxırlar. Yolda İslandiyalı Oli ilə qarşılaşırlar. Bratislava kənarındakı bir tələbə yataqxanasında qalmağa başlayırlar. Filmdə bu hosteldə baş verən hadisələrdən danışılır.
Jose Napoles
José Ángel Napoles və ya Mantequilla (qüsursuz boks tərzinə görə "Yağ" adlanır) (13 aprel 1940, Santyaqo-de-Kuba[d] – 16 avqust 2019, Mexiko) — Kuba əsilli Meksikalı peşəkar boksçu idi. O, yüngül orta ağır çəkidə boks üzrə dünya çempionu idi.
Jose Saramago
Joze Saramaqo (port. José de Sousa Saramago [ʒuˈzɛ ðɨ ˈsozɐ sɐɾɐˈmaɣu]; 16 noyabr 1922[…] – 18 iyun 2010[…], Lansarote, Kanar adaları) — Portuqaliya yazıçısı, şairi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1998). == Həyatı == Portuqaliya yazıçısı Joze Saramaqo Lissabon yaxınlığındakı kəndlərin birində, torpaqsız kəndli ailəsində doğulmuşdu. Onun iki yaşı olanda Saramaqo ailəsi daha yaxşı qismət ardınca paytaxta köçmüşdü. Əslində, ailənin əsl soyadı Sousa idi, lakin kənddə onları Saramaqo kimi tanıyırdılar. Atası doğum şəhadətnaməsi alanda dərman bitkisi (yabanı turp) anlamında olan bu sözü oğluna soyad kimi yazdırmışdı. Valideynlərinin imkansızlığı ucbatından Joze Saramaqo normal təhsil ala bilməmişdi. Sadəcə texniki peşə məktəbini bitirmişdi. Bir neçə il avtomobil təmiri emalatxanalarında mexanik işləmişdi. Daha sonra jurnalist və tərcüməçi kimi həyatda yerini tapmağa çalışmışdı.
Castle in the Sky
Səma qəsri Laputa(yap. 天空の城ラピュタ ) - Hayao Miyazakinin yazıb yaratdığı 1986-ci il tam metrajlı anime. Film yapon animasiya studiyası Studio Ghiblinin məhsuludur. == Məzmun == Qədim əfsanə olan Laputa uçan adadır.Bəziləri oranı böyük hərbi baza ,bəziləri isə sonsuz xəzinəsi olan saray hesab edir. Səma qəsri Laputa göylərdə-buludların arasında, gözlərdən uzaqda yerləşir.Bu sirli qalaya gedən yolu yalnız Şitanın sehirli güclərə malik tumarı vasitəsi ilə tapmaq olar.Tumar göy rənglidir və üzərində qızılı simvol var. == Film heyəti == == Rolları səsləndirənlər == == Saundtrek siyahısı == Səma qəsri Laputa animasiyasının saundtreki - 1986-cı ildə buraxılmış saundtrek albomudur.Saundtrek siyahısı 14 trekdən ibarətdir.Bütün treklərin müəllifi Co Hisayşidir. "The Girl Who Fell from the Sky" – 2:27 "Morning in Slag Ravine" – 3:04 "A Fun Brawl (Pursuit)" – 4:27 "Memories of Gondoa" – 2:46 "Discouraged Pazu" – 1:46 "Robot Soldier (Resurrection/Rescue)" – 2:34 "Carrying You" – 2:02 (Xor: Suginami Children's Choir) "Sheeta's Decision" – 2:05 "On the Tiger Moth" – 2:32 "An Omen to Ruin" – 2:18 "The Sea of Cloud Under the Moonlight" – 2:33 "Laputa: Castle in the Sky" – 4:36 "The Collapse of Laputa" – 2:00 (Xor: Suginami Children's Choir) "Carrying You" – 4:07 (İfaçı: Azumi Inoue) == Maraqlı faktlar == Film İMDBnin hazırladığı Top 250 film siyahısında 230-cu mövqedə qərarlaşıb.İMDB xalı 8,1-dir.
Hostel 2 (film, 2007)
Hostel 2 (ing. Hostel: Part II) — Eli Rothun rejissoruluğu ilə Hostel filminin davamı olaraq 2007-ci ildə çəkilmiş film.
Hostel 3 (film, 2011)
Hostel 3 (ing. Hostel 3) — film. == Süjet xətti == Toy axşamını Las-Veqasda keçirmək bir çox zəngin amerikalılar arasında bir adət halını alıb. Ancaq “kazino paytaxtında” heç də bütün qonaqlıqlar şən, kef məclisi şəklində keçmir. Subaylığın daşını atmağa hazırlaşan bəy üç dostu ilə Las-Veqasa yollanır. Orada dostlar son dərəcə ehtiraslı iki qadının müşayiəti ilə xüsusi şənliyə dəvət olunurlar. Həmin şənlikdə də qumar oynanılır, ancaq oynanılan pullar yox insan həyatlarıdır.
Howl's Moving Castle
Haulun yeriyən qəsri (ハウルの動く城 Hauru no uqoku şiro) - Studio Ghibli tərəfindən 2004 ildə çəkilən tammetrajlı animasiya filmi. İngilis yazıçısı Diana Uinn Consun eyniadlı əsəri əsasındə yaradılıb. Filmin rejissoru Hayao Miyazakidir. 2006 ilin Oskar mükafatına ən yaxşı tammetrajlı cizgi filminə görə nominasiya olmuşdur, lakin mükafatı “Volles və Qromit” cizgi filmi əldə etdi. Miyazakinin dediyinə görə qəsrin obrazı rus nağıllarından götürülüb. == Məzmun == Paralel dünya, Avropanın XIX əsri. Sadə papaqçı Sofinin həyatı sirli sehrbaz Haulun yeriyən qəsrini gördükdən sonra tamamilə dəyişir. O, Sofini ona sataşan iki hərbçidən xilas edir və Sofi ona vurulur. Lakin bu ona baha başa gəlir – qısqanc cadu Sofinin cavanlığını və gözəlliyini əlindən alır. Sofi doğma evini tərk etməli və cadunu pozmaq üçün yola düşməli olur.
Return to Castle Wolfenstein
Return to Castle Wolfenstein (RTCW) — "Gray Matter Interactive" studiyası tərəfindən yaradılmış və birinci şəxs-atıcı janrında olan multiplatformalı videooyundur. İlk anons tarixi 20 Noyabr 2001-ci il tarixində olmuşdur. == İstinadlar == == Xarici keçidlər == Official Activision website Arxivləşdirilib 2011-08-12 at the Wayback Machine Rəsmi sayt RTCW — Internet Movie Database saytında.
II Joslen (Edessa qrafı)
II Joslen (fr. Josselin II) (təq. 1113 – təq. 1159, Hələb) — sonuncu Edessa qrafı. Atası Edessa qrafı I Joslen, anası isə Kilikiya çarı I Konstantinin qızı Beatrisa idi. Hələb yaxınlığındakı bir qala uğrunda gedən döyüşlərdə ağır yaralanan I Joslen idarəni oğlu II Joslenə təhvil verərək vəfat etdi. Bu əsnada Ön Asiyada güclənən zəngilər Hələb və Mosul torpaqlarını ələ keçirmiş, Edessa bölgəsi üçün təhlükə yaratmağa başlamışdılar. 1144-cü ildə Edessa qalasını mühasirəyə alan zəngilər 24 dekabrda qalanı ələ keçirdilər. Canını zorla xilas edən II Joslen 1146-cı ilin oktyabrında hakimiyyəti bərpa etmək üçün yenidən ayaqlansa da, cəmi 1 ay sonra yenidən məğlub edildi. 1150-cı ildə zəngilər tərəfindən əsir alındı və gözlərinə mil çəkilərək Hələbə aparıldı.
I Joslen (Edessa qrafı)
I Joslen (fr. Josselin Ier) və ya Kurtenaylı Joslen (fr. Josselin de Courtenay) (1072 – 1131 və ya 1131, Şanlıurfa) — Edessa qrafı. 1101-ci ildə tərtiblənən səlib yürüşüylə Ön Asiyaya gələn Joslen, ilk öncə Edessa qrafı Burklu Baldvinin hərbi birliklərində xidmətə başladı. Səlcuqlarla mübarizədə 1104-cü ildə Antakiya knyazı I Bohemond və Edessa qrafı Burklu Baldvinlə birlikdə əsir düşdü. 1118-ci ildə I Baldvinin vəfatıyla, Burklu Baldvin Qüds kralı təyin edildi. Qraflıq isə səlcuqlulara qarşı mühüm müdafiə məntəqəsi hesab edilən Turbessel qalasının hakimi Kurtenaylı Joslenə keçdi. Ancaq səlcuqlarla olan mübarizədə məğlub olan I Joslen 1122-ci ildə yenidən əsir düşdü. Üstəlik bu dəfə, onu xilas etməyə gələn Qüds kralı II Baldvin də əsir alındı. Bir il sonra əsirlikdən qaçan I Joslen ertəsi il II Baldvinin də azadlığa buraxılmasına nail oldu.
Poştə
Poştə (Talış) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Nəhre Poştə — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Milacerd dehestanında kənd.
Döşlə münasibət
Döşlə münasibət — kişinin cinsiyyət orqanını qadının döşünün və ya toraksının arasına qoyaraq stimullaşdırmaqla baş verən cinsi münasibət növü. Bu cinsi əlaqə növündə HİV-ə yoluxma riski çox aşağıdır. Klifford Allen tərəfindən azğınlıq kimi müəyyən edilən bu münasibət növü Freyd tərəfindən normal seksin hüdudlarında təsnif edilmişdir. Qadınlarda olduğu kimi kişilərdə də orqazma səbəb ola bilər. == Tətbiqi == Ereksiya vəziyyətində olan penis qadının döşləri arasına yerləşdirilir və itələnməyə başlanılır. Bundan əlavə, qadın da öz növbəsində döşlərini yuxarı-aşağı hərəkət etdirərək əlaqəni idarə edə bilər. Döşlə münasibət kişi boşalana qədər davam etdirilə bilər. == Slenq terminlər == Bu münasibət növünün bir sıra slenq adları da mövcuddur: Yaponiyada Paizuri ABŞ-da Titty-fucking, titjob yaxud da titfuck Böyük Britaniyada Tit wank yaxud da French fuck – sonuncu adlandırma 1930-cu illərdən meydana gəlmişdir. Daha zarafatcıl ekvivalenti isə məmə zolağından aşağı səyahətdir (trip down mammary lane) == Əlavə ədəbiyyat == Bacarr, Jina. The Japanese art of sex: how to tease, seduce, & pleasure the samurai in your bedroom (illustrated).
Nəhre Poştə
Nəhre Poştə (fars. نهرپشته‎; azərb. Neyra Poşta‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Milacerd dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 67 ailədə 142 nəfəri kişilər və 153 nəfəri qadınlar olmaqla cəmi 295 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Poştə (Talış)
Poştə (fars. پشته‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,149 nəfər yaşayır (259 ailə).
On üçüncü qəbilə (Artur Kostler)
On üçüncü qəbilə — tarixçi Artur Kostlerin (1905-1983) türk və Qafqaz tarixini də əlaqələndirən kitabının adıdır. == Haqqında == Yəhudi inancına görə İshaq oğlu Yaqubun iki oğlu olmuş, hər oğlu bir qəbilənin əsasını qoymuşdur. Dünya yəhudilərinin bu 12 qəbilədən gəldiyinə inanılmaqdadır. Ancaq özü də yəhudi olan Kostler şərq və şimal yəhudilərinin (Aşkenazilər) köklərininfərqli olduğu düşüncəsində olmuşdur. Kostler 1976-cı ildə nəşr etdirdiyi “On üçüncü qəbilə” adlı kitabında Orta əsrlərdə Şərqi Avropanın türklərin hakimiyyəti altında olduğundan hərəkət edərək, şimal və şərqi Avropa yəhudilərinin türk kökənli ola biləcəyini irəli sürməkdədir. == Orta əsrlərdə Avropa == Orta əsrlərin böyük bir hissəsində Şərqi Avropa türklərin hakimiyyəti altında idi. 576-cı ildə göytürklərin Krımın Kerç qalasına etdikləri səfəRdən sonra Qara dənizin şimalı tamamən türkcə danışanların hakimiyyəti altına keçdi. Sıra ilə Xəzər, Peçenek, Uz və Qıpçak kimi xalqlar XIII əsrdəki monqol hakimiyyətinə qədər bölgəni idarə etdilər.Böyük güc XI əsrə qədər xəzərlər, daha sonra da qıpçaklar oldu. == Orta əsrlərdə Avropada din == Türkcə danışanlar və bozqırda yaşayanların çox zaman dini Gök Tenqri dini idi. Lakin xüsusilə, oturaq həyata keçənlər kitab dinlərini seçməyə üstünlük verirdilər.
The Bugs Bunny Crazy Castle 2
Yaponiyada ミッキーマウスII ( Mickey Mouse II ) və Avropada Mickey Mouse və ya Hugo kimi tanınan Bugs Bunny Crazy Castle 2, ilk olaraq 1991-ci ildə Game Boy üçün Kemco tərəfindən hazırlanmış videooyundur.
Jose Luis Rodriguez Zapatero
Jose Luis Rodríguez Zapatero (6 avqust 1960[…] və ya 4 avqust 1960, Valyadolid, Kastiliya və Leon) — İspan siyasətçi. 2005-ci il etibarilə İspan Sosialist İşçi Partiyasının (İspan "Partido Socialista Obrero Español") ümumi başçısı və İspaniyanın baş naziridir. Baş nazirlik dövrünün əhəmiyyətli hadisələri, İspaniyanın İraqdakı əsgərlərini geri çəkməsi və həmcinsi evliliyini qanuniləşdirməsidir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Mədəniyyətlər ittifaqı layihəsinin qurucusu və sədrlərdən biridir..