Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kövkəb Səfərəliyeva
Kövkəb Kamil qızı Səfərəliyeva (3 yanvar 1907, Bakı – 27 iyun 1985, Bakı) — pianoçu, pedaqoq, professor, Azərbaycanın ilk pianoçu-pedaqoqu, metodist, publisist, maarifçi və təşkilatçı, Azərbaycan SSR xalq artisti (1972). == Həyatı == Kövkəb Kamil qızı Səfərəliyeva 1907-ci ildə Bakı şəhərində anadan olub. 1915-ci ildə səkkiz yaşlı Kövkəb Marinski adına ümumtəhsil məktəbinə daxil olur. Eyni vaxtda o həm də fortopiano sinfində musiqi dərsləri də alırdı. 1916-cı ildə isə təhsilini musiqi texnikumunda davam etdirir. 1917–18-ci illərdə artıq Azərbaycanda Demokratik Respublikasının yaradılması və bu yöndə baş verən siyasi olaylarla bağlı vəziyyət getdikcə dəyişməyə başlayır. 20-ci illərdə isə demokratik təbəqəyə qarşı kəskin repressiyalar başlayır. Bu repressiyaların təsiri Səfərəliyevlər ailəsindən də yan keçmir. Baş verən hadisələrlə bağlı keçirdiyi məşəqqətli əzablar nəticəsində Kövkəbin atası Kamil bəy Səfərəliyev 1920-ci il noyabr ayının 27-də ürək tutmasından 48 yaşında vəfat edir. 1926-cı ildə Kövkəb Səfərəliyeva Musiqi texnikumunu bitirir və çox gənc olmasına baxmayaraq onu Türk qadın seminariyasına işə dəvət edirlər.
Kökəb Əliyeva
Kökəb Əliyeva (tam adı: Əliyeva Kökəb Miri qızı; d. 1935, Məşhəd, İran) — Azərbaycan əsilli Özbəkistan rəqqası. Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının əməkdar artisti. == Həyatı == Kökəb Əliyeva 1935-ci ildə İranın Məşhəd şəhərində anadan olmuşdur. Özbəkistana köçmüş Kökəb Əliyeva Daşkənd Dövlət Xoreoqrafiya məktəbini bitirmişdir. Daha sonra Özbəkistanda tanınmış Batır Zakirovun Estrada Orkestrində işləmişdir. O, Oleq Lundstremin estrada orkestrində rəqqasə vəzifəsində çalışmışdır. 2002-ci və 2005-ci illərdə keçirilmiş "Özbəkistan – bizim ümumi evimizdir" festivallarının laureatı olmuşdur. Özbəkistanda fəaliyyət göstərən "Mexrijon" xeyriyyə fondunun həmsədri idi. === Vəfatı === 30 sentyabr 2021-ci ildə Özbəkistanın Daşkənd şəhərində vəfat edib.
Körebe
Körebe – Göksel-in 2001-ci ildə çıxardığı 2-ci albom. Albomdakı "Depresyondayım" mahnısına klip çəkilmişdir.
Körebe (Göksel albomu)
Körebe – Göksel-in 2001-ci ildə çıxardığı 2-ci albom. Albomdakı "Depresyondayım" mahnısına klip çəkilmişdir.