Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kövkəb Səfərəliyeva
Kövkəb Kamil qızı Səfərəliyeva (3 yanvar 1907, Bakı – 27 iyun 1985, Bakı) — pianoçu, pedaqoq, professor, Azərbaycanın ilk pianoçu-pedaqoqu, metodist, publisist, maarifçi və təşkilatçı, Azərbaycan SSR xalq artisti (1972). == Həyatı == Kövkəb Kamil qızı Səfərəliyeva 1907-ci ildə Bakı şəhərində anadan olub. 1915-ci ildə səkkiz yaşlı Kövkəb Marinski adına ümumtəhsil məktəbinə daxil olur. Eyni vaxtda o həm də fortopiano sinfində musiqi dərsləri də alırdı. 1916-cı ildə isə təhsilini musiqi texnikumunda davam etdirir. 1917–18-ci illərdə artıq Azərbaycanda Demokratik Respublikasının yaradılması və bu yöndə baş verən siyasi olaylarla bağlı vəziyyət getdikcə dəyişməyə başlayır. 20-ci illərdə isə demokratik təbəqəyə qarşı kəskin repressiyalar başlayır. Bu repressiyaların təsiri Səfərəliyevlər ailəsindən də yan keçmir. Baş verən hadisələrlə bağlı keçirdiyi məşəqqətli əzablar nəticəsində Kövkəbin atası Kamil bəy Səfərəliyev 1920-ci il noyabr ayının 27-də ürək tutmasından 48 yaşında vəfat edir.1926-cı ildə Kövkəb Səfərəliyeva Musiqi texnikumunu bitirir və çox gənc olmasına baxmayaraq onu Türk qadın seminariyasına işə dəvət edirlər. Burada o ilk pedaqoji fəaliyyətinə başlayır.
Kövsəri
Əqil Kövsəri Ərdəbili — XVII əsrdə yaşayıb Nizami ənənələrini davam etdirən Azərbaycan şairlərindən biri. == Həyatı və yaradıcılığı == Kövsəri Səfəvilər sülaləsindən I Şah Abbas (1587-1629) dövründə İsfahanda (Səfəvilərin həmin dövr paytaxtı) yaşayıb-yaratmışdır. Kövsərinin “Leyli və Məcnun”, “Şirin və Fərhad” poemalarından başqa digər əsərləri məlum deyildir. Məhəmmədəli Tərbiyət “Daneşməndane-Azərbaycan” adlı əsərində Kövsəri haqqında yazır: == Tədqiqi == Müasir İran alimlərindən doktor Tələt Bəsari Tehranda nəşr olunan “Suxən” jurnalında nəşr etdirdiyi “Çöhreye Şirin” adlı məqaləsində Firdovsinin, Nizami və onun xələflərinin Şirin haqqında şeirlərindən nümunələr vermişdir. Alim buraya Kövsərinin də adını daxil etmişdir. Amma nədənsə şairin şeirlərindən nümunə gətirməmiş və yalnız adını çəkməklə kifayətlənmişdir.Müasir Azərbaycan alimlərindən R. Azadə özünün “Azərbaycan epik şeirinin inkişaf yolları” adlı əsərində Kövsərinin həyat və yaradıcılığına diqqət yetirib,, onun “Şirin və Fərhad” əsərinin geniş təhlilini vermiş, şairin Azərbaycan ədəbiyyatında tutduğu mövqeyi dəyərləndirmişdir.
Naxçıvan kökəsi
Naxçıvan kökəsi və ya çöçəsi - Naxçıvan mətbəxi, bayram kökəsi. == Naxçıvan mətbəxi == Naxçıvan mətbəxinin özünəməxsus yeməkləri də vardır. Naxçıvan mətbəxi öz zənginliyi, heyrətamiz dadı ilə qonşu xalqların mətbəxinə də təsir edib. Naxçıvan mətbəxində parça bozbaş, küftə- bozbaş, çölmək pitisi, bozartma, çığırtma, dolma, kabab, xaş, əriştə, umac və s. geniş rast gəlinir. Burada yeməklərin şahı plov hesab edilir. Plovun qarası isə növbənöv olur və qoyun, mal, toyuq ətindən, çərəzdən (qoz, fındıq, şabalıd), meyvə qurularından(ərik, gavalı, alça və s.), göyərtilərdən və sair istifadə etməklə hazırlanır. Naxçıvan mətbəxi xəmir xörəkləri ilə də məşhurdur: əriştə aşı, umac aşı, buğda unu və düyü unundan hazırlanmış halvalar, xəşil, quymaq və sair. Süd və süd məhsullarından hazırlanan südaşı, bulama, qatıqaşı, qatıqlama,dovğa, ayranaşı, qurutaşı və sairənin Naxçıvan mətbəxində xüsusi yeri var. Azərbaycanda kabablar geniş yayılıb.Naxçıvanda lülə kabab, tikə kabab, basdırma kabab, tava kabab, saciçi və sair kabab növləri bişirilir.
Əqil Kövsəri Ərdəbili
Əqil Kövsəri Ərdəbili — XVII əsrdə yaşayıb Nizami ənənələrini davam etdirən Azərbaycan şairlərindən biri. == Həyatı və yaradıcılığı == Kövsəri Səfəvilər sülaləsindən I Şah Abbas (1587-1629) dövründə İsfahanda (Səfəvilərin həmin dövr paytaxtı) yaşayıb-yaratmışdır. Kövsərinin “Leyli və Məcnun”, “Şirin və Fərhad” poemalarından başqa digər əsərləri məlum deyildir. Məhəmmədəli Tərbiyət “Daneşməndane-Azərbaycan” adlı əsərində Kövsəri haqqında yazır: == Tədqiqi == Müasir İran alimlərindən doktor Tələt Bəsari Tehranda nəşr olunan “Suxən” jurnalında nəşr etdirdiyi “Çöhreye Şirin” adlı məqaləsində Firdovsinin, Nizami və onun xələflərinin Şirin haqqında şeirlərindən nümunələr vermişdir. Alim buraya Kövsərinin də adını daxil etmişdir. Amma nədənsə şairin şeirlərindən nümunə gətirməmiş və yalnız adını çəkməklə kifayətlənmişdir.Müasir Azərbaycan alimlərindən R. Azadə özünün “Azərbaycan epik şeirinin inkişaf yolları” adlı əsərində Kövsərinin həyat və yaradıcılığına diqqət yetirib,, onun “Şirin və Fərhad” əsərinin geniş təhlilini vermiş, şairin Azərbaycan ədəbiyyatında tutduğu mövqeyi dəyərləndirmişdir.
Kökəb Əliyeva
Kökəb Əliyeva (tam adı: Əliyeva Kökəb Miri qızı; d. 1935, Məşhəd, İran) — Azərbaycan əsilli Özbəkistan rəqqası. Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının əməkdar artisti. == Həyatı == Kökəb Əliyeva 1935-ci ildə İranın Məşhəd şəhərində anadan olmuşdur.Özbəkistana köçmüş Kökəb Əliyeva Daşkənd Dövlət Xoreoqrafiya məktəbini bitirmişdir.Daha sonra Özbəkistanda tanınmış Batır Zakirovun Estrada Orkestrində işləmişdir. O, Oleq Lundstremin estrada orkestrində rəqqasə vəzifəsində çalışmışdır.2002-ci və 2005-ci illərdə keçirilmiş "Özbəkistan – bizim ümumi evimizdir" festivallarının laureatı olmuşdur.Özbəkistanda fəaliyyət göstərən "Mexrijon" xeyriyyə fondunun həmsədridir. == "Azəri qızları" == Kökəb Əliyeva hazırda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Azəri qızları" rəqs ansamblının bədii rəhbəridir. Azərbaycan xalq rəqslərinin Özbəkistanda fəal təbliğatçısı olan Kökəb Əliyevanın rəhbərliyi ilə indiyədək yüzlərlə uşaq və yeniyetmə Azərbaycan milli rəqslərini, rəqs sənətinin sirlərini öyrənmişlər. Hazırda işlədiyi rəqs dərnəyində isə 40-dan çox uşaq Azərbaycan musiqisi ilə yanaşı özbək və digər Şərq xalqlarının rəqslərini öyrənirlər. Onlar müntəzəm olaraq Azərbaycanın Özbəkistan səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin tədbirlərdə uğurla çıxış edirlər. == Mükafatları == Kökəb Əliyeva Azərbaycan və Özbəkistan respublikalarının bir sıra rəsmi dövlət mükafatları ilə təltif edilmişdir: "Əməkdar artist" (17.09.2007) "Dostluq" ordeni; "Şöhrət" ordeni; "Müstəqillik" ordeni.
Şirin və Fərhad (Kövsəri)
Şirin və Fərhad - XVII əsr Azərbaycan şairi Kövsəri tərəfindən, Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının təsiri ilə fars dilində yazılmış məsnəvidir. == Tarixi == XVII əsr Azərbaycan şairlərindən biri olan Kövsəri Nizami ənənələrinin davamçılarındandır. Şair fars dilində “Şirin və Fərhad” poemasını yaratmış, əsərin bir neçə yerində: deyə özünün Nizami ardıcıllarından olduğunu bildirmək istəmişdir. Əsərin nəzmə çəkilmə tarixini şair poemanın sonunda belə bəyan edir: Bu sözlərin hərflərini əbcəd hesabı ilə götürdükdə 1014 (1605-1606)-cü il rəqəmi ortaya çıxır. 7650 misradan ibarət olan “Şirin və Fərhad” əsərini ənənəyə əsasən Kövsəri dövrünün hökmdarı I Şah Abbasın mədhi ilə başlasa da, elə başlanğıcda mədhdən şikayətə keçib, zəmanəsində elmə, hünərə qiymət verilməməsindən danışır, sözün, kəlamın xiridarı olmadığından söz açır: Q. Beqdeli qeyd edir ki, görünür, İsfahanda Kövsərinin şeirlərində qiymət verən olmamışdır və buna görə də şair poemasını ilk öncə Hindistana göndərmək istəmişdir: == Məzmun təhlili == Kövsəri də Əlişir Nəvai və Arif Ərdəbili kimi Fərhadı ön sıraya çəkib onu əsərin əsas qəhrəmanı götürmüşdür. O, Fərhadın mənşəyi haqqında belə yazır: Əsərdə Məhinbanu, Şirin, Büzürgümid, dayə, Xosrov, Şapur və başqa surətlər də vardır. Şapur Fərhadın uşaqlıq, məktəb yoldaşıdır. Kövsəri Şapuru dövlət xadimidir, yüksək mənşəli təbəqədəndir. O da, xaqanın vəzirinin yeganə oğludur: Hər iki dost təhsil alarkən sənət və peşə ilə maraqlanır. Fərhad baltanı, Şapur isə fırçanı seçir.
Kokeşi
Kokeşi (yap. 小芥子) — taxtadan hazırlanan Yaponiya gəlincikləri. Silindrik bədəndən və ona bərkidilmiş başcıqdan ibarətdir. Əvvəllər kokeşini bütöv bir ağac parçasından hazırlayırdılar. Kokeşinin xarakterik xüsusiyyəti bu gəlinciklərin əl və ayaqlarının olmamasıdır. Material kimi müxtəlif ağac gövdələrindən — albalı, zoğal, ağcaqayın və ya tozağacından istifadə olunur. Bəzədilməsi zamanı isə, müxtəlif gül, bitki və digər ənənəvi motivlərə müraciət olunur. Kokeşilərin rənglənməsində daha çox qırmızı, qara, sarı və tünd qırmızı rənglər üstünlük təşkil edir. == Tarixi == Belə hesab olunur ki, Kokeşilər ilk dəfə Edo dövrünün ortasında (1603–1867) Yaponiyanın şimal-şərqində yerləşən Tohokuda yaradılıb. Ev üçün taxta əşyalar hazırlayan xarratlar kokeşiləri bu əraziyə Onzen`ə (Onsen — müalicəvi isti su mənbələri) gələn qonaqlara suvenir kimi satırdılar.