Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kürdəxanı
Kürdəxanı — Bakının Sabunçu rayonunun tabeliyində olan kənd. == Etimologiya == Sara Aşurbəyliyə görə bu ad kürdlərlə bağlıdır. == Tarixi == Kürdəxanıda yaşayışın iki min ildən bəri mövcud olduğu ehtimal edilir. Bunu yer üstü aşkarlanan məişət səciyyəli müxtəlif gil-saxsı qab nümunələri, mis, tunc, dəmir materiallarından istehsal olunan təsərrüfat alətləri, aşınmaya məruz qalmasına baxmayaraq bu və ya digər dərəcədə formasını qoruyub saxlayan soyuq silah nümunələri, habelə orta əsrlər dövrünü əhatə edən və köhnə qəbiristanlıqdan tapılan, düzəldilmə tarixi 900 il əvvələ gedib çıxan qəbirüstü sinədaşı, inşaat dövrü XV əsrin 40-cı illərinə təsadüf olunan xanəgah – zaviyə, təqribən bu zamanda tikilən məscid binası, bəzi ehtimallara görə XVII əsrin yadigarı olan hamam və sair də təsdiq etməkdədir. "Kürdəxanı" sözünün bir neçə izah variantı da mövcuddur. Bir ehtimala görə coğrafi məfhum "kord//korda//kordə" sözündən və "xanı" topomorfantından yaranmışdır və bıçaq düzəldilən yer mənası verir. İkinci gümana görə, guya vaxtilə yaşayış məskənini üç tərəfi su olubmuş və cəzirə, yarımada şəklində imiş. Məhz coğrafi məkana görə bu yer "Kürdəxanı" adlanmışdır. == Tarixi abidələri == Hacı Zeynal hamamı — XVII əsr Hacı Cəfərqulu hamamı — XII əsr Aşağı məscid — 1444-cü il (kitabəsində yazılıb: Bu Cümə məscidinin tikilməsinə Hacı Peşəng peyğəmbərin hicrətinin 848-ci ilində əmr etdi. Allahın daim ona salamı olsun) Soltan Əli məscidi — XIX əsr Türbə — XVI əsr Hamam — 1905-ci il Kürdəxanıda mövcud qalalardan tikintisi nisbətən yaxın dövrlərə təsadüf edəni Yamin qalasıdır.
Kürdəxanı bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kürdəxanı gölü
Kürdəxanı gölü — Azərbaycan ərazisində göl. == Haqqında == Kürdəxanı gölünə ətraf qəsəbələrin məişət-təsərrüfat çirkab suları axıdılır. Göl suyunun minerallaşması YVQH-dən bir necə dəfə yüksəkdir və bu göstəriciyə görə Kürdəxanı gölü şortəhər sulu göllər qrupuna aiddir. Anionlardan xloridlər YVQH-dən dəfələrlə coxdur. Kalsium, maqnezium və sulfatların konsentrasiyaları YVQH-dən yüksəkdir. Tədqiq olunan gölün oksigen rejimi pozulub və suda həll olmuş oksigenin miqdarı YVQH-dən aşağıdır, bu da əsasən göldə müşahidə olunan evtrofikasiya prosesi ilə bağlıdır.
Aşağı hamam (Kürdəxanı)
Aşağı hamam — Sabunçu rayonunun Kürdəxanı kəndində yerləşən tarixi abidə. 100 ildən çox yaşı olan hamam rəsmi olaraq adsız olsa da, kənd camaatı arasında isə bura Aşağı hamam deyilir. == Tarixi == Hamam 1905-ci ildə inşa edilib. Tikili 2020-ci ildə restovrasiya edildikdən sonra dövlət tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunur.
Bağ məscidi (Kürdəxanı)
Bağ məscidi və ya Bağlar məscidi — məscid Kürdəxanı bağları ərazisində sakinlər tərəfindən 20-ci əsrin əvvəllərində inşa edilmişdir. == Tikili == Məscid kvadrad formaya malik olub, minarəsizdir. Şimal divarına bitişik artırma və ya hücrələr vardır. Tikilinin iki qapısı vardır ki, onlardan biri şərq digəri isə qərb divarında yerləşir. Məscidin qərb qapısı və çərqə baxan pəncərələrindən birinin üzərində onunla bağlı olan daş kitabəni xatırladan, lakin sement və qum qarışığından hazırlanmış yazılar möcuddur. Dörd pəncərəyə sahib olan tikilinin əlavə olaraq qibləyə istiqamətlənmiş olan nəfəsliyi vardır. Məscidin tavanı mişar daşından hazırlanmış dairəvi formalı sütunla dəstəklənir. == Hazırkı vəziyyəti == Məscid baxımsız vəziyyətdədir. Tavanının bir hissəsi çökmüşdür. Qapı və pəncərələrdən tavana doğru çatlar əmələ gəlib.