Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Körpülülərin kürəkəni Abxaz Siyavuş Paşa
Körpülülərin kürəkəni Abxaz Siyavuş Paşa (ö. 2 mart 1688) — II Süleyman dövründə ümumilikdə 5 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Sədrəzəm Körpülü Mehmed Paşanın kölələrindən olub, əslən abxazdır. Bir müddət onun xidmətində olmuş, ardından qızı Ayşə Xatunla evlənmişdir. Bu səbəblə bir çox mənbələrdə Körpülü kürəkəni olaraq anılır. Sədrəzəmin vəfatından sonra sədarətə gətirilən oğlu Fazil Əhməd Paşaya kəndxuda oldu. Onun sədarəti dövründə 1663-cü ildən etibarən çıxılan Uyvar, Krit və Kamaniçe səfərlərində iştirak etmişdir. Sədrəzəm Əhməd Paşanın 1676-cı ildə vəfatının ardından həccə gedən riqabdar ağanın yerinə vəkillik etdi və ertəsi il özü də hacı oldu. Mərzifonlu Mustafa Paşanın 1678-ci ildə çıxdığı Çehrin səfəri əsnasında ikinci miraxur olduğu bilinir. Ancaq sədrəzəmin istəyilə bütün saray vəzifələrindən azad oldu və iqta sahibi hərbçi olaraq səfərə qatıldı.