Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kübravilik
Kübravilik — sufi təriqəti. Təriqətin qurucusu fars sufisi Şeyx Nəcməddin Kübra (1145-1221) Xarəzmdə anadan olmuş və erkən yaşlarından dini elmləri öyrənmişdir. Mənəviyyat yoluna Misirdə Əbu Nəcib Sührəverdinin tələbəsi olmuş, məşhur sufi şeyxlərindən sayılan Ruzbihan Misrinin rəhbərliyi altında başlamışdır. Təbrizə köçəndən sonra ona müəllimliyi Baba Fərəc Təbrizi etmişdir. Əmmar ibn Yasir Bitlisi və İsmail Kəsri də onun müəllimləri olmuşlar. Şeyx Nəcməddin Kübra sonralar öz mənəviyyat yolunu yaratmış və Gürgəncdə sufi xanəgahı qurmuşdur. O, çoxlu sayda tanınmış sufilər yetişdirmişdir. Ərəb və fars dillərində bir sıra əsərlər qələmə almışdır. Monqollar Gürgənci ələ keçirdəndə öldürülmüşdür. O da digər sufi şeyxləri kimi hesab etmişdir ki, insan mənəviyyat yolu ilə gedib, müəlliminin (mürşidinin) göstərişlərinə əməl etməklə özündə Allahın təzahürlərini duyub, ona yaxınlaşa bilər.
Musəvilik və Xristianlıq
Musəvilik və Xristianlıq İbrahimi dinlərdir oxşar mərkəzə malikdirlər.İnancları,praktikaları,ibadətləri fərqlidir.