Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kalavun
Əbül-Məali əl-Məlikül-Mənsur Seyfəddin Kalavun əl-Əlfi əs-Salihi (d.1222 — ö. 1290)—Məmlük sultanı (1279–1290). == Həyatı == Qıpçaq türklərindən olub, həyatının ilk dönəmləri haqqında bilgi yoxdur. Monqolların 1244-cü ildə Dəşt-i Qıpçaqı istilası sırasında əsir düşdü. Bir kölə tüccarı tarafından Misirə götürülərək Əyyubi sultanı əl-Məlikül-Adilin məmlüklərindən Əmir Əlaəddin Ağsunqur əs-Sakiyə satıldı. Daha sonra Əyyubi sultanı əl-Məliküs-Salih Əyyuba satılan Kalavun (1249), azad edilərək Ravza adasındaki Bəhriyyə məmlükləri adı verilən yeni əsgəri birliyə daxil edildi. Mənsubu olduğu Bəhriyyə məmlüklərinin liderlərindən Farisəddin Aktayın Məmlük dövlətinin ilk sultanı İzzəddin Aybək tərəfindən öldürülməsi üzərinə bir qisim əmirlər, Baybars və diğər arxadaşlarıyla birlikdə Suriyaya qaçdı (1254). Suriya Əyyubi hökmdarı əl-Məlikün-Nasır Yusifin xidmətində gəçirdiyi üç ilin ardından Kərək hakiminin xidmətində çalışmağa başladı. 1259-cu ildə Suriya Elxanlılar dövlətinin hücumlarına uğrayınca arxadaşlarıyla bərabər Misirə dönüb yeni sultan Qotazın xidmətinə girdi. Kalavun daha sonra, Məmlük Sultanı Qotazı ortadan qaldırıb, taxta keçən I Baybars əl-Bundukdarinin yanında yer aldı.
Kəravuz
Kəravuz (Kərəviz) — Azərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Seyfəddin Kalavun
Əbül-Məali əl-Məlikül-Mənsur Seyfəddin Kalavun əl-Əlfi əs-Salihi (d.1222 — ö. 1290)—Məmlük sultanı (1279–1290). == Həyatı == Qıpçaq türklərindən olub, həyatının ilk dönəmləri haqqında bilgi yoxdur. Monqolların 1244-cü ildə Dəşt-i Qıpçaqı istilası sırasında əsir düşdü. Bir kölə tüccarı tarafından Misirə götürülərək Əyyubi sultanı əl-Məlikül-Adilin məmlüklərindən Əmir Əlaəddin Ağsunqur əs-Sakiyə satıldı. Daha sonra Əyyubi sultanı əl-Məliküs-Salih Əyyuba satılan Kalavun (1249), azad edilərək Ravza adasındaki Bəhriyyə məmlükləri adı verilən yeni əsgəri birliyə daxil edildi. Mənsubu olduğu Bəhriyyə məmlüklərinin liderlərindən Farisəddin Aktayın Məmlük dövlətinin ilk sultanı İzzəddin Aybək tərəfindən öldürülməsi üzərinə bir qisim əmirlər, Baybars və diğər arxadaşlarıyla birlikdə Suriyaya qaçdı (1254). Suriya Əyyubi hökmdarı əl-Məlikün-Nasır Yusifin xidmətində gəçirdiyi üç ilin ardından Kərək hakiminin xidmətində çalışmağa başladı. 1259-cu ildə Suriya Elxanlılar dövlətinin hücumlarına uğrayınca arxadaşlarıyla bərabər Misirə dönüb yeni sultan Qotazın xidmətinə girdi. Kalavun daha sonra, Məmlük Sultanı Qotazı ortadan qaldırıb, taxta keçən I Baybars əl-Bundukdarinin yanında yer aldı.
Nasir Məhəmməd bin Kalavun
Əbül-Məali əl-Məlikün-Nasır Nasırəddin Məhəmməd bin Kalavun (1284, Qahirə – 1341, Qahirə) — Məmlük sultanı (1293–1294, 1299–1309, 1310–1341). mart 1285-ci ildə Qahirədə Kalatülcəbəldə doğuldu. Məmlük Sultanı əl-Məlikül-Mənsur Seyfəddin Kalavunun oğludur. Böyük qardaşı əl-Məlikül-Əşrəf Xəlil bin Kalavunun dekabr 1293-cü ildə öldürülməsinə görə Zeynəddin Kitbuğa əl-Mənsurinin liderliyindəki komandanların dəstəyiylə səkkiz yaşında taxta çıxarıldı və dövlət idarəsində yeni vəzifə dağılımı aparıldı. Zeynəddin Kitbuğa naib-i səltənət, Aləməddin Səncər əş-Şücai vəzir, Rüknəddin Baybars əl-Mənsuri əd-dəvadarül-kəbir təyin ədildi. Ancaq Aləməddin Səncərin Kitbuğanı bərtərəf edərək iqtidara tək başına sahib olmak istəməsi siyasi krizə yol açdı. Aləməddin, dəstəyini aldığı Bürciyyə və Sultaniyyə Məmlüklərini Kitbuğa əleyhinə qızışdırdı. Buna qarşılıq Aləməddinin əsgərlərindən bir qismi Kitbuğaya qatıldı. Vəzirlə naib-i səltənət arasındakı mücadilə vəzir Aləməddin Səncərin öldürülməsiylə sonuclandı. Sultan Məhəmməd bu olaydan sonra Kitbuğanın nüfuzu altına girdi.