Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mustafa Edige Kırımal
Mustafa Edige Kırımal və ya Mustafa Edige Şinkeviç (1911, Bağçasaray, Tavriya quberniyası[d] – 22 aprel 1980, Münxen) — litva tatarı, ictimai xadim, Krım tatar milli mərkəzinin sədri. İkinci Dünya müharibəsi dövründə nasist Almaniyası qarşısında Krım tatarlarının maraqlarını müdafiə etmiş və nasist işğalından sonra Krımda qurulmuş Simferopol Müsəlman Komitəsinin üzvü olmuşdur. Mustafa Edige Kırımal 1911-ci ildə Bağçasarayda anadan olub. Litva tatarlarından olan o, həm də Litva müsəlmanları müftisinin qardaşı oğlu idi. Birinci Dünya Müharibəsi ərəfəsində onun ailəsi Krıma köçür. Simferopol Pedaqoji İnstitutunda təhsil alıb. 1923-ci ildən 1927-ci ilə qədər Krımda fəaliyyət göstərən Milli Hərəkat Təşkilatında fəaliyyət göstərib. Sovet təqibindən qurtulmaq üçün birinci Azərbaycana gəlmiş Vəli İbrahimovun həbs edilib məhkəmə qərarı ilə güllələnməsindən sonra isə İrana keçmişdir. 1932-ci ildən İstanbulda yaşayıb 2 ildən sonra isə Vilnüsə köçüb. 1934-cü ildə Vilnüs Universitetinə daxil olub, 1939-cu ildə isə oranı bitirib.