Lələdulan
Lələdulan — Azərbaycan Respublikasının Lerik rayonunun Kirəvud inzibati ərazi vahidində kənd.
== Əhalisi ==
Əhalisi 226 nəfərdir.
== Toponimiyası ==
Tədqiqatçıların bir qismi oykonimi lələ (tərbiyəçi, dayə; yaşlı kişilərə hörmət mənasında müraciət forması) və dulan/dolan (monqol tayfalarından birinin adı) komponentlərinin birləşməsi hesab edərək, yaşayış məntəqəsinin Elxanilər dövründə (XIII-XIV əsrlər) Talış zonasına köçürülmüş monqol tayfalarının məskunlaşması nəticəsində yarandığını söyləyirlər. Bəzi tədqiqatçılar isə oykonimi Ləhdilon sözünün təhrif forması hesab edir və onu Lələ (ş.a.), di (kənd) və ion (yer) sözlərinin birləşməsi olaraq “Lələyə məxsus kənd yeri” kimi izah edirlər. Qeyd edək ki, lalə sözü talış dilində “ata” mənasında da işlənir.