Lələdulan

LələdulanAzərbaycan Respublikasının Lerik rayonunun Kirəvud inzibati ərazi vahidində kənd.[1]

Lələdulan
38°53′ şm. e. 48°25′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Lerik rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 226 (2009) nəfər
Xəritəni göstər/gizlə
Lələdulan xəritədə
Lələdulan
Lələdulan

Əhalisi 226 nəfərdir.[2]

Tədqiqatçıların bir qismi oykonimi lələ (tərbiyəçi, dayə; yaşlı kişilərə hörmət mənasında müraciət forması) və dulan/dolan (monqol tayfalarından birinin adı) komponentlərinin birləşməsi hesab edərək, yaşayış məntəqəsinin Elxanilər dövründə (XIII-XIV əsrlər) Talış zonasına köçürülmüş monqol tayfalarının məskunlaşması nəticəsində yarandığını söyləyirlər. Bəzi tədqiqatçılar isə oykonimi Ləhdilon sözünün təhrif forması hesab edir və onu Lələ (ş.a.), di (kənd) və ion (yer) sözlərinin birləşməsi olaraq “Lələyə məxsus kənd yeri” kimi izah edirlər. Qeyd edək ki, lalə sözü talış dilində “ata” mənasında da işlənir.[3]

  1. Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  3. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007, 304 səh.