Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əmir Kəbirin islahatları
Əmir Kəbirin islahatları — İranın birinci naziri (atabəyi) olmuş Mirzə Tağı xan Əmir Kəbirin dövlətin modernləşdirilməsi yolunda başladığı islahat. == İslahatlara ehtiyac == XVIII-ci əsrin 40-cı illərin sonuna doğru daxili siyasi vəziyət gərgin olaraq qalırdı. Tamamilə xəstə və fəaliyətsiz Məhəmməd şah Qacar dövlət işləri ilə məşğul ola bilmirdi. Dövlətdə hərc-mərclik artırdı. Xanların separatizmi artırdı. Ticarət və sənətkar zümrələr İranın köhnə idarə üsulundan narazı idi. İran getdikcə İngiltərə ilə Rusiyanın Yaxın və Orta Şərq uğrunda mübarizələrində oyuncağa çevrilirdi. Ölkənin şimalı sayılan Azərbaycan, Gilan, Mazandaran - daha çox Avropa bazarları ilə əlaqəli olduğuna görə dəyişikliklərdə ehtiyac buralarda daha çox duyulurdu. Bu əyalətlərdə vəziyət getdikcə gərginləşirdi. Bir neçə quraq il, vəba və taun epidemiyaları, Təbrizin və onun ətraf rayonlarının çörək ticarətində əks olunan osmanlılarla çoxillik müharibələr, bir çox tayfaların özbaşınalığı, yollarda quldurluq və elatın törətdiyi yağmalar, eləcə də Azərbaycanın daxili işinə ingilis və rusların üzrsüz müdaxilələri və bununla bərabər Qərbin vəli-əhdin sarayına iqtisadi və siyasi təsirləri, tənzimat keçirən osmanlılarla daha sıx əlaqələr, vəli-əhdin Abbas mirzə kimi sərt siyasət aparmaq bacarığında olmaması, vəli-əhdin əvəz olunması - bütün bu amillər əhaliyə ağır təsir bağışlayırdı, Təbrizdə və başqa şəhərlərdə üsyanlara gətirirdi, kafirlərə və gavurlara müqavimət göstərə bilməyən şah hökumətinə qarşı olan şiə ruhanilərini fəallaşdırırdı.
Hacı Əmirin evi
Hacı Əmirin evi — Şuşa şəhərinin Təbrizli məhəlləsində yerləşən, XVIII əsrin ortalarında tacir Hacı Əmir tərəfindən inşa etdirilmiş tarix-memarlıq abidəsi. == Memarlıq xüsusiyyətləri == İki mərtəbəli yaşayış binasının birinci mərtəbəsində xidməti və qismən yaşayış otaqları, ikinci mərtəbəsində isə qonaq və yataq otaqları yerləşir. Lakin, ikinci mərtəbədə Şuşa evləri üçün ənənəvi olan lodciyanın yerinə, evlə eyni fasad xətti içində yerləşən açıq eyvana malikdir.Evin fasadında inşa edilmiş açıq pilləkən eyvana aparır. Eyvandan kiçik keçid otağına keçmək mümkündür. Həmin otaqdan yanlarda yerləşən iki otağa qapı açılır. Yataq otağı kimi istifadə edilmiş həmin iki otaqdan birindən evin daxili həyətinə şəbəkəli pəncərə açılır. Qonaqların qarşılanması üçün nəzərdə tutulmuş digər otağın divarları və tavan isə freska rəsmləri ilə bəzədilmişdir. == İstinadlar == == Ədəbiyyat == Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977.
Conbenet Remsinin öldürülməsi
Conbenet Remsi (ing. JonBenét Patricia Ramsey; d.6 avqust 1990-cı il, Corciya, Atlanta — ö. 25 dekabr 1996-cı il, Kolorado, Boulder) — ABŞ-də uşaq gözəllik müsabiqəsinin qalibi. 1996-cı ildə sərt bir cisimlə vurularaq və boğularaq öldürülmüşdür. Çoxsaylı versiyalara və fərziyyələr baxmayaraq, Remsinin qatili və ya qatilləri tapılmadı. == Bioqrafiyası == Conbenet Remsi 6 avqust 1990-cı ildə Corciya ştatının inzibati mərkəzi olan Atlanta şəhərində Con Bennett Remsi və Patrisiya Remsinin ailəsində dünyaya gəlib. Onun özündən böyük Bork adında bir qardaşı var idi. Conbenet bir yaşında ikən, 1991-ci ildə ailəsi Kolorado ştatı Boulder qəsəbəsindəki on beş otaqlı evə köçür. Atası proqram təminatının distributorluğu ilə məşğul olurdu, keçmiş "Miss Virciniya"(1977) titulu sahibi və "Miss Amerika" yarışmasında iştirak edən anası Patrisiya Remsi isə uşaqlara baxırdı – Conbenet və böyük qardaşına.Conbenet çoxsaylı uşaq gözəllik müsabiqələrində iştirak edib. O, bir sıra titullar qazanıb: "Colorado State All-Star Kids Cover Girl", "America’s Royal Miss", "Little Miss Charlevoix,", "National Tiny Miss Beauty", " Little Miss Colorado", " Little Miss Christmas".