Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kəsmikli bulka
Kəsmikli bulka - unlu şirniyyat məmulatıdır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Kəsmikli kətə
Kətə və ya Əhər şirnisi — Şərqi Anadolu və Cənubi Azərbaycan mətbəxlərinə xas, bir növ xəmir işidir. Edilən bölgəyə görə fərqliliklər göstərməkdədir. Ərzurum da edilən açma Kətə un, yağ, duz, bir az şəkər, yaş maya və su ilə yoğurulduqdan sonra bir saat qədər gözlədilməsi və dinlən/istirahət edən xəmirdən alınan bezələrin oxlov köməyi ilə orta incəlikdə bir kövrək halında açılaraq, üzərinə əridilmiş marqarinin sürtülməsi və rulo halında sarılıb, kiçik parçalara kəsilməsi, daha sonra kəsilən bu parçaların iki dənəsi birləşdirilmək şərtiylə arasına istəyə görə qoz, un qovurması, pendir (istənsə şokolad) qoyulması və çox xəmirlə oynamadan yağlanılmış nimçəyə qoyularaq yüksək nizamlı sobaya verilərək bişirilməsi şəklində edilməkdədir. Kayseri kimi fərqli bölgələrdə içi boş və daha sərt şəkildə edilməkdədir. Posofda isə halvalı (içli Kətə) olaraq növləri vardır.
Hemşinli
Hemşinlilər — İslam dininə etiqad edən ermənilər. Hemşinlilərin sayı çox olmasa da, onlar adət-ənənələrinə, mədəniyyət və tarixlərinə çox həssaslıqla yanaşırlar. Kulturoloq Altay Arslan deyir ki, "Türkiyənin Qara dəniz bölgəsində yaşayan hemşinlilər çox istiqanlı, emosional insanlardır. Onların sayı çox deyil, amma Rizə bölgəsində hörmətləri böyükdür. Əsəbi, sinirli insanlar təsiri bağışlasalar da, çox səmimi və istiqanlı adamlardır. Ermənilər onları "İslamı qəbul etməyə vadar edilmiş haylar" adlandırsalar da, hemşinlilər bu iddiaları həmişə qətiyyətlə rədd ediblər. Hemşinlilərin ulu babaları gerçəkdən də islamı qəbul etmiş və sünni olmuş ermənilərdir. Amma onların müsəlmanlığa gələn yolu zor, ya da məcburiyyətlə olmayıb. Əksinə, tarixi məxəzlər göstərir ki, qədimlərdə ermənilər islamı könüllü qəbul ediblər və onları dinlərini dəyişməyə kimsə vadar etməyib". == Coğrafi yerləşmə == Hemşinlilər şərq, qərb və şimal olaraq üç qrupdur.
Keçikli
Keçikli – Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan şəhər inzibati ərazi dairəsində kənd. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Keçikli kəndi Əsgülüm dağının yamacındadır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından gəlmiş məmmədkərimli tirəsinə mənsub ailələr və Naxçıvanın Husulu kəndindən çıxmış ailələr tərəfindən dağda kecid yerində salınmışdır. Oykonim kecik (kecid) sözündən və -li mənsubluq şəkilçisindən düzəlmişdır. Bəzi tədqiqatçılar isə kəndin adını mənşəcə oğuz tayfalarından olan keçililərin adı ilə bağlayırlar. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Böyük Cəmşidli
Böyük Cəmşidli — Ararat rayonunda kənd adı. 1828–1832-ci illərdə kənddə ermənilər də yerləşdikdən sonra əhali qarışıq yaşamışdır XX əsrin 30-cu illərində kənd Cəmşidli-Mets adlandırmışdır.
Keşikçi (1990)
== Məzmun == Siyasi satira olan film Qorbaçov dövrünün Ermənistan-Azərbaycan münaqişəsi haqqındadır. == Film haqqında == Cizgi filmi Belarus Animasiya Mərkəzinin sifarişi ilə çəkilmişdir.
Keşikçi məbədi
Keşikçidağ məbədi (həmçinin Qaraca məbədi, David Qareci məbədi) — Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədi. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir. Keşikçi məbədinin mənşəyinə dair Azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyildir. Azərbaycan mənbələrinə görə Keşikçi məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbənləri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər. Azərbaycan tarixçilərinə görə məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089–1125) ziyarət edilməyə başlanmış, daha sonra Tamaranın hakimiyyəti dönəmində (1184–1207) gürcü kilsəsinin təsiri altına düşmüşdür. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilmişdilər və bu məbəd də o dövrdə tərk edilmişdi. Aparılan tədqiqatlar göstərmişdir ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gəncdir. == Məbədə gürcü iddiasının arqumentləri == Tarixçi-alim Altay Göyüşovun sözlərinə görə, "David Qareci" həqiqətən qədim alban məbədidir və uzun illər alban kilsəsinin nəzarəti altında fəaliyyət göstərib.
Keşikçi (film, 1990)
== Məzmun == Siyasi satira olan film Qorbaçov dövrünün Ermənistan-Azərbaycan münaqişəsi haqqındadır. == Film haqqında == Cizgi filmi Belarus Animasiya Mərkəzinin sifarişi ilə çəkilmişdir.
Kəşmirli Ağa Şövkət Əli Qızılbaş
Ağa Şövkət Əli (ﺁغا شوكت على قزلباش) 1919-cu ildə Hindistandan Şimalda Kəşmir vilayətinin Srinaqar şəhərində aristokrat ailəsində anadan olub. Onun ailəsi XIX əsrin əvvəllərində Əfqanıstanın Qəndəhar şəhərindən Kəşmirə köçmüş hərbçi Qızılbaşlara mənsubdur. O, Qızılbaşların Əfşar nəslindəndir. Bu nəsil vaxtilə Kəşmirdə hakimlik dərəcəsində yüksək vəzifələr tutmuş və Kəşmir Müsəlmanlarına rəhbərlik etmişdir. == Ailəsi == Ağa Şövkət Əlinin atası Ağa Zəffər Əli Qizilbashdır. Şövlkət Əli Qızılbaşın anası Bəgüm Zəfər Əli xanım Pakistanın böyük maarifçi, qanunverici və siyasətçilərindən biri olaraq, Kəşmir tədris müəssisəsinə daxil olmuş ilk qadın və Fatimə Cinnahın ən yaxın rəfiqəsi idi. Onun ana-babası Xan Bahadur Ağa Seyid Hüssein, əvvəl canışın, sonra isə ev və Ədliyyə Naziri olmuşdur. Onun böyük qardaşı dövlət məmuru (Kəşmirdə ilk dəfə konkurs yolu ilə dövlət məmuru olub, nazir (Wazir-e-Wazarat) vəzifəsi tutmuş) Ağa Nəsir Əli, kişik qardaşı isə Ağa Əşrəf Əlidir. == Gəncliyi == Şöhrət Əli ilk təhsilini Fateh Kadalda yerləşən Missiya Məktəbində (sonrakı adı Tyndale Biscoe Məktəbi) Şrinaqarda almışdır. Sonra o 1936-cı ildə attetat imtahanı vermiş və "Sri Pratap" Kollecinin sətənkarlıq fakültəsini bitirmişdir.