Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ağa Şövkət Əli (ﺁغا شوكت على قزلباش) 1919-cu ildə Hindistandan Şimalda Kəşmir vilayətinin Srinaqar şəhərində aristokrat ailəsində anadan olub.[1][2]
Ağa Şövkət Əli Qızılbaş | |
---|---|
ﺁغا شوكت على قزلباش | |
Prezidentin İnformasiya Katibi, Pakistan Xüsusi Xidmət orqanlarında kəşfiyyatçı | |
Prezident | Məhəmməd Əyyub Xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1919 |
Doğum yeri |
|
Vəfat tarixi | 2013 |
Vəfat yeri | ABŞ, Virginiya ştatı, Vyana şəhəri |
Vətəndaşlığı | Hindistan, Pakistan |
Fəaliyyəti | siyasətçi |
Dini | şiəlik |
Hərbi xidmət | |
Mənsubiyyəti | Qızılbaşlar |
Onun ailəsi XIX əsrin əvvəllərində Əfqanıstanın Qəndəhar şəhərindən Kəşmirə köçmüş hərbçi Qızılbaşlara mənsubdur. O, Qızılbaşların Əfşar nəslindəndir. Bu nəsil vaxtilə Kəşmirdə hakimlik dərəcəsində yüksək vəzifələr tutmuş və Kəşmir Müsəlmanlarına rəhbərlik etmişdir.[3]
Ağa Şövkət Əlinin atası Ağa Zəffər Əli Qizilbashdır. Şövlkət Əli Qızılbaşın anası Bəgüm Zəfər Əli[4] xanım Pakistanın böyük maarifçi, qanunverici və siyasətçilərindən biri olaraq, Kəşmir tədris müəssisəsinə daxil olmuş ilk qadın[3] və Fatimə Cinnahın ən yaxın rəfiqəsi idi.
Onun ana-babası Xan Bahadur Ağa Seyid Hüssein, əvvəl canışın, sonra isə ev və Ədliyyə Naziri olmuşdur.[3]
Onun böyük qardaşı dövlət məmuru (Kəşmirdə ilk dəfə konkurs yolu ilə dövlət məmuru olub, nazir (Wazir-e-Wazarat) vəzifəsi tutmuş) Ağa Nəsir Əli, kişik qardaşı isə Ağa Əşrəf Əlidir.
Şöhrət Əli ilk təhsilini Fateh Kadalda yerləşən Missiya Məktəbində (sonrakı adı Tyndale Biscoe Məktəbi) Şrinaqarda almışdır. Sonra o 1936-cı ildə attetat imtahanı vermiş və "Sri Pratap" Kollecinin sətənkarlıq fakültəsini bitirmişdir. Sonra o "Aligarh" Universitetini bitirib, Hüquq Elmləri Magistri dərəcəsini almışdır.
Sonra o Mussarat Nizamuddin adlı xanımla evlənmiş, Kəşmirə köçmüş və orada dövlət məmuru vəzifəsinə təyin olunmuşdur. O Axnoor bölgəsinin təhsildarı kimi fəaliyyət göstərmişdir.[5]
Hindistanda Britaniya müstəmləkəçiliyi yekunlaşdıqda, Şövkət Əli Qızılbaş Pakistanın qurucusu Məhəmməd Əli Cinnahın tələbi ilə 1946-cı ildə təhsildar kimi, dövlət xidmətlərindən istefa verdikdən sonra Ümumi Cammu və Kəşmir Müsəlmanları Konfransına baş katib seçildi.
Şövkət Əli Qızılbaş 1946–48-ci illərdə Kəşmir bölgəsinin siyasətində mühüm rol oynamış, Müsəlman Konfransının Baş katibi vəzifəsində çalışmış, Kəşmirdə Məhəmməd Cinnah siyasətinin təbliğində mühüm rol oynamış, bu səbəbdən Ağa Şövkət Əli Kəşmirin Hindli hakiminin əmri ilə həbs edilmişdir. 1947-ci ildə Pakistan qurulanda BMT vasitəçiliyi ilə Hindistan və Pakistan arasında siyasi məhbus mübadiləsi layihəsi çərçivəsində Ağa Şövkət Əli həbsdən azad edilib.
Cinnahın ölümündən sonra Şövkət Əli Müsəlman Konfransından xaric edilmiş, daha sonra Pakistan Mərkəzi Təhlükəsizlik Xidmətlərində vəzifələr tutmuşdur. O zaman Ağa Şövkət Əli həmin Xidmətin ən sirli və nüfuzlu əməkdaşlarından hesab olunub. Belə ki, Ağa Şövkətin rütbəsindən tutmuş, Pakistan Dövləti adına keçirdiyi kəşfiyyatlar bilinmir və demək olar ki, sirr olaraq saxlanılır.
Sonralar o, 2-ci Prezident Məhəmməd Əyyub Xanın İnformasiya Katibi vəzifəsində çalışıb. Pərviz Müşərrəf Pakistan prezidenti olduğu dönəmdə Şövkət Əli Qızılbaş ona Kəşmir məsələsi ilə bağlı təkliflər həqdim etdiyi söylənilir.
Şövkət Əli 2013-cü il martın 19-da ABŞ-ın Virciniya ştatının Vyana şəhərində vəfat edib.[6]
Sovet Orta Asiyasının modernləşdirilməsiKitab — 1964