Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dengizik
Dengizik Xan və ya Dengizik Xaqan (Qədim türkcə (hunca): Tengizik Kan (mənası: Balaca Dəniz; ən tezi 406 – 469, Bizans imperiyası) — Avropa Hunlarının 13-cü xaqanı. Atillanın 2-ci oğlu, İlekin kiçik, İrnekin də böyük qardaşı. == Həyatı == 453-cü ildə Atillanın ölümündən sonra digər qardaşları İlek və İrneklə ayrı hökmranlıq etdilər. Çökən imperiyanın bir hissəsində üç qardaş fərqli bölgələrdə hökmranlıq edirdi. 460-cı ilin ilk yarısından etibarən Dengizik və İrnek vəziyyətlərini bərpa etməyə çalışdılar. Konstantinopola elçi göndərdilər. Sülh müqaviləsi bağlamaq, dostluq qurmaq istəyirdilər. Dunayın bir hissəsində Hunlar və Romalılar üçün sərbəst ticarət bazarının qurulmasını tələb etdilər, lakin I Leo bu istəkləri rədd etdi. Bu qərardan sonra iki qardaş ayrıldı. Dengizik bunu təhqir olaraq gördü və döyüşmək istədi, İrnek isə yeni cəbhə açmağın əleyhinə idi.