1. Varlılıq, dövlətlilik; böyük sərvətə, dövlətə, mal-mülkə, maddi vəsait və imkanlara malik olma.
// Var, dövlət, sərvət, mal və mülk, maddi vəsait və pul bolluğu.
2. Həşəmət, calal, dəbdəbə, təmtəraq.
Bu qəsr Bağdad qəsrlərinin ən kiçiyi, lakin zinət və zənginlik cəhətcə ən böyüyüdür.
3. Adətən cəm şəklində – maddi vəsait, sərvətlər. Azərbaycanın torpaqaltı zənginlikləri müxtəlif və tükənməzdir.