Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kərpicli
Kərpicli və ya Geğadir — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə, İrəvan şəhərindən 11 km şərqdə yerləşir. Toponim kərpicli tayfasının adı əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Geğadir qoyulmuşdur. == Əhalisi == Kənddə 1873-cü ildə 141 nəfər, 1886-cı ildə 172 nəfər, 1897-ci ildə 250 nəfər, 1904-cü ildə 188 nəfər, 1914-cü ildə 316 nəfər, 1916-cı ildə 307 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş, Türkiyənin Van, Rştu, Xizan, Abağa, Mokus vilayətlərindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Kərpic
Kərpic — Düzbucaqlı paralelepiped şəklində olan və tikintidə işlədilən material. Hazırda kərpicin əsas 2 növündən istifadə edilir: qırmızı kərpic və silikat kərpic. Qırmızı kərpic yanmış gildən düzəldilir. Silikat kərpic isə qum və sönməmiş əhəngin qatışığından düzəldilir. Kərpic hələ keçmiş zamanlardan — X-XII əsrlərdən etibarən tikinti materialı kimi geniş yayılıb. Hazırda tarixi abidələr kimi qorunan orta əsrlərə aid binaların əksəriyyətinin tikintisində kərpicdən istifadə olunduğu məlum faktdır. Bu tikinti materialının uzunömürlülüyü imkan verir ki, müasir tikintilərdə də ondan geniş istifadə olunsun.
Naxçıvan Kərpic Zavodu
Naxçıvan Kərpic Zavodu - 1925-ci ildə istifadəyə verilmişdir. Bu zavod həmin vaxt ildə 3 milyon ədəd kərpic buraxmaq gücünə malik idi. Zavod hər kamerası 9 mindən 12 min ədədə qədər kərpic tutan 16 kameralı Hofman kürəsi ilə təchiz edilmişdir. Naxçıvan Kərpic Zavodunun kürə kompleksi 1911-ci ildə alman mühəndisi Hofmanın lahiyəsi əsasında tikilmişdir. Kürə kompleksi 2 mərtəbədən və hündürlüyü 38 metr, başlanğıc dia metri 3,76 metr, qurtaracaqda isə 2 metr olan ekologiyaya zərər vuracaq his-pas buraxmadan işləyən bir konsvari qüllədən ibarətdir. Kürə vasitəsilə hər dövretmə ərzində 240 min ədəd keyfiyyətli kərpic istehsal etmək mümkündür. Hofman kürəsində istənilən ölçüdə kərpic bişirmək olar. Hazırda isə burada 20x20x4 sm olan dördkünc kərpic, 20x10x4 sm olan yerli və 25x16x6 sm olan rus kərpic formatlı məmulat istehsal olunur ki, qədim abidələrdə bərpa və yenidənqurma məqsədilə bu kərpiclərdən geniş istifadə olunur. Kərpic zavodunun binası öz ilkin quruluşunu saxlamışdır. Planda kəllə divar yarımdairəvi formada həll edilmişdir.
13-cü rayon: Kərpic imarətlər
Kərpic imarətlər (ing. Brick Mansions) — 2014-cü ildə Kanadada ingilis dilində çəkilmiş filmdir. Filmin aktyor heyətinə Pol Volker, David Belle və RZA daxildir. Filmin rejissoru Camille Delamarre, ssenari müəllifləri isə Luc Besson, Robert Mark Kamen və Bibi Naceri olmuşdur. Film 2004-cü ildə çəkilmiş Banlieue 13 filminin remeykidir. Daha əvvəl Banlieue 13 filmində rol alan David Belle də bu filmdə rol almışdır. Kərpic imarətlər Paul Walkerin (ö. 30 noyabr 2013) ölümündən əvvəl çəkilmiş son filmidir. Film Pol Uolkerin ölümündən 5 ay sonra ekranlara çıxmışdır. == Süjet xətti == 2018-ci ildə Detroitdə kərpicdən tikilmiş evlər nəzarətdən çıxan cinayətkarlarla dolu bir yerə çevrilmişdir.
Nerpiçi adası
Nerpiçi adası — Minin şxeri arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Rusiya Federasiyası, Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Bütün adalar qrupu ilə birlikdə 1993-cü ildə yaradılmış Böyük Arktik qoruğunun bir hissəsidir. Arxipelaqın cənub-şərq hissəsində, materik Rusiyadan iki kilometr məsafədə, Minin yarımadası (Leninqrad boğazından qərbdə və cənubda) və Xariton Laptev sahillərində (cənub-şərqdə və şərqdə) yerləşir. Nerpiçinin şimal-qərbində və şimalında Minin skerrisinin digər adaları — Emelyanov adası (1,5 kilometr qərbə), Vxodnıe adaları (3,3 kilometr qərbə), Priqlubnı adası (3,5 km şimal-şərqdə) və şimaldan bir km-dən az məsafədə arxipelaqın ən böyük adası Kolosovıx adası yerləşir. Nerpiçi qeyri-bərabər L formasına malikdir, körfəzlər və burunlarla girintilidir, cənub-şərq hissəsində isə pazşəkilli buxtaya malikdir. Ən böyük zirvəsi şimal-qərbəyerləşir. Stvornoy şimal-qərb burnundan cənub-şərq ucuna qədər uzunluğu 11 kilometr, ən şimaldan ən cənub nöqtəsinə qədər məsafə isə 10 kilometrdir. Eni mərkəzi hissədə 5 kilometrə qədərdir. Adanın çox hissəsini dörd alçaq, zərif təpələr tutur.