Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kərpicli
Kərpicli və ya Geğadir — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə, İrəvan şəhərindən 11 km şərqdə yerləşir. Toponim kərpicli tayfasının adı əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Geğadir qoyulmuşdur. == Əhalisi == Kənddə 1873 -cü ildə 141 nəfər, 1886-cı ildə 172 nəfər, 1897-ci ildə 250 nəfər, 1904 - cü ildə 188 nəfər, 1914 - cü ildə 316 nəfər, 1916-cı ildə 307 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş, Türkiyənin Van, Rştu, Xizan, Abağa, Mokus vilayətlərindən köçürülən ermənilər burada yerləşdirilmişdir.