Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kəsişmək
Kəsişmək ( ing. intersect ~ ru. пересекать ~ tr. kesişmek) – verilənlər bazalarının idarə olunmasında istifadə olunan relyasiya cəbri operatoru. Birtipli kəmiyyətləri özündə saxlayan eyni sayda sahədən ibarət olan iki A və B münasibətləri (cədvəlləri) üçün INTERSECT A , B yeni bir münasibətdir (cədvəldir); bu yeni münasibət (cədvəl) həm A-da, həm də B-də olan kortejlərdən (sətirlərdən) təşkil olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Endirmək
Endirmək (ing. Rcd) - informasiya texnologiyaları sahəsində hər hansı internetdə mövcud olan bir sistemdən məlumatın və ya faylın internet yükləməsi vasitəsilə kompyuterə köçürülməsidir.
Keşdiməz
Keşdiməz — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1824-cü il vergi sənədlərinə görə 20 ailə yaşayan Keçdiməz kəndi Şirvan əyalətinin Qoşun mahalına, sonralar isə Şamaxı qəzasının Qoşun dairəsinə daxil olmuşdur. Bico, Qəşəd, Keçdiməz və Ləngəbiz kəndlərinin Şıxəli bəyin övladlarının mülkiyyətində olduğu arxiv sənədlərindən məlumdurKeşdiməz Ağsu rayonunun Bico inzibati ərazi vahidində kənd. Ləngəbiz silsiləsinin ətəyindədir. Kəndin ərazisində Kişdeməz adlı pir də var. Yerli əhali oykonimi bu pirin adı ilə bağlayır. Rəvayətə görə, burada yaşayan mömin Şəxs hətta toyuğa da "kiş!" deməzmış. Ona görə də ləqəbi Kişdeməz qalmışdır. Pirə "yara piri" kimi müraciət olunur. Tədqiqatçılar bu oykonimi toponimik termin olan və "bərk dərə" mənasında işlənən keçirtməz sözü ilə bağlayırlar.
Keşdiməz bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.