1. f. Bir nöqtədə bir-birini kəsmək, bir-birinin üstünə düşmək. Məftillərin kəsişdiyi yer. Dəmiryol xətləri kəsişmir. Yolların kəsişdiyi nöqtədə. – Tavandan təkəmseyrək elektrik fanarları asılmışdı.
Onların içində ildırım zolaqları kimi kəsişən işıq telləri şəhərin elektrik stansiyasının motor səsinə uyğun olaraq gah şiddətlənir, gah da öləziyirdi.
2. f. riyaz. Bir-birini qət etmək, kəsmək. Kəsişən ( f.is. ) xətlər.
3. qarş. məc. Razılığa gəlmək, müəyyən bir qərara gəlmək; razılaşmaq, uzlaşmaq. Qiymətdə kəsişmək.
– [Hacı Rüstəm] bazara gündə yüz taks qoysunlar, danışıb kəsişməsə idi, yarım girvənkə soğan da almazdı.