Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Payızgülü
Payızgülü (lat. Chrysanthemum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Növün adı yunancadan "qızıl gül" kimi tərcümə olunur. Bu onunla izah olunur ki, taclı payızgülünün çiçəkləri sarı rəngdədir. Çoxillik payızgülülərdən gülçülükdə ən çox istifadə olunanı Koreya payızgülüsüdür. Bu, hündürlüyü 100 sm-ə qədər olub, sentyabrın əvvəllərindən soyuqlar düşənə qədər çiçəkləyən çoxillik bitkidir. Növün hamaşçiçəkləri sadə, çoxləçəkli və müxtəlif rəngli olur. Toxumları aprelin əvvəlində şitilliyə əkilir. Böyüyən şitilləri mayın ortalarında daimi yerə əkirlər. Payızgülünün bəzi növlərinin toxumlarını payızda torpağa əkməklə də çoxaldırlar.
"Payızgülü" ordeni
"Payızgülü" ordeni, "Böyük xrizantema" ordeni (大勲位菊花章, Dai-kun'i kikka-shō) – Yaponiyada verilmiş olan ən yüksək səviyyəli ordendir. Orden 1876-cı ildə təsis edilmişdir. Texniki cəhətdən mükafatın yalnız bir səviyyəsinin olmasına baxmayaraq, onu ya zəncirə taxılmış "yaxalıq" formasında, ya da qanadlarla müşayiət olunan "böyük kordon" formasında təqdim edirlər. Bu orden Avropada verilən ordenlərdən fərqli olaraq, alan şəxsə ölümündən sonra da təqdim edilə bilər.
Hind payızgülü
Hind payızgülü (lat. Chrysanthemum indicum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin payızgülü cinsinə aid bitki növü.
Payızgülü cinsinin növləri