Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kamallı
Kamallı (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Kamallı (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd.
Kamal Kamallı
Kamallı (Laçın)
Kamallı — Azərbaycan Respublikasının Laçın rayonu Kamallı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Laçın rayonunun Alxaslı inzibati ərazi vahidində yrləşən kənd dağlıq ərazidədir. Keçmiş adı Bozlu olmuşdur. Yaşayış məntəqəsinin əsasını Dərələyəz mahalından gəlmiş bozlu tayfasına mənsub ailələr salmışlar. Kəndin qərbindəki əkin sahələrindən biri Kamalın çuxuru adlanırdı. == Əhalisi == Kəndin əhalisi 1992-ci ildə 2 min nəfərə çatırdı ibarət idi. Onlar kəndin işğalından sonra on iki müxtəlif rayonda məskunlaşmışdır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik idi.
Kamallı (Saatlı)
Kamallı — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 1107 nəfərdir.[mənbə göstərin] == Toponimikası == Saatlı r-nunun Hacıqasımlı i.ə.v.-də kənd. Araz çayı sahilində, düzənlikdədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Kamal adlı şəxs qoyduğundan kənd onun adını daşıyır. Güman etmək olar ki, bu kəndlər ya Dərələyəz mahalında vaxtilə mövcud olmuş Kamal kəndindən köçüb gəlmiş ailələrin gətirdiyi adla, ya da kamallı nəslinin adı ilə adlandırılmışdır. Keçən əsrdə Tatarıstan ərazisində də Kamallı adlı yaşayış məntəqəsi qeydə alınmışdır. Türk dillərində kamal sözü "qala", "səngər", "axın" mənalarında işlənir.
Françesko Kavalli
Françesko Kavalli (14 fevral 1602[…], Krema[d], Kremona əyaləti – 14 yanvar 1676[…], Venesiya) — əsl adı Pietro Françesko Kaletti-Bruni olan və erkən barokko dövrünə aid olan italyan bəstəkarı. Kavalli əslində bəstəkarın ağası Federiko Kavalliyə soyadı idi. Kavalli dövründə İspaniyaya məxsus olan Lombardiya əyalətinin Krema şəhərində anadan olmuşdu. 1616-cı ildən bəri Venesiyanın Müqəddəs Mark bazilikasında əvvəl ifaçı, sonra orqanist sonra da kapellanın rəhbəri kimi çalışmışdı. Kavalli əsasən opera bəstəkarı kimi tanınmışdı. İlk opera bəstəsini ("Le nozze di Teti e di Peleo") 1639-cu ildə, Venesiyanın ilk opera evi San-Kassiano teatrının açılmasından bir qədər sonra yazmışdı. 1660–1662-ci illərdə Parisa təcrübəyə göndərilmiş və orada "Ercole amante" operasını yazmışdı. 1676-cı ildə Venesiyada 72 yaşında vəfat etmişdi. Kavalli bəstələrinə melodik ariyalar, librettolarına isə xalq musiqisi nümunələrini daxil edirdi. Onun operaları güclü dramatik effektç böyük musiqi asanlığı və italyan operasına xas olan qroteskli yumor ifadə edir.
Roberto Kavalli
Roberto Kavalli (it. Roberto Cavalli; 15 noyabr 1940, Florensiya, Florensiya əyaləti[d], İtaliya krallığı – 12 aprel 2024, Florensiya, İtaliya) — məşhur İtaliya modelyeri və ixtiraçısı. O, ekzotik printlər və qumlu görünüşlü cins şalvarların yaradıcısı kimi tanınırdı. Onun "Roberto Cavalli" moda evi dəbdəbəli geyim, ətir və dəri aksesuarları satır.
Belaya çayı (Kaqalnik)
Belaya çayı — Rostov vilayəti ərazisindən axan çay. Belaya çayı Kaqalnik çayının sol qolunu təşkil edir. O isə öz növbəsində Don çayına tökülür. Kaqalnik çayının mənsənibə 77 km qalmış ona tökülür. Belaya çayının uzunluğu 73 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 503 km²-dir. Çay sistemi: Belaya → Kaqalnik → Don → Azov dənizi. == Təsviri == Belaya çayı öz başlanğıcını Rostov vilayətinin Morozovski rayonunun Alesandrovsk xutorunun şimalından başlayır. Morozovski və Simlyanski rayonları sərhəddindən başlayır. Simlyanski rayonu ərazisində yerləşən Lomovsev xutorundan sonra Konstantinovka rayonunun Suvorov xutoru, Belokovılnı qəsəbəsi və Belyanski xutorları ərazisindən axır.