Поиск по словарям.

OBASTAN VİKİ
Kamurəs Qadınəfəndi
Kamurəs Qadınəfəndi (5 mart 1855, Şimali Qafqaz – 30 aprel 1921, Konstantinopol) — 35. Osmanlı sultanı V Mehmedin ilk xanımı. == Həyatı == Kamurəs xanım 1855-ci ildə əslən ubix olan əsilzadə ailəsində dünyaya gəlmişdir. Çox gənc yaşlarında saraya xidmətçi olaraq alınmış, 30 sentyabr 1872-ci ildə Çırağan sarayında V Mehmedlə evləndilər. Evləndikdən bir il sonra Şahzadə Mehmed Ziyayəddin Əfəndini dünyaya gətirdi. 1918-ci ildə ölkəyə gələn Bolqarıstan kralı III Borisin qarşılanması mərasimində iştirak etdi. Sarayda təlim keçən kiçik sultanların təhsili ilə maraqlanırdı. Sultan V Mehmedin vəfatının ardından (1918) bir müddət sarayda qalan Kamurəs xanım daha sonra Beşiktaşdakı saraya köçürüldü. Çox keçmədən 30 aprel 1921-ci ildə burada vəfat etdi. Cənazəsi ərinin Əyyubsultandakı Sultan Rəşad türbəsinə dəfn edildi.