Kamurəs Qadınəfəndi

Kamurəs Qadınəfəndi (5 mart 1855, Şimali Qafqaz30 aprel 1921, İstanbul) — 35. Osmanlı sultanı V Mehmedin ilk xanımı.

Kamurəs Qadınəfəndi
كامورس سيدة
Şəxsi məlumatlar
Doğum tarixi 5 mart 1855(1855-03-05)
Doğum yeri
Vəfat tarixi 30 aprel 1921(1921-04-30) (66 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti əsilzadə
Həyat yoldaşı
Uşağı
Ailəsi Osmanlı xanədanı
Dini Sünni, İslam

Kamurəs xanım 1855-ci ildə əslən ubix olan əsilzadə ailəsində dünyaya gəlmişdir. Çox gənc yaşlarında saraya xidmətçi olaraq alınmış, 30 sentyabr 1872-ci ildə Çırağan sarayında V Mehmedlə evləndilər. Evləndikdən bir il sonra Şahzadə Mehmed Ziyayəddin Əfəndini dünyaya gətirdi. 1918-ci ildə ölkəyə gələn Bolqarıstan kralı III Borisin qarşılanması mərasimində iştirak etdi. Sarayda təlim keçən kiçik sultanların təhsili ilə maraqlanırdı.

Sultan V Mehmedin vəfatının ardından (1918) bir müddət sarayda qalan Kamurəs xanım daha sonra Beşiktaşdakı saraya köçürüldü. Çox keçmədən 30 aprel 1921-ci ildə burada vəfat etdi. Cənazəsi ərinin Əyyubsultandakı Sultan Rəşad türbəsinə dəfn edildi.

  • Harun Açba (2007). Kadın efendiler: 1839–1924. Profil. ISBN 978-9-759-96109-1.
  • The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. 2010.