Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kehkaşan Basu
Kehkaşan Basu (5 iyun 2000, BƏƏ) — Birləşmiş Ərəb Əmirliyin ətraf mühit və insan haqları müdafiəçisi. 2016-cı ildə Beynəlxalq Uşaq Sülh Mükafatının laureatı olmuşdur. Ümumdünya Gələcək Şurasının ən gənc məsləhətçisi olmuçdur. Green Hope fondunun təsisçisi və prezidenti. == Bioqrafiya == Kehkaşan Basu Dubayda anadan olub. Daha sonra Torontoda (Kanada) yaşamışdır. 12 yaşında o, bütün dünyada uşaqları və gəncləri maarifləndirmək və gücləndirmək, onları Dayanıqlı İnkişaf Məqsədlərinə (SDGs) nail olmaq prosesinə cəlb etməklə davamlı inkişafa diqqət yetirən Green Hope fondunun əsasını qoymuş və prezidenti olmuşdur. Green Hope bütün yaş qruplarını əhatə etmək üçün Ətraf Mühit Akademiyası adlı unikal təbliğat alətindən , o cümlədən təsviri incəsənət, musiqi, idman, teatr və rəqs kimi innovativ ünsiyyət yolları, həmçinin Dayanıqlı İnkişaf Məqsədlər haqqında məlumatlılığı ən sadə səviyyədə yaymaq üçün elm və texnologiya təhsilindən istifadə edir. 2013-cü ildə o, iki illik müddətə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının Uşaq və Gənclər üzrə Qlobal Koordinatoru seçilir və bununla da təşkilatın tarixində bu vəzifəyə seçilən ilk azyaşlı olur. == Yaradıcılıı == 2015-ci ildə o, iqlim dəyişikliyini azaltmaq üçün hərəkətə keçən bir qızın hekayəsindən bəhs edən “Ümid ağacı” adlı qısa hekayələr toplusunu təqdim edir.
Ahkəlan (Gilan)
Ankəlan — İranın Gilan ostanında kənd.. == Coğrafi yerləşməsi == Talış şəhristanının Masal Şandirmən bölgəsinin Masal kəndistanında, Masaldan 6 km cənubdadır.
Kheşan
Kheşan və ya Khesan (vyet. Khe Sanh) — Vyetnamda şəhər icması-kommunası, Kuanqçi vilayətinin Hıonqhoa qraflığının inzibati mərkəzi. Laos ilə Laobao sərhəd keçidindən 20 km və Kuanqçi vilayətinin inzibati paytaxtı Donqhadan 63 km məsafədə yerləşir. 1968-ci ildə Vyetnam müharibəsi zamanı ABŞ-nin mühasirəyə düşmüş eyniadlı hərbi bazası Kheşan yaxınlığında yerləşirdi. == Qeydlər == == İstinadlar == == Əlavə ədəbiyyat == Дэвидсон, Филипп. Война во Вьетнаме (1946—1975). М.: Изографус, Эксмо. 2002 [Vietnam at War: The History 1946-1975]. 816.
Karo Kahkecyan
Karapet (Karo) Kahkecyan (erm. Կարապետ (Կարո) Քահքեջյան; 24 mart 1962, Hələb – 26 iyun 1993, Çardaqlı, Tərtər rayonu) — Qarabağ müharibəsində iştirak etmiş erməni terrorçu. Karo Qarabağ müharibəsi zamanı əsasən diaspor üzvlərindən təşkil edilmiş Xaçlılar (erm. Խաչակիրներ) adlı könüllü hərbi birləşmənin rəhbəri və qurucusu olmuşdur. Hərbi əməliyyatlarda fəal iştirak etməsi səbəbindən qısa müddətdə tanınmış və böyük nüfuz qazanmışdır. Karo Kəlbəcərin işğalı zamanı 1993-cü ilin 26 iyun tarixində Azərbaycan ordusunun snayperi tərəfindən vurularaq öldürülmüşdür. == Həyatı == Kahkecyan 1962-ci ildə Suriyanın ən böyük ikinci şəhəri olan Hələb şəhərində dünyaya gəlmişdir. Ailəsi Suriya ermənilərindəm olan Karo uşaqlıq yaşlarından türklərə qarşı böyük nifrət hissi ilə tərbiyə edildi. Ali təhsil almaq üçün Almaniyanın Frankfurt şəhərinə yollanmış və burada memarlıq sahəsi üzrə təhsil almışdır. Daha sonra Almaniyada olan təhsilini mexanika mühəndisliyi üzrə davam etdirmişdir.
Kakusan (Sərdəşt)
Kakusan (fars. كاكوسان‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 21 nəfər yaşayır (4 ailə).
Kheşan döyüşü
Kheşanın mühasirəsi və ya Kheşan döyüşü (ing. Battle of Khe Sanh) — Vyetnam müharibəsi zamanı Kheşan hərbi bazası uğrunda Vyetnam Xalq Ordusu ilə ABŞ dəniz piyadaları korpusu arasında döyüş. Amerika tarixşünaslığına görə, Kheşanın mühasirəsi müharibədə ABŞ qüvvələrinin iştirak etdiyi ən uzunmüddətli döyüşü olmuşdu və bazanı müdafiə edən dəniz piyadalarının qələbəsi ilə başa çatmışdı. Daha sonra baza tərk edilmiş və bu, Şimali Vyetnam tərəfinə öz qələbəsini təsdiq etməyə imkan yaratmışdı. Kheşanın mühasirəsi Vyetnam müharibəsinin ən məşhur və simvolik döyüşlərindən biridir. == Qeydlər == == İstinadlar == == Əlavə ədəbiyyat == Dövlət sənədləri US Military Assistance Command, Vietnam, Command History 1965, Annex N. Saigon, 1966. US Military Assistance Command, Vietnam, Command History 1966, Annex M. Saigon, 1967. Hinh, Nguyen Duy. Operation Lam Sơn 719. Washington, D.C.: United States Army Center of Military History.