Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vangelis
Vangelis (yun. Βαγγέλης; tam adı Evangelos Odisseas Papatanassiu, yun. Ευάγγελος Οδυσσέας Παπαθανασίου; 29 mart 1943[…], Aqriya[d] – 17 may 2022[…], XV arondisman (Paris)[d], Fransa) — məşhur yunan bəstəkarı, ifaçısı və prodüseri, ilk elektron musiqi ifaçılarından biri. Bir çox məşhur filmlərin o cümlədən, Oskar mükafatı qazanmış "Chariots of Fire", həmçinin "Blade Runner", "1492: Cənnətin fəthi" və "Alexander" filmlərinin bəstəkarıdır.
Vangelis Platellas
Vangelis Platellas (14 aprel 1988 və ya 1 dekabr 1988, Afina) — Neftçi PFK-da çıxış edən Yunanıstan futbolçusu.
Qışlaq-i Kanəli (Əhər)
Qışlaq-i Kanəli (fars. قشلاق كنه لو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 30 nəfər yaşayır (7 ailə).
Ageratina rangelii
Georgios Kandilis
Georgios Kandilis (yun. Γεώργιος Κανδύλης; 14 aprel 1915, Bakı, Bakı quberniyası, Rusiya imperiyası – 10 may 1995[…]) — XX əsrin məşhur yunan və fransız memarı və şəhərsalma mütəxəssisi. == Həyatı == Georgios Kandilis 1911-ci il 29 mart tarixində Rusiya imperiyasının Bakı şəhərində yaşayan yunan ailəsində anadan olmuşdur. Onun atası Trabzondan olan Pont əsilli idi. Anasının kökük isə yunan adası Xiosa gedib çıxırdı. Özünün uşaqlıq xatirələri barədə Kandilis danışarkən Oktyabr inqilabını və Bakıya Qızıl Ordunun daxil olmasını qeyd etmişdir. Lakin sonralar onun atası həbs olunmuş, anası ağır xəstəliyə düçar olmuş, kiçik qardaşı isə vəfat etmişdir. Atası azad olunduqdan sonra İrana meşə ticarəti ilə məşğul olmağa yollamışdılar. Gənclik illərində Kandilis ailəsi ilə birlikdə Yunanıstana gəlmiş, burada yunan dilini dərindən öyrənmək imkanı əldə etmiş və yunan vətəndaşlığını almışdır. Afina şəhəri yaxınlığında yerləşən Kolonaki rayonundakı 3 saylı gimnaziyanı bitirmişdir.
Pentacalia danielis
Pentacalia danielis (lat. Pentacalia danielis) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Angelik Kerber
Angelik Kerber (d. 1988, Almaniya) — tennisçi. Angelik Kerber Solaxaydır. 2011-ci ildə dünya reytinqində 32-ci olan idmançı 2012-ci ildə 5-ci sırada qərarlaşıb. “Uimbldon” turnirində finalın bir addımlığınadək irəliləyib. Mütəxəssislər də, tennis həvəskarları da 2012-ci ili karyerasının zirvəsi sayırlar. == Mənbə == Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, №49(49), 08.12.2012. səh.14.
Giya Kançeli
Giya Kançeli (gürc. გია ყანჩელი; 10 avqust 1935, Tiflis – 2 oktyabr 2019[…], Tbilisi) — Sovet və gürcü bəstəkarı. Kino bəstəkarı. SSRİ-nin xalq artisti (1983), dövlət mükafatının laureatı (1976) == Həyatı == Qiya Aleksandr oğlu Kançeli 10 avqust 1935-ci ildə Tiflisdə dünyaya gəlmişdir. 1983-cü ildə SSRİ-nin xalq artisti olmuşdur, və 1976-cı ildə dövlət mükafatının laureatının sahibi olmuşdur. Musiqi məktəbini, sonra Tiflis Universitetinin geologiya fakültəsini (1959-cu ildə) bitirdi və yalnız bundan sonra 1963-cü ildə I. I. Tuskiyanın kompozisiya sinfində bitirdiyi Tbilisi Konservatoriyasına daxil oldu [5]. 1970-ci ildən Tiflis Konservatoriyasında (alətlər sinfi) dərs demişdir. 1971-ci ildən Tbilisi S. Rustaveli Teatrının musiqi hissəsinin rəhbəri olmuşdur. 1979-cu ildən — Gürcüstan SSR Bəstəkarlar İttifaqının katibi. Gürcüstan SSR Kinematoqrafçılar İttifaqının üzvü.
Vanqlis Platellas
Vangelis Platellas (14 aprel 1988 və ya 1 dekabr 1988, Afina) — Neftçi PFK-da çıxış edən Yunanıstan futbolçusu.
Angelos Sikelianos
Angelos Sikelianos (Yunanca: Άγγελος Σικελιανός; 15 mart 1884, Lefkada[d], İon adaları – 19 iyun 1951, Afina) — Yunan ədəbiyyatının ən mühüm şairlərindən biridir. O, Yunan İntibahı kimi tanınan ədəbi hərəkatın qabaqcıllarından biri hesab olunur. Sikelianos Yunanıstanın tarixi və mədəni irsini müasir dünya ilə qarışdıraraq şeirlərində özünəməxsus dil və üslub yaradıb. == Həyatı == Angelos Sikelianos 1884-cü il martın 15-də Yunanıstanın Lefkada adasında anadan olub. Afina Universitetində hüquq təhsili aldıqdan sonra qısa müddət hüquqşünas kimi fəaliyyət göstərib. Amma onun əsl həvəsi ədəbiyyat idi. O, ilk şeirlərini 1904-cü ildə nəşr etməyə başlamış, 1907-ci ildə yazdığı "Akritas" poeması ilə şöhrət qazanmışdır. Sikelianos 1917-ci ildə Eva Palmerlə evləndi və Delfiyə köçdülər. Delfidə "Yunan dramlarının Delfi festivalı"nın əsasını qoydular və bu festival yunan ədəbiyyatında mühüm rol oynadı. Sikelianos 1951-ci ildə Afinada vəfat edib.
Blue Anqels
Blue Anqels (azərb. Mavi Mələklər‎) — ABŞ Hərbi Donanmasına məxsus aerobatika eskadronudur. 1946-cı ildə əsası qoyulmuşdur və 1931-ci ildə yaradılmış Fransanın Aerobatik Patrulundan sonra ikinci ən qədim aerobatika komandasıdır. Şou təyyarəsi kimi Boeing F/A-18E istifadə olunur. Nəqliyyat təyyarəsi kimi Lockheed Martin C-130J Super Hercules istifadə olunur. == Missiya == Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin Uçuş Nümayiş Eskadrilyasının missiyası uçuş nümayişləri ilə ölkəyə mükəmməllik və xidmət mədəniyyətini ilhamlandırmaqla Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin və Dəniz Piyadaları Korpusunun qürurunu və peşəkarlığını nümayiş etdirməkdir. == Tarixi == Komanda ilk dəfə 1946-cı ilin Aprel ayında "Navy Flight Exhibition Team" adı altında yaradılmışdır. Daha sonra ad dəyişilib Blue Anqels olmuşdur. Komanda ilk dəfə 1946-cı il iyun ayının 15-i Blue Anqels adı altında təqdim olunmuşdur. == Hadisələr == Blue Anqels tarixində ümumilikdə 26 pilot və 1 heyət üzvü həlak olmuşdur.
Alfredo de Anxelis
Alfredo de Anxelis (isp. Alfredo De Angelis; 2 noyabr 1912, Adroge[d], Buenos-Ayres əyaləti[d] – 31 mart 1992, Buenos-Ayres) — Argentina bəstəkarı və dirijoru, Argentina tanqosunun ustası. == Həyatı == Alferdo de Anxelis Argentinada, Buenos-Ayresin cənubundakı Adroge şəhərində anadan olmuşdur. O, musiqi karyerasına müğənni Xuan Hilibertininin müşayiəti ilə başlamışdır. Tezliklə de Anxelis pianoçu Xuan Politonu əvəz edərək Anselmo Ayetanın orkestrinə qoşulmuşdur. De Anxelis Xuan D'Arienso ilə eyni kompozisiyada skripka çalışmışdır. 1930-cu illərdə o, müxtəlif qruplarla çıxış etmiş, nəhayət 20 mart 1941-ci ildə öz orkestrini toplamışdır. De Anxelis beləliklə, Buenos-Ayresin Korrientes küçəsindəki "Marzotto" kafesində debüt rymişdir. Bu qrupun artıq diqqətəlayiq nailiyyətləri olan yeganə üzvü vokalist Hektor Morea idi. Orkestr həmçinin "El Mundo" radiosunda çıxış etmişdir.
DICE Los Angeles
DICE Los Angeles (əvvəllər DreamWorks Interactive L.L.C., EA Los Angeles və Danger Close Games) — ABŞ videooyun istehsalı şirkəti. "DICE Los Angeles" 1995-ci ilin aprel ayında "DreamWorks" və "Microsoft" şirkətləri tərəfindən təsis edilmişdir və 2013-cü ildən bəri "EA DICE" şirkətinin diviziyasıdır. 2000-ci ildə "Electronic Arts" studiyanı satın almış və onun adını "EA Los Angeles", daha sonra isə 2010-cu ildə "Danger Close Games" olaraq dəyişmişdir. 2013-cü ildə studiya baş ofisi İsveçdə yerləşən "EA DICE" şirkətinin bir diviziyası olmuş və "DICE Los Angeles" adını almışdır. Şirkət başlıca olaraq yaratdığı "Medal of Honor" və "Command & Conquer" videooyun seriyalarına görə tanınır. == Tarix == === DreamWorks Interactive (1995–2000) === "DreamWorks Interactive" şirkətinin təsis ediləcəyi 22 mart 1995-ci ildə açıqlanmışdır. 3 aprel 1995-ci ildə fəaliyyətə başlayan şirkət "DreamWorks" və "Microsoft" şirkətlərinin birgə idarə etdiyi bir müəssisə idi. Studiyaya rejissor Stiven Spilberq rəhbərlik edirdi. Spilberqin dövründə studiya çoxlu lisenziyalı videooyun buraxmışdır. "Los Angeles Times" qəzetinin redaktoru Lezli Helmin dediyinə görə, şirkətin istehsal etdiyi ilk videooyunlar olduqca müvəffəqiyyətsiz idi.
EA Los Angeles
DICE Los Angeles (əvvəllər DreamWorks Interactive L.L.C., EA Los Angeles və Danger Close Games) — ABŞ videooyun istehsalı şirkəti. "DICE Los Angeles" 1995-ci ilin aprel ayında "DreamWorks" və "Microsoft" şirkətləri tərəfindən təsis edilmişdir və 2013-cü ildən bəri "EA DICE" şirkətinin diviziyasıdır. 2000-ci ildə "Electronic Arts" studiyanı satın almış və onun adını "EA Los Angeles", daha sonra isə 2010-cu ildə "Danger Close Games" olaraq dəyişmişdir. 2013-cü ildə studiya baş ofisi İsveçdə yerləşən "EA DICE" şirkətinin bir diviziyası olmuş və "DICE Los Angeles" adını almışdır. Şirkət başlıca olaraq yaratdığı "Medal of Honor" və "Command & Conquer" videooyun seriyalarına görə tanınır. == Tarix == === DreamWorks Interactive (1995–2000) === "DreamWorks Interactive" şirkətinin təsis ediləcəyi 22 mart 1995-ci ildə açıqlanmışdır. 3 aprel 1995-ci ildə fəaliyyətə başlayan şirkət "DreamWorks" və "Microsoft" şirkətlərinin birgə idarə etdiyi bir müəssisə idi. Studiyaya rejissor Stiven Spilberq rəhbərlik edirdi. Spilberqin dövründə studiya çoxlu lisenziyalı videooyun buraxmışdır. "Los Angeles Times" qəzetinin redaktoru Lezli Helmin dediyinə görə, şirkətin istehsal etdiyi ilk videooyunlar olduqca müvəffəqiyyətsiz idi.
Los Angeles Times
Los Angeles Times, qısaldılmış: LA Times (azərb. Los Anceles xəbərləri‎) — Los Ancelesdə nəşr olunan ABŞ-nin ən məşhur və nüfuzlu qəzetlərdən biri. Tirajına görə ABŞ-də 4-cü yeri tutur. == Tarixi == Los Angeles Times ilk olaraq 4 dekabr 1881-ci ildə Los Angeles gündəlik qəzet olaraq Nathan Cole, Jr və Thomas Gardiner rəhbərliyi altında nəşr olundu. Əvvəlcə qəzet Jesse Yarnell və Tomas J Kastilya məxsus Zerkalo nəşriyyatında çap edilmişdir. Yazı layihəsini ödəyə bilməyən Cole və Gardiner, qəzeti Zerkalo şirkətinə təhvil verdi. Bu vaxt, Samuel Mats, Times'ın yayınlanmaya davam etdiyi şərt ilə firmaya qatıldı. 1882-ci ilin iyulunda Harrison Gray Otis Santa Barbara'dan qəzet redaktoru olmaq üçün köçdü. Sonradan qəzetə uğur qazanmış Otis idi. Tarixçi Kevin Starr, Otisin "bütün zənginləşdirilməsi üçün bütün siyasi quruluşu və ictimai rəyini manipulyasiya edə biləcək bir iş adamı" olduğunu yazdı.
Angeli-Rumini reaksiyası
Angeli-Rimini reaksiyası — aldehid ilə əsas mühitində sulfonamid N-hidroksibenzolsulfanamidlə reaksiyaından hidroksi turşunun əmələ gəlməsidir. Digər bir reaksiya məhsulu sulfin turşusudur. Reaksiya iki İtalyan kimyaçısı Angelo Angeli və Enrico Rimini (1874–1917) tərəfindən aşkar edildi və 1896-cı ildə nəşr olundu. Reaksiya aldehidləri dəmir xlor ilə birlikdə aşkar etmək üçün kimyəvi bir testdə istifadə olunur. Bu testdə aldehidi təsdiq edən bir neçə damla nümunə etanolda həll olunur, bir az natrium hidroksid məhlulu ilə birlikdə sulfanamid əlavə edilir və sonra həll Kongo qırmızıya qədər asidləşdirilir. Əlavə edilmiş dəmir xlorid damlası aldehidin iştirakı ilə məhlulu parlaq qırmızı rəngə çevirir. Sülfonamid, etanoldakı hidroksilamin və benzensülfonil xloridin kalium metal ilə reaksiyaya girərək əldə edilir == Reaksiya mexanizmi == Bu reaksiyanın mexanizmi aydın deyil və bir neçə potensial yol var. N-hidroksibenzensülfonamid 1 və ya onun reduksiya forması 2, aralıq birləşmə 4 əmələ gətirmək üçün aldehid 3 ilə reaksiya verərək nükleofildir. 5 molekul içi proton mübadiləsindən sonra sulfin turşusu anyonu ayrılır və nitron 6 və ara maddə 7 vasitəsilə hidroksalmin turşu 8 əmələ gəlir. Alternativ olaraq, aziridin aralıq 9 birbaşa son məhsulu əmələ gətirir.
City of Angels
City of Angels — Thirty Seconds to Mars rok qrupunun Lust, Love, Faith and Dreams albomuna daxil olan çıxış mahnısıdır.
The Gift / Angels
The Gift / Angels – Gregorian qrupunun 2003 – cü ildə çıxardığı cüt sinql. Sinql Masters Of Chant Chapter IV albomundan çıxarılmış yeganə sinqldır. Cüt sinqlın mahnılarından biri sözləri və musiqisi Carsten Heusmanna aid olan "The Gift" mahnısı, digəri isə sözləri və musiqisi Robbie Williamsa aid olan "Angels" mahnısıdır. Onu da qeyd edək ki, Williams "Angels" mahnısını özü üçün yazmış və ifa etmişdir. Gregorian qrupu tərəfindən mahnının ifa edilməsi isə artıq mahnıya ikinci dəfə olunan müraciətdir.
Death Note Another Note: The Los Angeles BB Murder Cases
Death Note Another Note: The Los Angeles BB Murder Cases (yap. アナザーノート — ロサンゼルスBB連続殺人事件) — Death Note manqasının prikvelı olan Nisio İsinin ranobesi.