Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kapitulyasiya
Kapitulyasiya ― bir dövlətin müqavilədən asılı olaraq digər dövlətlərə verdiyi iqtisadi və sosial imtiyazlar. Geniş mənada təslim olmaq, boyun əymək, təslim müqaviləsi bağlamaq mənasına gəlir.
Yaponiyanın kapitulyasiyası
Yaponiyanın kapitulyasiyası 2 sentyabr 1945-ci il— İkinci dünya müharibəsində hərbi əməliyyatlara son qoyan hadisə. İyulun sonuna Yaponiya imperator donanması öz hazırlığını başa çatdıra bilmədi, müttəfiqçilərin Yaponiya ərazisinə soxulma təhlükəsi yarandı. Buna baxmayaraq açıqça sonuna kimi mübarizə aparmağı elan edən Yaponiyanın böyük hərbi şürası (<<Böyük altılıq>>), neytral Sovet hakimiyyəti ilə gizli öz maraqlarını güdən müqavilə bağlamaq istəyirdi. Həmin vaxtda Sovetlər birliyi Tehran və Yalta konfransının şərtlərini yerinə yetirmək üçün Yaponiyaya hücuma hazırlaşırdı. 6 avqustda amerikalılar Xirosimoya nüvə bombası atdılar. 8 avqustda Sovet hakimiyyəti Yaponiyaya müharibə elan etdi, 9 avqustda hərbi əməliyyatlara başlayaraq Mançjou-qoya hücum etdi. Bütün bu hadisələrin ümumi şoku imperator Hirohitonu işə qarışmağa vadar etdi və Böyük altılığı sülh müqaviləsini imzalamağa çağırdı.Bir neçə gün uğursuz müqavimətdən və nəticəsiz hakimiyyət çevrilişindən sonra, imperator Xirokito 15 avqustda xalqa radio vasitəsi ilə Yaponiyanın kapitulyasiyasını elan etdi. 28 avqustda Yaponiyanın müttəfiqçilər tərəfindən işğalı başlandı. Kapitulyasiyanın imzalanma mərasimi 2 sentyabrda ABŞın <<Missuri>> adlı hərbi gəmisində baş tutdu. Kapitulyasiyanın imzalanmasına baxmayaraq Yaponiyanın bəzi ada ərazilərində hərbi qarşıdurmalar baş verirdi.
Osmanlı imperiyası kapitulyasiyaları
Osmanlı imperiyası kapitulyasiyaları (türk. Osmanlı İmparatorluğu kapitülasyonları) ― Osmanlı imperiyasında əcnəbilərə verilən Osmanlı iqtisadi, məhkəmə, inzibati və s. hüquq və imtiyazlarıdır. Kapitulyasiya sözü latınca "şərtlər, fəsillər, maddələr" mənasını verən "kapitula" (lat. capitulare) sözündən götürülmüş və "təslim olmaq" mənası verir. Osmanlı imperiyası tərəfindən verilən kapitulyasiyaların əksəriyyəti hər iki tərəf üçün etibarlı olsa da, iqtisadiyyatı güclü olan tərəf kapitulyasiyalardan faydalanır, zəif iqtisadiyyatı olanlar isə zərər görürlər.Osmanlı imperiyası tərəfindən verilən kapitulyasiyalara misal olaraq Osmanlı şəhərlərində təşkilat qurma hüququ, əcnəbilər arasındakı mübahisələrdə konsulluqlara yurisdiksiyanın verilməsi, Osmanlı torpaqlarında səyahət, nəqliyyat və satış azadlığı və Osmanlı sularında gəmi üzmə (işlətmə) hüququ verilmişdir. Osmanlı vətəndaşları da Avropa dövlətlərində avropalının Osmanlı ölkəsində sahib olduğu eyni hüquqlara sahib idi. Lakin, Osmanlı iqtisadiyyatı böyük ölçüdə kənd təsərrüfatına söykənirdi və Avropa ölkələrində ticarət etmək üçün hər hansı bir seqmentə sahib deyildi. Bundan əlavə, Avropa dövlətləri Osmanlıya mal ixrac edərkən gömrük vergisi ödəməsə də, Osmanlı mallarını idxal edərkən onlardan gömrük vergisi alınırdı. Yəni bu müqavilələr Osmanlıya heç bir üstünlük gətirmirdi.
Kapitulasiya
Kapitulasiya (lat. capitulum, yəni fəsil) — ilk dəfə 1535-ci ildə Osmanlı dövləti ilə Fransa arasında bağlanmış müqavilə fəsillərə bölündüyü üçün belə adlandırılmışdı.