Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kaptaks
Kaptaks (2-merkaptobenzotiazol) – benzotiazol sinfinə aid üzvi birləşmədir. == Fiziki və kimyəvi xassələri == 2-Merkaptobenzotiazol açıq-qəhvəyi-sarı rəngli kristallardır. Dietil efirində, buzlu sirkə turşusunda, etanolda, qələvilərin sulu məhlullarında, qələvi metallarının karbonatlarda həll olunur, suda isə pis həll olunur. == Alınması və tədbiqi == 2-Merkaptobenzotiazolu anilin, karbonsulfidin və kükürdün ≈250 oC temperaturda və ≈ 3.2 MPa təzyiqdə alınır. , Kükürd vulkanizasiyanın sürətlənməsində istifadə olunur, rezini qocalmaya qarşı davamlılığını təmin edir. O. Eyni zamanda analitik kimyada bəzi metalların ionlarının (o cümlədən Ag (I), Au (III, Cu (II), Ba (III), platin metallar) qravimetrik təyin olunmasında, eyni zamanda platin metalların ekstraksiya ayrılmasında istifadə olunur. == Mənbə == Химическая энциклопедия / Редкол.: Кнунянц И.Л. и др.. — М.: Советская энциклопедия, 1992. — Т. 3 (Мед-Пол). — 639 с.
Kaptan
Kapitan bu mənaları ifadə edə bilər: Kapitan (hərbi rütbə) — hərbi zabit rütbəsi. Kapitan (futbol) — bir futbol komandasının sahə içində lider olaraq seçilmiş olan oyunçusu. Kapitan (film, 1971) — 1971-ci ildə istehsal olunmuş Almaniya filmi. Kapitan (film, 1994) Kapitan (film, 1999) Kapitan (film, 2018) Kapitan (film, 2019) Kapitan (film, 2022) Kapitan (film, 1946) Kapitan (film, 2017) Kapitan Amerika — super qəhrəman personajı. Gəmi kapitanı — gəmi kollektivində ən yüksək vəzifə.
Jan Kasteks
Jan Kasteks (fr. Jean Castex; 25 iyun 1965[…], Vik-Fezansak[d]) — 3 iyul 2020-ci ildən etibarən Fransanın Baş naziri vəzifəsində çalışan fransız siyasətçi. == Həyatı == Cənub-qərb fransız aksenti olan Kasteks Sandra Ribelayq ilə evlidir, dörd qızı var. Sərbəst katalan dili danışan Kasteks Fransanın cənubundakı katalan kimliyinin və digər regional həssaslıqların müdafiəçisi hesab olunur. Keçmiş həmkarlar ittifaqı lideri Jan-Klod Mayi və "Charlie Hebdo"-un keçmiş yazarı, həkim Patrik Pellu ilə də dostdur. == Siyasi fəaliyyəti == 2010-cu ildən 2011-ci ilə qədər 2000-ci ildə Şərqi Pireneydə Pradesə bələdiyyə sədri seçilən Kasteks Səhiyyə Naziri Ksavye Bertran rəhbərliyi altında Fransua Fiyonun nazirliyində Baş Qərargah rəisi olaraq çalışdı. Raymond Subidən sonra, 2011–2012-ci illərdə Prezident Nikolas Sarkozinin rəhbərliyi altında Eliseyin baş katibi olaraq çalışdı. XHB-də 2012-ci il seçkilərində Fiyonu dəstəklədi. Yerli səviyyədə Kasteks 2010–2015-ci illərdə Langedok-Russilyon bölgə müşaviri kimi çalışdı və 2015-ci ildən Şərqi Pireneyin şöbə müşaviri vəzifəsində çalışdı. Kasteks 2017-ci ilin sentyabr ayında 2024 Olimpiadası və Paralimpiadasına idarələrarası nümayəndə təyin edildi, eyni zamanda Milli İdman Agentliyinin prezidenti təyin edildi.
Kaptay gölü
Kaptay gölü — Banqladeşin ən böyük gölü. Göl Karnaphuli hidro-elektrik layihəsi çərçivəsində Karnaphuli çayı üzərində Kaptay bəndi inşa edilərək yaradılmışdır. Onun ortalama 30 m, maksimum dərinliyi 150 m-dir. == Tarixi == Su-elektrik stansiyası üçün su anbarının tikintisinə 1956-cı ildə Şərqi Pakistan hökuməti tərəfindən başlanmışdır. Nəticədə Ranqamati rayonunda 220 km2 əkin sahəsi su altında qaldı. ABŞ tərəfindən maliyyələşdirilən layihə 1962-ci ildə sona çatdı. Beynəlxalq Mühəndislik Şirkəti (International Engineering Company) və "Utah International Inc." bəndin tikiltisi üçün müqavilə imzaladı. Bəndin uzunluğu 670,8 metr, hündürlüyü 54,7 metrdir. Su-elektrik stansiyasının inşası məqsədiylə 18 min ailədən ibarət 100 min insan məcburi şəkildə başqa ərazilərə köçürüldü. Tarixi Çakmaz padşahının sarayı su altında qaldı.
Kapuas çayı
Kapuas (ind. Kapuas) — çay İndoneziyanın Kalimantan adasında Qərbi Kalimantan vilayətindən axır. Adanın mərkəz və qərb ərazilərindən axaraq Cənubi Çin dənizi tökülür. Mənsəbdə delta əmələ gətirir. Çayın uzunluğu 1143 km təşkil edir. Çay sisteminin sahəsi 98 000 km²-dir. İndoneziyanın ən uzun çayıdır. Bundan əlavə çay dünyada adada yerləşən ən uzun çaydır. == Hidroqrafiyası == Çayın eni 700 m, hövzəsinin sahəsi 98 749 km² təşkil edir. İllik su sərfi ortalama 5 000 m³.
Kaptan-ı dərya
Kaptan-ı dərya (Osmanlı türkcəsi: کاپیتان دریا, Kapitan-i Derya) — Osmanlı imperiyasında Donanmanın başçısına verilən hərbi statusdur. 16. əsrin ortalarına qədər bəylərbəyi rütbəsi, o tarixlərdən sonra vəzir kaptan-ı dəryaların (və ya Kaptanpaşa) önəmi, Osmanlı imperiyasının dənizləri aşması və Aralıq dənizi sahillərindəki fəthlər çoxaldıqca artdı. Divan-ı Hümayüna üzv olaraq qatılmalı, Osmanlı imperiyasının dəniz əyalətləri adlanan əyalətlərini (Əlcəzair, Tunis, Trablusqarb və ya Tripolitaniya, Aralıq dənizi adaları) şəxsən özü və ya təyin etdiyi dənizçi paşalar vasitəsilə idarə edirdi. Keçmişdə indiki Çanaqqala ərazisində, sonralar isə İstanbulun Kasımpaşa səmtində yaşayan və limanın təhlükəsizliyindən məsul olan Kaptan-ı dərya statusu Tənzimat dövründə ləğv olunmuşdur. İlk Osmanlı dəryabəyləri sancaqbəyliyi də edirdilər. Osmanlı dəniz qüvvələri İzmitdən Gəliboluya köçürüldükdən sonra dəryabəylərinə kaptan-ı dərya deyilməyə başlanmışdır. II. Mehmed dönəmində donanma gücləndirilərək ordu vəziyyətinə gətirilmiş, bununla da kaptan-ı dəryaların vəzifələri də artdırılmışdır. 1533-1534 tarixlərində Cəzir-i Bahr-i Səfid və Cəzair-i Qərb vilayətləri birləşdirilərək Kaptanpaşanın idarəsinə verilmişdir. Ancaq kaptan-i dəryalığın bu qədər yüksəlməsi əlbəttə ki, Barbaros Xeyrəddin Paşanın bu vəzifəyə gətirilməsi ilə bağlıdır.