Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karakol
Karakol (qırğ. Каракол) — Qırğızıstan Respublikasında şəhər. İssıkkul vilayətinin mərkəzi. Avtomobil yolları qovşağı. Yeyinti və yünkül sənayesi var. Tikinti materialları istehsal olunur. 1869-cu ildə salınmışdır.
Xəzər qarasolu
Xəzər qarasolu (lat. Vimba vimba persa) — Qarasol növünə aid yarımnöv. Əsasən Cənubi və Orta Xəzərdə yayılmışdır. Samur çayının aşağı axarında Vələmir və Qusar çaylarında, Kürün aşağı axarında, Azərbaycanın cənub çaylarından Viləş, Qumbaşı və Lənkəran çaylarında yayılmışdı. Böyük və Kiçik Qızılağac körfəzlərində nisbətən çoxsaylıdır. Aqraxan və Araqum su hövzələrində, Türkmənbaşı körfəzinə qədər Həsənqulu rayonunda, Xəzərin qərb sahili çaylarından Terekdə, Rubasçayda qeydə alınmışdır. Bədən nisbətən alçaqdır. Beli göyümtül-boz, qarnı gümüşü-ağ, bədənin aşağı hissəsindəki üzgəclər solğun-sarımtıldır. Ağzı alt aypara formasındadır. Bel üzgəcində 8, anal üzgəcində 16–19 şüa var.
Raqıb Zarakolu
Raqıb Zarakolu (türk. Ragıp Zarakolu; 1948, Böyükada, İstanbul ili) — Türkiyəli insan haqqları müdafiəçisi, jurnalist və naşiri. Həyat yoldaşı Ayşə Nur Zarakolu ilə birlikdə qurduqları Bəlgə nəşriyyatının dəstəyi ilə təşkil etdikləri konfranslarda ümumilikdə "Türkiyədəki azlıqlar" məsələsini müzakirə ediblər. Bunla bağlı olaraq onlara qarşı 50-dan çox məhkəmə işi açılıb. Raqıb Zarakolu 1948-ci ildə atası Rəmzi Zarakolunun (1902-1968) mahal valisi olduğu Böyükadada anadan olub. Kabataş liseyində təhsilini başa vurduqdan sonra Raqıb bəy 1965-ci ildə daxil olduğu İstanbul Universitetinin İqtisadiyyat fakültəsini bitirib. 12 mart Memorandumu (Türkiyədə dövlət çevrilişi (1971)) və müəllimi Cavid Orxan Tütəngilin öldürülməsi səbəbindən doktorantura təhsili iki dəfə yarımçıq qalıb. Raqıb Zarakolu yazıçılıq fəaliyyətinə 1968-ci ildə "And" və "Yeni üfüqlər" jurnallarında başlayıb. 1971-ci ildə Amnesty İnternational təşkilatı ilə əlaqəsinin üzə çıxmasından sonra 5 ay müddətinə həbs olunan Raqıb bəyə səyahət qadağası qoyuldu (1991-ci ilə qədər). 1972-ci ildə Ho Şi Min haqqında yazdığı məqaləyə görə həbs olunmuş, 1974-cü ildə azadlığa buraxılmışdır.
Karakol kəpənəkçiçəyi
Karakol kəpənəkçiçəyi (lat. Aconitum karakolicum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü.
Qamze Karakol
Öykü Karayel
Öykü Karayel (20 avqust 1990, İstanbul) — türkiyəli aktrisa. Öykü Karayel, 20 avqust 1990-cı ildə İstanbulda anadan olmuşdur. İstanbul Universiteti Dövlət Konservatoriyası məzunudur. Öykü Karayel, 12 iyul 2018 tarixində Can Bonomo ile evləndi.
Kakaolu süd
Südlü kakao — Azərbaycanda qida qəbulundan (əsasən səhər və nahar yeməyindən) sonra, eləcə də soyuq havalarda, müxtəlif məclislərdə, qonaq qəbul edildikdə və başqa şadyanalıqda qəbul edilən içki. == Tərkibi == Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: == Hazırlanma qaydası == Kakao tozu və şəkər qazana tökülüb ciddi qarışdırılır, sonra üzərinə 100–150 ml qaynayan su əlavə edibilib bircininsli kütlə alınana qədər qarışdırılır. Qarışdırmanı dayandırmadan az-az qaynar süd əlavə edilir və qaynayana qədər qızdırlır. Kakao içkisini fincanlarda və ya altılıqlı stəkanlarda süfrəyə verirlər. Stəkana çalınmış qaymaq və ya yumurta sarısı əlavə etmək olar. Bu məqsədlə bir ədəd pəhriz yumurtasının sarısı 4–5 ç. q. toz-şəkərlə çalınır və hər stəkana 2–3 çay qaşığı yumurta çalıntısı əlavə edilib qarışdırlmadan süfrəyə verilir. Bu içki Varşavasayağı kakao adlanır.
Pəriçınqıl Qaragölü
Pəriçınqıl Qaragölü — Laçın rayonu ərazisində göl. Alagöllər dağının (Qarabağ yaylası) cənub-qərb yamacında, 2961 metr yüksəklikdə şirin sulu göldür. Mal-qaranın suvarılmasında istifadə olunur. Ərazidəki Qaragöl adlı bir neçə göldən fərqləndirmək üçün Pəriçınqıl dağının adından istifadə olunmuşdur. Gölün sahəsi 0,94 km², maksimal dərinliyi isə 5,4 metrdir.
Sarayönü məscidi
Sarayönü məscidi (türk. Sarayönü Camii) ― Şimali Kipr Türk Respublikasında, Şimali Nikosiyada yerləşən məscid. Sarayönü meydanına çox yaxındır və tarixən meydanda yerləşmişdir. Frazsız arxeoloq Kamil Enlart məscidin yerləşdiyi yerdə 14 və 15-ci əsrlərdə, Kipr krallığı və Venesiya Respublikası dövründə karmelit kilsəsinin mövcud olduğunu söyləmişdir. Kilsənin bir günbəzi olduğu və Qüds kralı, Normandiya hersoqu və digər zadəganların dəfn olunduğu bir qəbiristanlıqla əhatə olunduğu bildirilir. 1571-ci ildə Osmanlının Kipri fəth etməsindən sonra Sarayönü meydanında ordu düşərgəsi quruldu və Karmelit kilsəsi əsgərlərin ibadətini asanlaşdırmaq üçün məscidə çevrildi. Bu dövrdə binanın xarici görünüşü Qotik üslubu əks etdirdiyi halda, daxili görünüşü klassik Osmanlı memarlığını sərgiləyirdi. Məscid bu dövrdə "Orduönü məscidi" adlandırılmışdır. Daha sonralar Osmanlı hakimiyyəti dövründə ərazidə yeni bir məscid inşa edildi. Bu məscidin tikilmə tarixi üçün təsminlər müxtəlifdir: bəzi mənbələr məscidin inşaatını 1690-1691-ci illərdə Qılınc Əli paşaya aid edərkən, bəziləri də 1820-1824-cü illərdə, Əli Paşaya aid edir.