Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
SEOKAR-2 katalizatoru
Katalizator – Seokar-2 – diyircək şəkilli seolitsaxlayan alümosilikatdır. Neft fraksiyalarının katalitik krekinqində istifadə olunur. Na2O – 25% Fe2O3 – 0,2% Pr2O3 – 2,3% xarici görünüş: farfor şəkilli dairəciklər qranulların ölçüsü – d=2,5–5mm fraksiyasının ölçüsü – d=2,5–0,5mm fraksiyanın tərkibi – 94%-dən az olmamalı Alümosilikatın çökdürülməsi, seolitin hazırlanması və onun alümosilikata daxil edilməsi, diyircəklərin hazırlanması, ion mübadiləsi, yuma, diyircəklərin yuyulması və qurudulması. Fasiləsiz işləyən regenerator qurğusunda 680–7000C-də hava ilə. Məhsulun çıxımı: 7500C-də stabilləşmədən sonra benzinin çıxımı – 47% -dən az olmamalı selektivliyi – 77% kütlədən az olmamalı Ф. М. Садыхов, Р. М.Алигулиев. Катализаторы, процессы нефтехимической и нефтепереработывающей промышленности. Баку, "Элм", 2000, с.
АЩНЦ-3 katalizatoru
Katalizator
Katalizator (yun. Katalysis) — kimyəvi reaksiyaların həyəcanlanma enerjisinin miqyasını kiçildərək reaksiyanın sürətini artıran və reaksiya sonunda kimyəvi quruluşunda heç bir fərq meydana gəlməyən maddələrə deyilir. == Katalizatorların reaksiya sürətinə təsiri == Kimyəvi reaksiyanın sürətinə katalizatorlar güclü təsir göstərir. === Kataliz === Katalizatorların təsiri ilə reaksiyaların sürətinin dəyişməsi hadisəsi kataliz adlanır. kataliz terminini elmə Berselius daxil etmişdir. O vaxt əsasən parçalanma reaksiyalarına fikir verildiyindən, kataliz xüsusilə belə reaksiyalar timsalında öyrənilirdi. bununla əlaq\ədar olaraq, kataliz termini yunan sözü olan "katalyuzus" sözündən götürülmüşdür ki, bu da "dağılma, parçalanma" mənasını verir. Kataliz həm əhatə dairəsinə, həm də vacibliyinə görə müasir kimyanın ən böyük sahələrindən birinə çevrilmişdir. Sənaye miqyasında gedən kimyəvi reaksiyaların, demək olar ki, böyük əksəriyyəti katalizlə əlaqədardır. bəzən katalizator nəinki reaksiyanın sürətini artırmaq və ya azaltmaq, hətta katalizator iştirakı olmadan heç getməyən reaksiyaların aparılması məqsədi ilə tətbiq edilir.