kataliz
kataloq
OBASTAN VİKİ
Katalizator
Katalizator (yun. Katalysis) — kimyəvi reaksiyaların həyəcanlanma enerjisinin miqyasını kiçildərək reaksiyanın sürətini artıran və reaksiya sonunda kimyəvi quruluşunda heç bir fərq meydana gəlməyən maddələrə deyilir. == Katalizatorların reaksiya sürətinə təsiri == Kimyəvi reaksiyanın sürətinə katalizatorlar güclü təsir göstərir. === Kataliz === Katalizatorların təsiri ilə reaksiyaların sürətinin dəyişməsi hadisəsi kataliz adlanır. kataliz terminini elmə Berselius daxil etmişdir. O vaxt əsasən parçalanma reaksiyalarına fikir verildiyindən, kataliz xüsusilə belə reaksiyalar timsalında öyrənilirdi. bununla əlaq\ədar olaraq, kataliz termini yunan sözü olan "katalyuzus" sözündən götürülmüşdür ki, bu da "dağılma, parçalanma" mənasını verir. Kataliz həm əhatə dairəsinə, həm də vacibliyinə görə müasir kimyanın ən böyük sahələrindən birinə çevrilmişdir. Sənaye miqyasında gedən kimyəvi reaksiyaların, demək olar ki, böyük əksəriyyəti katalizlə əlaqədardır. bəzən katalizator nəinki reaksiyanın sürətini artırmaq və ya azaltmaq, hətta katalizator iştirakı olmadan heç getməyən reaksiyaların aparılması məqsədi ilə tətbiq edilir.
Dəmirporfirin tərkibli biomimetik katalizatorlar
SEOKAR-2 katalizatoru
Katalizator – Seokar-2 – diyircək şəkilli seolitsaxlayan alümosilikatdır. Neft fraksiyalarının katalitik krekinqində istifadə olunur. Na2O – 25% Fe2O3 – 0,2% Pr2O3 – 2,3% xarici görünüş: farfor şəkilli dairəciklər qranulların ölçüsü – d=2,5–5mm fraksiyasının ölçüsü – d=2,5–0,5mm fraksiyanın tərkibi – 94%-dən az olmamalı Alümosilikatın çökdürülməsi, seolitin hazırlanması və onun alümosilikata daxil edilməsi, diyircəklərin hazırlanması, ion mübadiləsi, yuma, diyircəklərin yuyulması və qurudulması. Fasiləsiz işləyən regenerator qurğusunda 680–7000C-də hava ilə. Məhsulun çıxımı: 7500C-də stabilləşmədən sonra benzinin çıxımı – 47% -dən az olmamalı selektivliyi – 77% kütlədən az olmamalı Ф. М. Садыхов, Р. М.Алигулиев. Катализаторы, процессы нефтехимической и нефтепереработывающей промышленности. Баку, "Элм", 2000, с.
Tsiqler-Natta katalizatorları
Tsiqler-Natta katalizatorları – vinil monomerlərinin polimerləşmə katalizatorlarıdır. Onlar həmçinin stereomüntəzəm polimerlərin alınmasına da imkan verir. Bu katalizatorlar keçid metalların birləşmələrinin (TiCl4, TiCl3, VOCl3 və s.) alkillərlə və II–III qrup metalların halogenalkanları (AlR3, AlR2Cl, MgRCl, ZnR2) ilə qarşılıqlı təsirindən əmələ gələn komplekslərdən ibarətdir. Katalizatorlar polimerləşmə prosesində keçid metalın alkil törəməsi ilə koordinasiya olunur, sonra isə M—C, M—M əlaqəsi üzrə tətbiq olunur. 1990-cı illərə qədər Tsiqler-Natta katalizatiolarının qəqiq təsir mexanizmi axira qədər öyrənilməmiş qalırdı. 2010-cu ildə Tsiqler-Natta katalizatiolarının istifadəsi ilə plastmas, elastomer və rezin istehsalının həcmi 100 milyon tondan artıq olmuşdur. Hal-hazırda Tsiqler-Natta katalizinin 3 növü tətbiq olunur: klassik – titan birləşmələrinin əsasında. Kataliz sokatalizator kimi alüminium üzvi birləşmələrinin iştirakı ilə gedir. Bir qayda olaraq, sokatalizator kimi trietilalüminium Al(C2H5)3 və triizobutilalüminium Al(C4H9)3 götürürlər; metallosen – metallosenlər əsasında (məs., titanosen dixlorid əsasında). Bu halda da sokatalizator tələb olunur, adətən, digər alüminium üzvi birləşmədən – metilalümoksandan (Al(CH3)O)n istifadə olunur; postmetallosen kataliz.
АЩНЦ-3 katalizatoru

Значение слова в других словарях