Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kazuhisa Kono
Kazuhisa Kono (d. 30 dekabr 1950) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Mariya Kapnist
Mariya Kapnist (9 (22) mart 1913, Sankt-Peterburq – 25 oktyabr 1993, Kiyev) — ukraynalı aktrisa, Ukrayna SSR-nin əməkdar artisti (1988). O, uzunmüddətli aktyorluq karyerası ərzində (1956–1993) yüzdən çox rolda oynamışdır. == Erkən həyat və təhsil == Marietta Rostislavivna Kapnist 9 (22) mart 1913-cü ildə Sankt-Peterburqda anadan olub. Onun atası qraf Rostislav Kapnist, Zaporojye ordusunun Mirqorod və Kiyev polkovniki Vasili Kapnistin birbaşa nəslindən, anası Anastasiya Baydak isə Zaporojye atamanı İvan Sirkonun nəvəsi idi. Kapnist ilk vokal dərslərini rus opera müğənnisi Fyodor Şalyapindən almışdır. Kapnist ailəsi 1917-ci ilə qədər Sankt-Peterburqda yaşamış, həmin il Rusiya inqilabı səbəbi ilə Krıma, Sudaka qaçmalı olmuşdurlar. Kapnistin atası 1921-ci ildə ÇK-nın cəza dəstəsi tərəfindən güllələnib. Tezliklə kapnistlərin Sudakdakı evi dağıdılmış və sağ qalan ailə üzvləri gizlənməli olmuşdur. 1927-ci ildə Kapnist xalası ilə yaşamaq üçün Kiyevə köçdü və orada fəhlə məktəbini bitirdi. O daha sonra Leninqrada köçərək 1934-cü ildə Aleksandr Puşkin adına Leninqrad Dram Teatrında Yuri Yuriyevin teatr studiyasına daxil oldu.
Müqəddəs Kallist katakombası
Müqəddəs Kallist katakombası — Romada ən böyük xristian katakombalarından biri. Qədim Appi yolu ərazisində yerləşir. II–IV əsrlərdə dəfn üçün istifadə edilmişdir. Burada Romanın xristian icmasının təqib edildiyi dövrə aid çoxlu freskalar və yazılar var. Katakomba 1854-cü ildə qabaqcıl italyan arxeoloqu Covanni Battista de Rossi tərəfindən yenidən kəşf edilmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Reardon, Wendy J. The Deaths of the Popes: Comprehensive Accounts, Including Funerals, Burial Places and Epitaphs. McFarland & Company, Inc. 2004. 320. ISBN 0-7864-1527-4.
Kazus belli
Kazus belli (lat. casus belli) — Roma hüququ dövründə irəli sürülmüş hüquqi termin. Müharibə elan etmək üçün formal səbəb. Müasir tarix elmində geniş istifadə olunaraq, müharibəyə daxil olmaq şərtini bildirən casus foederislə müqayisə edilir. Məsələn, 1914-cü il 28 iyun tarixində Mlada Bosna gizli təşkilatının üzvü olan 19 yaşlı serb tələbə Qavrilo Prinsip tərəfindən Avstriya-Macarıstan ershersoqu Frans Ferdinandın Sarayevoda öldürülməsi Serbiyaya ultimatum göndərilməsi üçün kazus belli rolunu oynamışdır. Avstriya-Macarıstan ultimatuma cavabdan məmnun qalmayaraq, Serbiyaya müharibə elan etmişdir.
Kazuşi Kimura
Kazuşi Kimura (d. 19 iyul 1958) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 54 oyun keçirib, 26 qol vurub.