Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adi keçisağan
Adi keçisağan (lat. Caprimulgus europaeus) — keçisağankimilər dəstəsinə aid bir quş növüdür. Uzunluğu 24-28 sm, qanad açığlığı 52-59 sm olan bu quşlar sübh və alatornalıq vaxtı aktiv olurlar. Gün ərzində isə yerdə və ya ağac budağında qonaraq yatırlar. Növün adı keçilərin südünü içdiyi inancına dayanır. Lakin keçisağanlar havada ağızlarını geniş açaraq ovladıqları böcəklərlə qidalanırlar. Bu növ cütləşmə dönəmində axşamlar yüksək səsli uçuşları ilə seçilirlər (səs 1 km-dən eşidilir). Adi keçisağan yuva qurmur, çox vaxt 2 ədəd olan yumurtasını birbaşa torpağa qoyur və üzərinə kürk yatır. Balalar 17-21 gün sonra yumurtadan çıxırlar və növbəti 17 gündən sonra uçmağa başlayırlar. Erkəklər qanad və quyruqlarında olan ağ ləkələrə görə dişilərdən fərqlənirlər.
Bayquş keçisağan
Bayquş keçisağan (lat. Aegotheles) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquş keçisağankimilər dəstəsinin bayquş keçisağanlar fəsiləsinin cinsinə aid heyvan növü.
Keçisağankimilər
Keçisağankimilər (lat. Caprimulgiformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi.
Bayquş keçisağankimilər
Bayquş keçisağankimilər (lat. Aegotheliformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi.
Bayquş keçisağanlar
Bayquş keçisağanlar (lat. Aegothelidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquş keçisağankimilər dəstəsinə aid heyvan fəsiləsi.
Keçisaqqal astrakanta
Astracantha barba-caprina (lat. Astracantha barba-caprina) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin astrakanta cinsinə aid bitki növü. == Ümumi yayılması == Azərbaycan. == Azərbaycanda yayılması == Naxçıvanın Şahbuz rayonunda (Tirkeş kəndi) yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir. VU C2a(i). == Bitdiyi yer == Azərbaycan Naxçıvan dağlarının quru, daşlı yamaclarında, dəniz səthindən 1400–1500 m hündürlükdə yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda təbii ehtiyatı azdır. == Bioloji xüsusiyyətləri == Yarpaq tökən, 1-2 sm diametrində olan, budaqları qalın və yoğun tikanlarla örtülü, 50-70 sm hündürlüyündə koldur. Kollarının üzərindəki budaqlardan çoxlu qısa yan budaqları çıxmışdır.