Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Velençe gölü
Velençe gölü (ing. Lake Velence, mac. Velencei-tó) — Macarıstanda üçüncü ən böyük göl. Macarıstanın ən məşhur turistik məkanlarından biridir. Gölün ümumi sahəsi km²-dir və ərazinin üçdə biri qamışlıqla örtülmüşdür. Günəşli iqliminə görüə Avropanın ən isti göllərindən biridir: yayda onun temperaturu 26-28 °C-ə çatır. Velençe gölü Feyer əyalətində yerləşir.
Hələbcə
Hələbcə — İraqın Süleymaniyyə mühafəzəsində şəhər. Əhalisi 300,000 nəfərdir. Qədim şəhərdir. 1650-cı ildən tanınır.
Küləcə
Küləcə — belə qədər düz, ətəyi büzməli olan qadın üst geyimi. Yaxası açıq olan küləcənin uzunluğu dizə qədər, qolu isə dirsəkdən aşağı olur. Küləcə əsasən, məxmər və tirmədən tikilir. Yaxasına, bel kəsiyinə, ətəyinə və qollarının ağzına çox vaxt güləbətin, muncuq, pilək və məlilə ilə tikmə tikilir. Azərbaycanlı qadının geydiyi tumanın uzunluğu, Naxçıvan—Ordubad zonasından başqa, topuğa qədər olur. Naxçıvan—Ordubad zonasında qadınlar nisbətən qısa tuman geyirlər. Tuman 10–12 taxta müxtəlif naxışlı ipək və ya yun parçalardan tikilir. Üst tumandan başqa onun altından geyilən tumanlara ara tumanı və alt tumanı deyilir. Tumanlar büzməli yaxud qırçınlı olub lifəsinə tumanbağı keçirilir. Keçi sapından toxunmuş tumanbağının iki baş tərəflərində rəngli ipək və güləbətin saplardan hazırlanmış qotazları olur.
Kələmə
Kələmə— İranın Buşehr ostanının Dəştistan şəhristanının Buşkan bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,937 nəfər və 436 ailədən ibarət idi.
Hələbcə mühafəzəsi
Hələbcə mühafəzəsi — İraq Respublikasında inzibati-ərazi vahidi. Sahəsi 888.915 km², əhalisi 1997–ci il siyahıya almasına əsasən 110.000 nəfərdir. Hələbcə mühafəzəsinin inzibati mərkəzi Hələbcə şəhəridir.
Kəlicə (Soyuqbulaq)
Kəlicə (fars. كليجه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 682 nəfər yaşayır (125 ailə).
Teləçe rayonu
Teləçe rayonu (tatar. Теләче районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın mərkəzində yerləşir. İnzibati mərkəzi Kazandan 78 km məsafədə yerləşən Teləçe kəndidir və ən yaxın dəmiryol stansiyasına Arça 39 km məsafədədir. 2011-ci ilin may ayında İldus Fatixoviç Zaripov rayion rəhbərı olur. Sərhədləri: şimalda — Saba, şərqdə — Mamadış və Kukmara ilə, cənubda Balık Bişməse ilə, qərbdə Pitrəç və şimal-qərbdə Arça rayonları ilə. Relyefi təpəli düzənlikdir. Tikinti daşları, əhəng, torf yataqlarına sahibdir. Rayon ərazisindən Myaşa çayı axır. Teləçe rayonu 10 fevral 1935-ci ildə qurulmuşdur.
Kələkçi kəndinin dağıldılması
Kələkçi kəndinin dağıldılması — 1992-ci ilin noyabrında Türkiyənin Diyarbəkir vilayətinin Diclə rayonunda Kələkçi kəndinin dağıdılması hadisəsi. Türkiyə hakimiyyəti Kələkçi kəndinin muxtarından kəndin bütün sakinlərini təxliyə etməyi tələb etmişdir, lakin kəndlilər bir əraziyə toplaşmış və bu zaman Türkiyə jandarma qüvvələri zirehli texnika ilə ağır silahlardan istifadə edərək kəndlilərə və onların evlərinə atəş açmağa başlamışdır. Əsgərlər 136 evi yandırıb dağıtmışdılar. Kənd sakinlərinin bəziləri naməlum şəxslərlə yaxınlıqdakı şəhərlərə qaçmışdılar. 6 aprel 1993-cü ildə Türkiyə hökuməti geri qayıtmış və qalan evləri yandırmışdır. Dağıldılmazdan əvvəl kəndin beş yüz sakini var idi. Həmin ilin iyul ayında bir kənd gözətçisi ailəsi Kürdüstan Fəhlə Partiyasının (PKK) hücumu zamanı üç üzvünün öldürülməsinə görə Türkiyənin yaratdığı kənd mühafizə sistemindən istefa vermək qərarına gəlmişdir. == Beynəlxalq Ədalət Məhkəməsi == Doqquz ailənin işi Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) çatdırılmışdır. 1996-cı ildə kənd gözətçisi ailəsinin ailə üzvlərinin işi müvəffəqiyyətlə onların xeyrinə həll edilmiş, bu da "Türkiyə təhlükəsizlik qüvvələrinin həqiqətən də evin dağıdılmasında günahkar olduğunu təsdiqləmişdir". Sonradan qərar çıxarılmış və beləliklə, kəndlilərə evlərin, mal-qara və əkinlərin, ev təsərrüfatlarının əmlakının dağıdılması, gəlir itkisi və alternativ yaşayış yerlərinin dəyərinə görə cəmi 115,062,76 funt sterlinq (188,702 ABŞ dolları) məbləğində maddi zərərin ödənilməsinə qərar verilmişdir.
Şotland dili (keltcə)
Şotland kelt dili və ya Gel dili (Gàidhlig; ing. Scottish Gaelic, və ya Scots Gaelic) — kelt dillərinin Hoydel qolunun nümayəndəsi, daşıyıcıları olan -kelt qəl xalqı -adətən dağlıq Şotlandiyada və Hebrid adalarında yaşayırlar. Daşıyıcılarının sayı Şotlandiyada 58 652 nəfər(2001) və 500-1000 arası Kanadada (Yeni Şotlandiya əyaləti, əsasən Keyp-Breton adası). Dil daşıyıcılarının kiçik qrupları ABŞ, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika Respublikasında var. Daşıyıcıların dünyada sayı təxminən 60 min nəfərdir. Şotlandiyanın düzənlik ərazisində yayılmış ingilis dilinə qohum, german dil qrupuna aid skoç dili ilə fərqli dillərdir.
Hələbcə şəhərinə zəhərli qaz hücumu
Hələbcə qətliamı — İran-İraq müharibəsi zamanı İrana dəstək verən kürdləri cəzalandırmaq məqsədilə İraq lideri Səddam Hüseynin əmrilə İraqın şimalında kürdlərin yaşadığı Hələbcə şəhərinin əhalisinə qarşı 1988-ci il 16-17 mart tarixlərində həyata keçirilmiş kimyəvi silah hücumu. Hücum zamanı iprit, zarin, tabun və VX qazından istifadə edilmişdir. Ölənlər barədə müxtəlif məlumatlarda bir neçə yüz nəfərdən 7 minədək insanın öldüyü, həmçinin 20 minə yaxın insanın isə müxtəlif xəsarətlər aldığı bildirilir. Daha çox 5 000 nəfərin öldüyü və 11 000 nəfərin xəsarət aldığı barədə məlumata üstünlük verilir. 1 mart 2010-cu il tarixində İraq Ali Cinayət Məhkəməsi Hələbcə qətliamını soyqırım kimi tanımışdır.