Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kipləşdirici
Kipləşdirici maşınqayırmada hərəkətli hissələr arasında maye material nəqlinin qarşısını almaq üçün tətbiq olunan elementdir. Tipik hal kimi hidravlik maşınlarda kolbaların, ştanqaların, daxili yanma mühərriklərinin porşenlərdəki üzüklərin hərəkətini buna misal göstərmək olar. == Növləri == Kipləşdirmə hərəkətli və hərəkətsiz olaraq iki hssəyə bölünür. Hərəkətli kipləşdirmədə kipləşdirici element permanent olaraq kipləşdirici səthlər arasında ya toxunan, ya da toxunmayan oturdulurlar. Hərəkətli kipləşmələrdə yüksək sürət, kiplilik və aşağı sürtünmə təmin olunmalıdır. Bu tələblərin eyni zamanda əldə edilməsi çətindir. İdeal kipləşdirmə yalnız quru halda mümkündür. Bu isə işləyən maşın hissələrində mümkün deyil. Yeyilmənin qarşısını almaq üçün tətbiq edilən yağlama materialı kipləşdirici hissələrin arasına girərək irəli-geri hərəkət etdirilir və beləliklə maye bir hissədən digərinə keçir. Birləşmədə baş verən prosesə həm də kipləşdirmə təzyiqi, mayenin özlülüyü və hərəkət sürəti təsir edir.
Kipləşdirici-yağlayıcı plastik sürtkülər
Nəmləşdirici kameralar
Nəmləşdirici kamera — havanın nəmliyini dəyişdirmək üçün istilik-nəmlik emalı qurğusu. Nəmləşdirici kameralarda hava axını bilavasitə püskürülən su ilə qarşılaşır, istilik-kütlə mübadiləsi nəticəsində hava soyudulur-nəmləşdirilir, ya da soyudulur-qurudulur, su isə kameranın dibliyinə axır və oradan soyuducu maşının buxarlandırıcısına vurulur. Nəmləndirici kamera aşağıdakı konstruktiv elementlərdən ibarətdir: 1 - hava paylayıcı ; 2 - forsunkalı dikborular ; 3 - damcı tutan ; 4 - işlənmiş suyun yığılması üçün diblik (ləyən) ; 5 - püskürdülən suyun temperaturunu tənzimləyən üçgedişli qarışdırıcı-tənzimləyici klapan ; 6 - forsunkalara su vuran nasos ; 7 - artıq suyu axıdan qurğu ; 8 - su səviyyəsini tənzimləyən üzgəcli (kürə şəkilli) klapan ; 9 - su təmizləyici filtr. Kamerada forsunkalar iki cərgə dayaqlarda yerləşdirilir. Birinci cərgədə forsunkalar hava hərəkəti istiqamətində sıx, ikinci cərgədə isə hava hərəkətinə əks istiqamətində seyrək yerləşdirilir. Forsunkalarda suyun təzyiqi P>20 kPa olarsa, daha məhsuldar iş rejimi əldə edilir. Adətən nəmləşdirici kameralar iki formada hazırlanır və bir-birindən yalnız forsunkaların sayına görə fərqlənir. Kamerada həm izoentalpik, həm də politropik prosesləri aparmaq mümkündür. Kameranın en kəsiyinin istənilən nöqtəsində havanın hərəkət sürəti 3 m/san; aerodinamik müqavimət isə 160 kPa–dan çox olmamalıdır. Nəmləşdirici kameranın soyuqluğa görə məhsuldarlığını təyin etmək üçün kameranın istilik balansı tənliyi tərtib edilir: G h ( I b − I s ) = C s u ⋅ W s u ( τ s .